Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
19.10.2018 [08:56]
Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, Azərbaycan Respublikasının orden və medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Dövlət Aktının qəbul olunması Günü münasibətilə təbrik edərək deyib: “1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında dövlət aktı qəbul olunmuşdur. Lakin o dövrün Azərbaycanında ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr və bütün bunlardan istifadə edən işğalçı ölkənin torpaqlarımıza təcavüzü hökm sürürdü. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin itirilmə təhlükəsi yaranmışdı. Belə bir dövrdə Azərbaycanın milli liderə böyük ehtiyacı var idi”.
Qeyd olunub ki, o zaman Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qaydışı dövlət müstəqilliyimizi qorudu. Ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi bərpa olundu, müstəqil Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu.
Ali Məclisin Sədri deyib: “Bu gün Ümummilli liderimizin yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə bütün sahələrin inkişafı diqqətdə saxlanılır, dövlət proqramları qəbul olunur. Dövlət proqramlarının icrasında, xidmətlərində və fəaliyyətlərində fərqlənənlərin əməyi isə qiymətləndirilir, onlar dövlətimizin ali mükafatlarına layiq görülürlər. Bu gün təltif olunanlar da çalışdıqları sahələrdə öz əməkləri ilə fərqlənən insanlardır”.
Ali Məclisin Sədri təltif olunanları ölkəmizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü, orden və medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Təltif olunanlardan Prezident təqaüdçüsü Arif Əzizov, həmçinin, Ruhiyyə Rəsulova, dövlət qulluqçusu Sahib Məmmədov, Səbuhi Şahverdiyev, Yaşar Həsənov, Şərafət Babayeva, Samirə Əliyeva, Hicran Hacıyeva və Xanım İsgəndərova da əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

