Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır
16.11.2018 [09:58]
Separatçı Bako Saakyana qucaq açan Fransanın bu mövqeyi onun ATƏT-in Minsk Qrupunun həmsədr dövləti statusuna qətiyyən uyğun gəlmir
Xəbər verildiyi kimi, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri qismində təqdim edən Bako Saakyan bu günlərdə növbəti dəfə Fransaya səfər edib. Separatçı Bako Saakyanın Fransaya səfərinə bu ölkədə “yaşıl işıq” yandırılması və ayrı-ayrı qurumlarda onunla “danışıqlar” aparılması heç bir sağlam məntiqə sığmır və ciddi suallar doğurur.
Fransa ənənəvi olaraq apardığı ermənipərəst siyasətini davam etdirir
Görünən odur ki, Fransa ənənəvi olaraq apardığı ermənipərəst siyasətinə bu gün də sadiqlik nümayiş etdirir. Bunu təsdiqləyən çoxsaylı faktlar sadalamaq mümkündür. Bu ölkənin Prezidenti Emmanuel Makron Frankofoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfərə gəlmədi. Halbuki ATƏT-in Minsk Qrupunun digər həmsədr dövləti olan Rusiyanın rəhbərliyi regiondakı həssaslığı nəzərə alaraq tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət ortaya qoydu və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi.
Çox qəribədir ki, Fransanın ayrı-ayrı şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayırlar. Fransa hökuməti tərəfindən isə bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. Xatırladaq ki, indiyədək 10-dan artıq Fransa şəhərinin rəhbərləri bu kimi qanunsuz və ilk növbədə öz ölkələrinin qanunlarını pozan “sənəd”ə imza atmışlar. Eyni zamanda, özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyan davamlı olaraq Fransaya səfər edir. Fransa hökuməti tərəfindən isə bu kimi qanunsuz səfərlərə tam loyal münasibət sərgilənir.
Fransanın əlaqədar qurumlarının davranışlarını ədalət prizmasından dəyərləndirmək əsla mümkün deyil. Bir baxın, Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşdiyi halda, Bako Saakyan və qondarma rejimin digər təmsilçiləri saxta pasport məlumatları ilə Fransa ərazisinə asanlıqla daxil olurlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları bu ölkənin sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırlar. Burada qərəz və ayrı-seçkilik açıq-aydın görünür. Yeri gəlmişkən, Fransa XİN-in və bu ölkənin Azərbaycandakı səfirinin “Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır” məzmunlu bəyanatları tamamilə qəbuledilməzdir. Bu, əslində, məsuliyyətdən qaçmaqdan başqa bir şey deyildir. Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir.
Rəsmi Paris separatizmə münasibətdə ikili standartlara əsaslanan siyasət həyata keçirir
Beləliklə, hər şey gün kimi aydındır. Özünü dünyaya demokratiya carçısı kimi təqdim etmək üçün az qala dəridən-qabıqdan çıxan Fransa separatizmə münasibətdə açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. Başqa cür necə qiymətləndirəsən? Məlumdur ki, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir, ermənilərin Azərbaycana məxsus olan Dağlıq Qarabağda yaratdıqları qondarma rejimin nümayəndələri isə bu ölkəni az qala su yoluna döndəriblər. Belə olan halda Fransa özünə hansı bəhanələrlə haqq qazandıra bilər? Hələ bu da hamısı deyil. Heç kimə sirr deyil ki, Fransa Avropa İttifaqı daxilində aparılan müzakirələrdə Aİ-nin Azərbaycan ilə əlaqələrinin inkişafına daim maneələr yaradır. Başqa faktlara da nəzər salaq. Yeni Kaledoniyada keçirilmiş referendumdan sonra Fransa Prezidenti çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. Bir sözlə, Fransanın eyni mahiyyət daşıyan münaqişələrə ikili standartlardan yanaşması açıq-aydın görünür.
Fransa ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etmir
Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biridir. Bu ölkənin missiyası əslində münaqişənin həlli ilə bağlı aparılan danışıqlara, sülhyaratma prosesinə dəstək, töhfə verməkdir. Lakin biz daim Fransanın fərqli rakursdan diqqəti cəlb edən davranışlarının şahidi oluruq. Bu ölkə və onun rəhbərləri bir qayda olaraq işğalçı dövlətin və separatçı rejimin havadarları rolunda çıxış edirlər. Qısa şəkildə deyə bilərik ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan Fransanın mövqeyi onun həmsədr statusuna qətiyyən uyğun gəlmir. Fransanın qərəzli və qeyri-obyektiv tərəf olduğunu nəzərə alaraq, Fransa Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır. Xatırlatmaq yerinə düşər ki, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü. Belə görünür ki, Fransa bəyan etdiyi dəyərlərə sayğısız yanaşır və üzərinə götürdüyü öhdəliklərə əməl etmir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

