Hikmət Babaoğlu: Teoxarus Avropa Parlamenti qarşısında hesabat verməlidir
16.11.2018 [10:03]
“Avropa Parlamentinin (AP) üzvü Eleni Teoxarus hər şeydən öncə etdiyi hərəkətlərə görə Avropa Parlamenti qarşısında hesabat verməlidir və AP-nin daxili nizamnamə qaydalarına riayət etməlidir. Ancaq təəssüf ki, Kiprdən olan parlamentari daima separatizmi, ölkələrin ərazi bütövlüyünü təhdid edən məsələləri özü üçün bir siyasi məqsəd vasitəsi kimi müəyyənləşdirib”. Bunu SİA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, bu xanım parlamentari dəfələrlə qanunsuz olaraq Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etdiyinə görə əslində həm AP-nin daxili nizamnaməsini, həm də beynəlxalq hüququ pozub: “Çünki o Avropa Şurasının üzvü olan bir ölkənin ərazisini qeyri-qanuni yollarla keçib. Məhz ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi onu arzuolunmaz şəxslər siyahısına daxil etmişdir. Ancaq görünür Eleni Teoxarus daima belə məsələlərdə önə çıxmaq istəyir və o, növbəti dəfə Albaniyanın cənub ərazilərinə iddia qaldırmaqla bu ölkənin ərazi bütövlüyünü təhdid edən bəyanatlar səsləndirmişdir. Haqlı olaraq Albaniya XİN tərəfindən də o arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Məsələ ondandır ki, hazırda Qərbdə separatçılığı təşviq edən və işğalçılıq siyasəti ilə məşğul olan Ermənistan və işğalçılıq siyasətini dəstəkləyən mərkəzlər tərəfindən Teoxarusun addımlarını təşviq edən maliyyə mənbəyi yaradılır və ölkələrə qarşı bu cür iddia ilə çıxış edən bir şəbəkə formalaşdırılır. Teoxarus da, əslində, bu şəbəkənin toruna düşüb. Ancaq o bilməlidir ki, Avropa Parlamentinin üzvü kimi həm beynəlxalq hüquq, həm ərazi bütövlüyünü şübhə altına aldığı dövlətlərin hüquq sistemi, həm də üzvü olduğu AP-nin qarşısında məsuliyyət daşıyır. Ona görə də düşünürəm ki, əgər AP doğurdan da özünü beynəlxalq təşkilat kimi nüfuzlu hesab edirsə, onun nüfuzuna xələl gətirən deputatlarını ilk növbədə özü cəzalandırmalıdır ki, sonradan digər vasitələrlə onların cəzalandırılmasına nail olmaq üçün müvafiq beynəlxalq hüquqi prosedur başlanılmasın. Mən düşünürəm ki, bu AP-nin imic məsələsidir. Əgər belə olacaqsa, AP-yə, Avropa İttifaqına və yaxud da Avropa Şurasına üzv olan digər ölkələrin ərazi bütövlüyü ilə də bağlı bu cür təhdidlər, addımlar atıla bilər. Nəticədə, həm beynəlxalq hüquq pozulmuş olar, həm də AP-nin beynəlxalq nüfuzuna ciddi zərbə dəymiş olar”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

