Qarşılıqlı görüşlər əhəmiyyətlidir
28.10.2009 [09:46]
Məlum olduğu kimi, bugünlərdə Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Ermənistan deputatları arasında görüş keçirilib. Görüşdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova belə görüşləri əhəmiyyətli hesab edir:
- Təbii ki, bu cür görüşlərin keçirilməsi əhəmiyyətlidir. Xüsusilə də, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın paytaxtında belə bir görüşün keçirilməsi önəmlidir. Onu da qeyd edim ki, Cənubi Qafqazda hər hansı bir problemin, münaqişənin həllində başqa dövlətlərdən daha çox maraqlı olan məhz Rusiyadır. Məlum görüş zamanı Rusiya ortaya çox maraqlı bir mövqe qoydu. Ancaq bu mövqe ilə bağlı razılaşdığımız və razılaşmadığımız məqamlar oldu.
- Necə hesab edirsiniz, bu görüşün davamı olaraq rusiyalı parlamentarilərin də iştirakı ilə Azərbaycan və Ermənistan deputatlarının Dağlıq Qarabağa birgə səfəri mümkündürmü? Bu məsələ Rusiyadakı görüş zamanı müzakirə olundumu?
- Bəli. Həmin görüşdə Rusiya tərəfindən daha çox Ermənistan tərəfi bu məsələni dilə gətirdi. Yəni, ermənistanlı parlamentarilərin Azərbaycana, azərbaycanlı deputatların İrəvana səfərlərinin reallaşdırılmasının məqsədəuyğunluğu qeyd olundu. Onlar belə hesab etdilər ki, daha çox gəlib-getdikcə aradakı buzlar əriyə bilər. Və bu baxımdan onların Bakıya gəlmək təklifini biz normal qəbul etdik. Gəlsinlər, görsünlər. Görsünlər ki, Bakıda, ümumiyyətlə, Azərbaycanda necə böyük inkişaf var. Hesab edirəm ki, bu, bir çox sualların cavabı ola bilər. Eyni zamanda, düşünürəm ki, burada heç bir qəbahət yoxdur. Onu da bilirsiniz ki, bu, yeni bir mərhələdir. Bu gün beynəlxalq münasibətlərdə müşahidə olunan bəzi məqamlar, dəyişikliklər var. Bu, artıq münaqişələrin həllində bir uğursuzluğa gətirib çıxarır. çünki, bu gün beynəlxalq hüquq normalarına bir etinasızlıq, hörmətsizlik nümayiş etdirilir və bu yollarla bəzi məsələlərin həllinə çalışılır. Ancaq, bununla belə, xalq diplomatiyası kimi, parlamentlərarası münasibətlərin yeni bir formatda inkişaf etdirilməsi kimi ermənistanlı deputatların Azərbaycana gəlməsinə hansısa bir etirazımız yoxdur. Onu da yaxşı bilirsiniz ki, bizim bir qrup ziyalımız Şuşada, Xankəndində, İrəvanda olublar. İndi onların Azərbaycana gəlmək istəyi varsa, buyursunlar gəlsinlər.
- ümumiyyətlə, yaxın zamanlarda belə bir səfərin olması gözləniləndirmi?
- Hələ bununla bağlı konkret söz deyilməyib. Amma bu da ola bilər. Niyə də olmasın? Şəxsən mən həmin görüş zamanı söylədim ki, Şuşaya getmək istərdim. Mən çox istərdim ki, Şuşada olum. Şuşa vətənimizdir, ulularımız bu torpaqda uyuyur. Biz onsuz da Şuşaya gələcəyik. İstəsələr də, istəməsələr də biz Şuşaya qayıdacağıq. Yəni bu cür ifadənin altında böyük bir məna var idi: həm özüm gələcəyəm, həm ordum gələcək, həm dövlətim gələcək, həm də orada Azərbaycan bayrağı dalğalanacaq.
- Yeri gəlmişkən, Ermənistan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədr müavini belə bir təkliflə çıxış edib ki, Qazax rayonu ümumi iqtisadi zona elan olunsun...
- Bilirsiniz, təkliflər çoxdur. Ortalıqda müxtəlif təkliflər var və bu təkliflərin reallaşıb-reallaşmamasını da zaman göstərəcək. Eyni zamanda, mən həmin görüş vaxtı da qarşı tərəfin diqqətinə çatdırmışam ki, yalnız və yalnız Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Azərbaycan hər cür əməkdaşlığa hazırdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

