/ / Azərbaycan Xarici İşlər Nazirliyi Bako Saakyanın Moskvaya səfəri ilə bağlı Rusiya XİN-in şərhinə münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi Bako Saakyanın Moskvaya səfəri ilə bağlı Rusiya XİN-in şərhinə münasibət bildirib
01.12.2018 [11:10]
Rusiya Xarici İşlər Nazirliyinin şərhinin məntiqi ilə Bako Saakyan sanki Azərbaycanın işğal olunmuş ərazilərində gücdən istifadə və etnik təmizləmənin aparılması nəticəsində yaradılan qeyri-qanuni qurumun sözdə “rəhbəri” qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölünə istirahətə gedib. Şərhdə bildirilir ki, bu səfər Rusiya qanunvericiliyinə, yaxud mövcud beynəlxalq müqavilələrə və ya Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik missiyasına zidd deyil.
Yenə də xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilənin 5-ci maddəsində açıq şəkildə qeyd edilir: “Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva KİV-ə açıqlamasında bildirib.
Azərbaycan XİN-in rəsmisi deyib:
- Bu baxımdan Rusiya Federasiyası Konstitusiyasının 15-ci maddəsinin 4-cü bəndini qeyd etmək məqsədəuyğun olardı: “Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları və Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr onun hüquqi sisteminin ayrılmaz hissəsidir. Əgər Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr qanunla nəzərdə tutulmuş qaydalardan fərqli müddəaları müəyyənləşdirirsə, o zaman beynəlxalq müqavilənin qaydaları tətbiq edilir”.
Rusiyanın vasitəçilik missiyasına gəldikdə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını müəyyən edən sənəddə aydın şəkildə deyilir: “Həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsipləri və normaları, BMT Nizamnaməsi, ATƏT forumlarının qərarları, o cümlədən 1992-ci il martın 24-də Nazirlər Şurasının qərarı, xüsusilə Budapeşt Sammitinin qərarı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaq”.
Həmçinin sual yaranır: əgər bu, həqiqətən Azərbaycan Respublikasının ərazisindən olan bir şəxsin Rusiya Federasiyasına (xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Rusiya Federasiyası Dağlıq Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyır) “şəxsi” səfəridirsə, ona Rusiyanın dövlət sərhədindən keçmək üçün müvafiq, ilk növbədə, mənşə ölkəsinin - Azərbaycanın qanunvericiliyinə uyğun verilmiş etibarlı sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?
Xəbər lenti
Hamısına baxSosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05

