/ / Hikmət Babaoğlu: Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya ola bilməz
Hikmət Babaoğlu: Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya ola bilməz
11.12.2018 [09:46]
Ermənistanda dekabr ayının 9-da sərgilənən kütləvi-siyasi şounu seçki adlandırmaq ağıla və məntiqə ziddir. Bunun birinci səbəbi onunla izah edilir ki, bu ölkədə cəmi iki milyona yaxın insan yaşadığı halda seçkini keçirən rəsmi qurum - Mərkəzi Seçki Komissiyası 2 milyon 500 mindən çox seçici müəyyən edib və saxta seçici siyahısı tərtib olunub. Təkcə bu fakt işğalçı ölkədə keçirilən seçkilərin saxta olduğunu söyləməyə kifayətdir. Belə olan halda, ümumiyyətlə, olmayan, yaxud sadəcə seçici siyahısında adı olan seçicinin hansısa fəallığından, yaxud qeyri-fəallığından danışmaq da ciddi olmaz. Ona görə də bu absurd tamaşa heç bir ciddi qiymətləndirmə meyarlarına uyğun gəlmir. Sadəcə, 2018-ci ilin aprel ayından bəri Ermənistanda tamaşaya qoyulan siyasi komediyanı hər hansı şəkildə başa çatdıraraq küçə demokratiyasının liderinin hakimiyyətinə legitimlik donu geyindirmək lazım idi ki, bunu da etdilər. Baş tutan əslində budur. Çünki ziddiyyətli siyasi qütblərin az qala birgə layihəsi kimi qiymətləndirilə biləcək Paşinyan oyunu, nəhayət, fərqli siyasi maraqların müvazinətini təmin etməli, hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi. Həqiqət isə bundan ibarətdir ki, Ermənistan sözünün yanında hüquq və demokratiya kəlmələrinin işlənməsi hüququn və demokratiyanın təhqir edilməsi deməkdir. Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya hadisəsi ola bilməz. Ancaq ermənilər hazırda bunu etməyə çalışırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputatın sözlərinə görə, istər dini liderin, istərsə də separatçı rejimin və hazırkı prezidentin tələm-tələsik Paşinyanı təbrik etmələri də bununla bağlıdır. Onlar Ermənistanda oynanılan oyunu demokratiya kimi təqdim etməklə ümumxalq konsolidasiyasının olduğunu və ermənilərin demokratik cəmiyyət qura bildiklərini sübut etməyə çalışırlar. Görünən odur ki, bəzi beynəlxalq və insan hüquqları təşkilatları da bunu belə qələmə verməyə hazırlaşırlar. Ancaq baş verən seçki saxtakarlığı o qədər böyük miqyasda və o qədər təkzibedilməz ölçüdədir ki, bunu ört-basdır etmək mümkün deyil.
Hikmət Babaoğlu qeyd edib ki, heç bir halda ölkə əhalisinin 30 faizinin seçimi həmin ölkədə sabitliyin təminatçısı ola bilməz. Ona görə də Ermənistan cəmiyyəti olduqca ciddi sosial partlayış ərəfəsindədir. Bunu şərtləndirən ikinci amil isə ötən aylar ərzində iqtisadi sahədə heç bir islahatın aparılmaması, ölkənin yoxsulluq vəziyyətində olmasıdır. İslahatlar isə ona görə aparılmır ki, bunu etmək mümkün deyil, çünki islahatları təmin edəcək iqtisadi resurslar bu ölkədə yoxdur. Belə olan halda, Ermənistanda yeni eranın başladığını iddia edənlər yalnız siyasi xəyalpərəstlər ola bilərlər. Ermənistanda yeni era o vaxt mümkün ola bilər ki, bu ölkə işğalçılıq siyasətinə son qoysun, zəbt etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın. Əks təqdirdə, heç bir güc göydən zənbillə bu ölkəyə iqtisadiyyat gətirə bilməyəcək. Çünki iqtisadiyyat real resurslara və kommunikasiyaya əsaslanaraq qurulur. Bu resursların və kommunikasiyaların açarı isə Azərbaycanın əlindədir.
Milli Məclisin deputatı əlavə edib ki, Paşinyan hər nə qədər öz legitimliyini qəbul etdirməyə çalışsa da, bu, baş tutmayacaq, çox keçmədən əhali yenidən iqtisadi tələblərlə meydanlara çıxacaq. Ona görə də yaxşı olar ki, yeni seçilən komanda öz xalqının və qonşu xalqların ümumi mənafeyinə uyğun olan addımlar atmaq barədə düşünsün. Yoxsa Azərbaycanın da səbri sonsuz deyil və şərtlər uyğun olan kimi yeni həmlələrlə torpaqlarını azad etmək istiqamətində ciddi addımlar atılacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

