Azərbaycana qarşı qərəzli yanaşma və ikili standartlar siyasəti...
10.01.2019 [09:57]
Bir sıra beynəlxalq qurumlar, hüquq müdafiə təşkilatları Avropada insan haqlarının kütləvi surətdə pozulmasına, mitinqlərin zorakılıqla dağıdılmasına və jurnalistlərin həbsinə susqunluq nümayiş etdirir, Azərbaycanda isə kiçik bir hadisəni xüsusi olaraq qabardır, ona siyasi məzmun verərək ölkəmizə qarşı ittihamlar irəli sürürlər
XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar xüsusilə fərqlənir. Məsələ ondadır ki, bu dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunəsi ortaya çıxır. Bu kontekstdə bir neçə nümunəyə nəzər yetirmək məqbuldur.
İkili standartlar siyasətinin bariz nümunəsi...
Əvvəla vurğulamaq gərəkdir ki, insan hüquqları və demokratiyadan, demokratik dəyərlərdən bəhs edən qurumların ayrı-ayrı regionlar və ölkələrə yanaşmasında ikili standartlar siyasəti və selektiv münasibətə rast gəlinir. Bəllidir ki, bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın müvafiq təşkilatlarının mövqeyində özünü göstərir. İkili standart faktı burada görünür ki, Avropada son zamanlar mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar ortada olduğu halda, sözügedən qurumlar - təşkilatlar susqunluq nümayiş etdirirlər. Belə ki, özlərini “sarı jiletlər” adlandıran mitinqçilər Fransa, Portuqaliya, İspaniya, Belçika və başqa ölkələrdə etiraz aksiyaları keçirir, hökumət qarşısında tələblərini ifadə edirlər. Bu aksiyalarda minlərlə mitinq iştirakçısı polis zorakılığına məruz qalıb, yüzlərlə insan həbs olunub. Məlumata əsasən, Fransada “sarı jiletlər” aksiyasının səkkizinci mərhələsində 50 min aksiyaçı iştirak edib. Parisdəki aksiyaya 3500 insan qatılıb. Aksiya çərçivəsində bir çox şəhərlərdə polis və aksiyaçılar arasında toqquşma olub. Fransa KİV-i yazır ki, bu ölkədə “sarı jiletlər” etiraz aksiyasının 345 üzvü polis tərəfindən saxlanılıb. Saxlanılanların 281-i barəsində həbs qətimkan tədbiri seçilib. Niderlanda da “sarı jiletlər” aksiyası Lahey və Rotterdam ilə yanaşı, digər şəhərlərə də yayılıb. Bütövlükdə, bu və digər bu kimi nümunələr bir məqamı aşkar edir: Avropa ölkələrində belə hallar baş verərkən heç kim - hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, BMT-nin əlaqədar qurumları səslərini çıxarmır, amma Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə “qeyri-demokratiklik”də ittiham olunur. Bu, ikili standartlar siyasətinin nümunəsi olmaqla yanaşı, müstəqil siyasət yeridən ölkələrə, o cümlədən Azərbaycana qarşı qərəzli yanaşmanın əyani ifadəsidir. Hər kəsə bəllidir ki, Cənubi Qafqazın lider dövləti olan, yüksək beynəlxalq nüfuza malik Azərbaycan bu gün müasir demokratik ölkə kimi tanınır. Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Lakin təəssüflər olsun ki, bəzi qurum və şəxslər “insan hüquqlarının müdafiəsi” adı altında qanun pozuntularına haqq qazandırır, qanunların aliliyi prinsipini heçə sayırlar.
“beşinci kolon”un fəallarını demokratik dəyərlər deyil, aldıqları və alacaqları qrantlar düşündürür
Bununla yanaşı, “sapı özümüzdən olan balta”lar - ermənipərəst, antimilli şəxslər isə anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Həmin ünsürlərin xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyətlərə dəstək vermək, həmçinin ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır. Daha dəqiq desək, xüsusi komanda ilə fəallaşan “beşinci kolon”un fəalları - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı və digərləri öz havadarlarının sifarişini yerinə yetirirlər. Demokratiya və insan haqlarından dayanmadan danışan bu ünsürləri demokratik dəyərlər deyil, aldıqları və alacaqları qrantlar düşündürür.
Bütün hallarda Azərbaycan öz inkişaf yolunda irəliləyir və ölkəmizə qarşı ikili standartlar, eləcə də “qara piar” kampaniyası heç bir nəticə verməyəcək. Eyni zamanda, belə manipulyasiyalarla Azərbaycanda ictimai rəyə neqativ təsir etmək, ölkəmizin pozitiv beynəlxalq imicinə kölgə salmaq mümkün deyil.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

