AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb
22.01.2019 [10:01]
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC yanvarın 21-dən ispan dilində xəbər yayımına başlayıb.
İndiyədək agentlik 7 dildə - Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində xəbərlər yayırdı. İspan dilinin əlavə olunması ilə agentliyin informasiya yayımını həyata keçirdiyi dillərin sayı 8-ə çatıb. Bu dildə buraxılan xəbərlər AZƏRTAC-ın saytının ispan dili versiyasında dərc olunur.
Bununla bağlı agentlikdə təqdimat keçirilib. İdarə Heyətinin sədri Aslan Aslanov qeyd edib ki, ispan dilində informasiya resursunun yaradılması Azərbaycan reallıqlarının beynəlxalq aləmdə yayılması istiqamətində AZƏRTAC-ın atdığı daha bir uğurlu addımdır. AZƏRTAC bir sıra ispandilli ölkələrin xəbər agentlikləri - İspaniyanın EFE, Argentinanın Telam, Paraqvayın İP, Kubanın Prensa Latina agentlikləri ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, hazırda Kolumbiya və digər ispandilli ölkələrin aparıcı media qurumları ilə əməkdaşlıq müqaviləsinin imzalanması üçün danışıqlar aparılır. Bildirilib ki, Azərbaycanın siyasi, iqtisadi, mədəni və bir çox digər sahələrində uğurları, həmçinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə informasiyaların 400 milyonluq ispandilli auditoriyaya çatdırılmasında bu resursun böyük önəmi olacaq. “İspan dilində redaksiyanın yaradılması agentliyin ispandilli tərəfdaşları ilə informasiya mübadiləsini daha da gücləndirmək üçün yaxşı imkanlar açacaq. Bu, Azərbaycanla bağlı reallıqların böyük coğrafi məkanda yayılmasını təmin edəcək”, - deyə Aslan Aslanov bildirib.
İspan dilində informasiya bölməsinin müdiri Nuridə Aslanova agentliyin ispandilli veb-resursu haqqında məlumat verib. Qeyd olunub ki, ölkəmizin həyatının bütün sahələrinə - iqtisadiyyat, mədəniyyət, turizm, Azərbaycan tarixinə dair ispan dilində geniş informasiya bazası yaradılıb. Bu gündən başlayaraq ölkədə baş verən mühüm yeniliklər və hadisələr haqqında xəbərlər AZƏRTAC-ın saytının ispandilli versiyasında və sosial şəbəkələrdə yayılır.
Agentliyin buraxılış üzrə baş redaktoru Elman Qədirov, multimedia və informasiya resursları redaksiyasının baş redaktoru Elşən Şahbalayev ispan dilində xəbərlərin yayımının təşkili məsələlərindən, xəbərlərin hədəf auditoriyasına çatdırılması, xarici informasiya resurslarında və sosial şəbəkələrdə əlçatan olması üçün görülən və görülməli olan işlər barədə danışıblar.
İspan dili ingilis və Çin dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir, 21 ölkədə rəsmi dil olaraq qəbul edilib və BMT-nin 6 rəsmi dilindən biridir. Dilin yayılma coğrafiyası əsasən Avropa, Şimali Amerika və Cənubi Amerika qitələridir. Bu baxımdan AZƏRTAC-ın ispan dilində xəbər yayması rəsmi dövlət tədbirləri, Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq və regional layihələr barədə məlumatların, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin daha geniş auditoriyaya çatdırılması, ispandilli ölkələrdə erməni lobbisinin antiazərbaycan təbliğatına qarşı informasiya mübarizəsinin aparılması işinə böyük fayda verəcək. Eyni zamanda, agentlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi agentliklərlə ispan dilində xəbər mübadiləsi aparacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

