Radikal ünsürlər anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir
30.01.2019 [10:03]
Əli Kərimli kimi xəyanətkar şəxslər 1992-ci ilin qaragüruh psixologiyasını geri qaytarmağa çalışır
Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanın son illərdə əldə etdiyi uğurlu inkişafın əsasında düzgün siyasətlə yanaşı sabitlik amili də dayanır. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bərpa olunan sabitlik müasir, qüdrətli və iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanda geniş quruculuq prosesinin həyata keçirilməsinə imkan verdi.
Bu gün müstəqil Azərbaycan qlobal miqyaslı layihələrin təşkilatçısı və iştirakçısı qismində çıxış etməklə dünya ölkələri və beynəlxalq birlik tərəfindən yaxın tərəfdaş qismində tanınır, qəbul edilir. Bu isə ölkəmizin iqtisadi inkişafı ilə yanaşı, digər məsələlərdə, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mühüm rol oynayır.
Təəssüf ki, ölkəmizin gündən-günə güclənməsi, nəinki regionda, daha böyük bir coğrafiyada söz sahibinə çevrilməsi və müstəqil xarici siyasət kursu yürütməsi bir sıra maraqlı xarici qüvvələrə xoş gəlmir. Həmin dairələr ölkəmizdə öz maraqlarını təmin etmək, stabilliyi pozmaq, o cümlədən Azərbaycana qarşı çirkin kampaniyalar aparmaq üçün isə hər zaman olduğu kimi radikal müxalifət düşərgəsinə “güvənir”. Lakin bu gün özlərini “milli təəssübkeş”, “demokratiya carçıları” kimi qələmə verərək gənc nəsli çaşdırmağa çalışan radikal ünsürlər vaxtilə törətdikləri əməllərin unudulduğunu zənn etsələr də, bu belə deyil. Azərbaycan xalqı 1992-ci ildə hakimiyyətə yiyələndikləri dövrdə dağıdıcı ünsürlərin ölkədə hansı anti-demokratik rejim qurduğunu, xalqın sərvətlərini taladıqlarını, Dağlıq Qarabağın işğalına rəvac verdiklərini unutmayıb.
Qeyd olunduğu kimi, bu ara qarışdırmaq istəyən, ölkəmizdəki siyasi sabitliyi pozmağa, iqtisadi inkişafa maneə törətməyə çalışan qüvvələrin kimliyi, onların məqsədləri, bu qüvvələrin hakimiyyətdə olduqları dövr hər kəsin yaddaşındadır. Qanunsuzluğun hökm sürdüyü, vətəndaşların ehtiyac içində yaşadığı, AXC-“Müsavat” hakimiyyətinin funksionerlərinə xidmət göstərən silahlı qruplaşmaların törətdikləri cinayət əməllərinin ört-basdır edilməsi həmin dövrün əsl mənzərəsini ortaya qoyan komponentlərdəndir. Xalqı silahlı təhdid ilə idarə etməyə üstünlük verən bu insanlar o zamanlarda da maraqlı xarici qüvvələrin əmrlərini yerinə yetirirdilər. Bunun nəticəsi idi ki, bir sıra xarici ölkələrin maraqlı dairələri AXC-“Müsavat” hakimiyyətinin ayrı-ayrı nümayəndələrinə “arxa çıxır”, onların hakimiyyətdəki mövqelərini dəstəkləyirdilər. Təbii ki, xalqımız bütün bu eybəcərlikləri, AXC-“Müsavat” hakimiyyətinin səriştəsizliyindən, ən əsası isə ölkənin mənafeyini xarici maraqlara satmaq təhlükəsindən qurtararaq onları hakimiyyətdən saldı.
Həmin dövrdə xarici dairələrin sifarişlərini yerinə yetirən dağıdıcı ünsürlər bu gün də onların əmrləri və direktivləri ilə ölkəmizdəki sabitliyi pozmağa cəhd göstərir, xaos yaratmaq istəyirlər, Azərbaycana qarşı aparılan çirkin kampaniyalarda yer alır, ermənipərəst mövqedən çıxış edirlər. Keçirməyə cəhd göstərdikləri aksiyalar da məhz bu arzuları reallaşdırmaq üçündür. Amma hər zaman olduğu kimi, yenə də bu qüvvələr fiaskodan qaça bilmirlər. Radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların keçirdiyi mitinqlər, aksiyalar onların zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirir. Radikal müxalifət partiyalarının başçılarının və funksionerlərinin çıxışları isə göstərir ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlanır. AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət “post”unu zəbt etmiş şəxslərin çıxışları, irəli sürdükləri iddialar isə bir daha təsdiq edir ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Çünki hələ də 1990-cı illərin qaragüruhçuluq ab-havası ilə yaşayırlar.
Bu gün Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur. Görəsən, Əli Kərimlinin mitinqdə bəyan etdiyi liderlik iddialarına digər müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin münasibəti necədir?
Maraqlıdır ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi hakimiyyətin onlardan “qorxduğunu” iddia edəcək qədər düşüncəsizdirlər. Hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər? Təbii ki, cəmiyyət belə qüvvələrin əsl məqsədlərini unutmamalı, gənc nəsil xarici güclərin dəstəyi ilə hakimiyyət iddiasını reallaşdırmaq istəyənlərin keçmişi haqqında həqiqətləri bilməlidirlər ki, onların apardıqları çirkin oyunların “oyunçusu”na çevrilməsinlər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

