“Rəsmi Bakı Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etdi”
28.03.2019 [09:33]
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub. Əslində, Azərbaycan tərəfi bu görüşlə Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etmiş oldu. Çünki Paşinyan müxtəlif siyasi manipulyasiyalarla məsuliyyətdən yayınmağa, Ermənistanı bu günə qədərki həyata keçirdiyi işğalçılıq siyasətindən kənarda tutmağa çalışırdı və bu günə qədər artıq formalaşmış danışıqlar formatını dəyişməyə cəhd göstərirdi. Ancaq Azərbaycan buna yol vermədi”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
“Biz bilirik ki, ötən bir il müddətində Paşinyanın bu cəhdlərinə qarşı rəsmi Bakı həm diplomatik müstəvidə, həm hərbi, siyasi müstəvidə ciddi qərarlar həyata keçirməklə və ciddi addımlar atmaqla onun bu cəhdlərini tamamilə neytrallaşdırdı və danışıqlar masasına qayıtmağa məcbur etdi. Bunun bir istiqaməti, heç şübhəsiz ki, beynəlxalq təşkilatlarla iş oldu. Azərbaycan tərəfinin təzyiqindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar formatının dəyişməz olduğunu bir daha bəyan etdilər. Bunun ardınca isə Avropa İttifaqının rəsmiləri eyni bəyanatı təkrar etdilər. Buna paralel olaraq Azərbaycan təmas xəttində hərbi güc nümayiş etdirməklə bir daha Azərbaycan Ordusunun nəyə qadir olduğunu işğalçı ölkəyə göstərdi. Danışıqlar olmazsa, onun yeganə alternativinin müharibə ola biləcəyi reallığını Ermənistana xatırlatdı”, - deyə Hikmət Babaoğlu qeyd edib.
Deputatın sözlərinə görə, həyata keçirilən bu işlər, atılan addımlar, nümayiş etdirilən bu qətiyyət Paşinyanı məcbur etdi ki, Azərbaycan Prezidenti ilə görüşə razılıq versin: “Burada qətiyyən formatın dəyişdirilməsindən söhbət gedə bilməz. Hətta onun dəyişdiriləcəyinə Ermənistanda ən optimist siyasətçi belə inanmır. Çünki Ermənistanın daxili auditoriyasında da, mətbuatında da bunun baş tutmayacağına əmindirlər. Əgər biz Ermənistanın informasiya resurslarını izləsək, görəcəyik ki, Paşinyanın danışıqlardan imtina edə biləcəyi Ermənistan cəmiyyətində, əslində, müharibənin başlaması xəbərdalığı kimi də qəbul olunurdu. Görünür, ermənilərin keçirdiyi son Təhlükəsizlik Şurasının iclasında da bu məsələlər geniş götür-qoy edildi və bir daha Azərbaycanın real gücü, real beynəlxalq nüfuzu nəzərə alındıqdan sonra Paşinyan bu cür danışıqlara razılıq vermiş oldu. Bu, bir növ, Azərbaycanın işğalçı Ermənistanı yenidən danışıqlar masasına qayıtmağa məcbur etməsi kimi qiymətləndirilməlidir. Əks təqdirdə, Azərbaycanın həm iqtisadi gücü, həm siyasi gücü, həm də beynəlxalq nüfuzu ona imkan verir ki, Azərbaycan digər vasitələrlə öz torpaqlarını azad etsin. Mən düşünürəm ki, bu reallığı Paşinyan qiymətləndirməlidir və nəhayət, 2019-cu ildə gözlədiyimiz substantiv danışıqlar başlamalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17

