Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
23.04.2019 [09:16]
Vyetnamın kütləvi informasiya vasitələri aprelin 19-dan 21-dək Hanoyda AZƏRTAC-ın sədrliyi və Vyetnam Xəbər Agentliyinin (VNA) təşkilatçılığı ilə keçirilmiş Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb.
AZƏRTAC xəbər verir ki, VNA, hökumətin rəsmi xəbər portalı Chinhphu.vn, Vyetnam Kommunist Partiyasının rəsmi mətbu orqanı “Nhan Dan” qəzeti, Vietnam+, Phahluatplus.vn, Bacgiang.com.vn, Baotintuc.vn, La34.com.vn, Baolangson.vn, Quehuongonline.vn, Baobinhdinh.com.vn, Tapchithongtindoingoai.vn, Thethaovanhoa.vn, Danviet.vn, Daidoanket.vn, Vietnamnet.vn onlayn qəzet və nəşrləri, “Vietnam” jurnalı, VTV kanalı, “Nghe An” telekanalı, Vyetnam Xalq Ordusunun rəsmi qəzeti və digər KİV-lər iclasın açılış mərasimi və gedişi, fotosərgi, Vyetnam Sosialist Respublikasının Baş naziri Nguyen Xuan Phukun iclasın bir qrup iştirakçısını qəbul etməsi, iclas iştirakçılarının Vyetnamın Kuanqnin vilayətinə səfəri və vilayət hökumətinin rəhbəri Nquyen Duk Lonq ilə görüşlərinə dair geniş xəbərlər, reportajlar, analitik materiallar təqdim ediblər.
Vyetnam Xəbər Agentliyi və ingilisdilli gündəlik “Vietnam news” qəzeti OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə müsahibə əsasında hazırlanan materiallarda təşkilatın işində müşahidə olunan fəallıqdan söz açılıb. Qeyd olunub ki, AZƏRTAC-ın 2016-2019-cu illəri əhatə edən sədrliyi dövründə OANA-nın internet səhifəsində xəbər yerləşdirən agentliklərin sayı 8-dən 24-ə çatıb. Bundan başqa, AZƏRTAC-ın OANA-da daimi katibliyin və təlim akademiyasının yaradılması ilə bağlı təkliflərindən də söz açılıb.
Xatırladaq ki, OANA İcraiyyə Komitəsinin 44-cü iclasında Türkiyənin Anadolu, Rusiyanın TASS, Avstraliyanın AAP, Cənubi Koreyanın Yonhap, Ərəb Əmirliklərinin WAM, Çinin Sinxua, İndoneziyanın Antara, Malayziyanın Bernama, İranın İRNA, Yaponiyanın Kyodo və digər agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər. İclasda OANA-nın cari məsələləri, media qarşısında duran çağırışlar, feyk xəbərlərlə mübarizə, faktların yoxlanması, agentliklərin üzləşdiyi problemlər müzakirə edilib, təşkilatın Mükəmməllik Mükafatının qalibləri elan olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

