Ermənistan geri çəkilir
04.12.2009 [09:26]
“ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Afinada keçirilən toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul olunmuş bəyanatda danışıqlar prosesinin davam etdirilməsi fikri xüsusi qeyd olunmaqla, eyni zamanda, danışıqların müəyyən baza prinsipləri əsasında nəticə verəcəyi fikri ifadə edilib. Afina bəyanatı Ermənistanın bundan əvvəlki danışıqlardakı iddialarına bir növ cavab olub”. Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı xatırladıb ki, Ermənistan tərəfi son dövrlərdə həddindən artıq iddialı çıxış etməkdəydi. Prezident İlham Əliyev Goranboy rayonuna səfəri zamanı Ermənistanın bu iddialarına cavab olaraq Azərbaycanın nəticəsiz danışıqları davam etdirməyəcəyini bəyan etdi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın BMT-nin bəyan etdiyi prinsiplər əsasında öz ərazi bütövlüyünün digər vasitələrlə, hərbi yolla bərpası istiqamətində addımlar atacağını vurğuladı. Bu isə Ermənistanı iddialarından geri çəkilməyə məcbur etdi.
YAP İcra katibinin müavini qeyd edib ki, qarşı tərəfin iddiaları Prezidentimizin sərt mövqeyi nəticəsində aradan qalxıb və hər iki prezidentin Münhen görüşündə Ermənistan yenidən danışıqlar prosesində müəyyən dərəcədə əməli mövqe nümayiş etdirib. Onun fikrincə, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısında da verilən bəyanatlar Ermənistanın həmin iddialarından geri çəkildiyini göstərir.
“Yəni, bu, pozitiv hadisədir. Bu amil perspektivdə danışıqların daha sürətlə getməsinə təkan verəcək. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində əlverişli şərait yaranıb. Bu əlverişli vəziyyətdən həm beynəlxalq təşkilatlar, həm də tərəflər istifadə etməlidir. Təbii ki, Azərbaycan danışıqlar yolu ilə problemi həll etməyə üstünlük verir. Amma danışıqlar istənilən nəticəni verməsə BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə görə təcavüzə məruz qalan ölkə öz ərazisini hərbi yolla azad etmək hüququna malikdir və Azərbaycan bu hüquqdan istifadə edə bilər. Eyni zamanda, Azərbaycan Ermənistanın ölkəmizə qarşı təcavüzünü təsbit edən digər sənədlərə istinad edərək hərbi yolla işğal olunmuş torpaqları azad etmək hüququna malikdir. Lakin Azərbaycan tərəfi böyük səbr nümayiş etdirir. Bu böyük səbrin qarşısında həm beynəlxalq təşkilatların, həm də təcavüzkar Ermənistanın nəticə çıxaracağını gözləyirik”, - deyən M.Qurbanlı vurğulayıb ki, əgər nəticə çıxarılmasa Azərbaycan dövləti öz torpaqlarını hərbi yolla azad etmək yolunu seçmək məcburiyyətində qalacaq.
YAP İcra katibinin müavini təəssüflə bildirib ki, beynəlxalq aləmdə mövcud olan ikili standartlar və bəzi dövlətlərin təcavüzkarı şirnikləndirmək siyasəti, Ermənistan kimi işğalçının yerində oturdulmaması belə hallara, yəni münaqişənin uzanmasına gətirib çıxarır: “Bütün bunlar beynəlxalq hüquq və normaların altına qoyulan gec partlayan mina rolunu oynayır. Gərək biz bunun qarşısını alaq. Azərbaycan Prezidenti İlham Əliyev də praqmatik və hücumçu diplomatiya xəttinə istinad edərək Ermənistanın təcavüzkarlığının qarşısını almaq üçün böyük səylər göstərməkdədir”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

