/ / Dövlət Komitəsinin sədri Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Dövlət Komitəsinin sədri Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
04.06.2019 [09:45]
İyunun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Argentina Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.
Səfirə yeni diplomatik missiyasında uğurlar arzulayan Mübariz Qurbanlı qonağa Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.
Dövlət Komitəsinin sədri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın dövlət-din modelini bu gün Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində multikulturalizmin respublikamızda dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün yüksək mədəni dəyərə çevrildiyini bildirib.
Komitə sədri tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu deyərək bu dəyərin ölkəmizin siyasi və ictimai həyatında da özünü göstərdiyini söyləyib. Roma papaları II İohann Pavel və Fransiskin ölkəmizə tarixi səfərlərini xatırladan Mübariz Qurbanlı qeyd edib ki, ölkəmizdə yəhudi sinaqoqları, pravoslav, katolik və lüteran kilsələri fəaliyyət göstərir. Azərbaycanda 33 qeyri-müsəlman dini icmanın qeydiyyata alındığını vurğulayan DQİDK sədri dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən diqqət və qayğı göstərildiyini, İslam və qeyri-islam dini ibadətgahların təmir və inşa edildiyini səfirin nəzərinə çatdırıb.
Söhbət zamanı qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında da ətraflı məlumat verilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Serxio Osvaldo Perez Qunella respublikamızın sürətli inkişaf yolunda olduğunu bildirib. Ölkələrarası oxşarlıqdan bəhs edən səfir Azərbaycanda qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, gündəlik həyatında ölkəmizdəki tolerant və multikultural mühitin şahidi olduğunu diqqətə çatdırıb. Azərbaycanın multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşün sonunda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37

