Ermənistanın təxribatları sülh danışıqlarını pozmaq cəhdlərindən qaynaqlanır
12.06.2019 [09:28]
ATƏT-in Minsk qrupu və beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın təxribatlarına sərt reaksiya verilməli, bu ölkənin işğalçılıq siyasətinin qarşısı alınmalıdır
İşğalçı Ermənistanda daxili vəziyyətin gərginləşməsi, Dağlıq Qarabağdakı separatçılarla baş nazir Nikol Paşinyan arasında açıq qarşıdurma təmas xəttində yeni təxribatların baş verməsi ilə nəticələnir. Belə ki, cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun zabiti, mayor Aqil Omarovun snayper tüfəngindən açılan atəşlə qətlə yetirilməsi, ondan bir neçə gün sonra isə işğal altında olan Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilovun həlak olması bu qəbildən olan təxribatlardır.
Yəni, düşmənin bu qanlı aksiyalarından birinin ATƏT Minsk qrupu həmsədrlərinin regiona səfəri, digərinin isə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ərəfəsində baş verməsi heç də təsadüfi deyil. Daha doğrusu, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Omarovun qətlə yetirilməsi və XİN rəhbərlərinin görüşü ərəfəsində cəbhədə vəziyyətin gərginləşdirilməsi göstərir ki, işğalçı Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmir. Başqa bir məqam odur ki, Ermənistanın müdafiə naziri Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verdiyini təsdiq edib. Bu isə Ermənistanın işğal prosesində dolayısı yolla deyil, birbaşa iştirakının bir daha etirafıdır. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda keçirilən forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması barədə sualı təkzib etməsi, sonra isə bu ölkənin müdafiə nazirinin belə açıqlama verməsi göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlarının imitasiyasıdır. Hətta heç kim təminat verə bilməz ki, D.Tonoyanın ABŞ-da səfərdə olarkən işğalçılıq notları ilə köklənmiş bəyanatında olduğu kimi, bu dəfə də N.Paşinyan onu dəstəkləməyəcək.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Elman Nəsirov deyib ki, Ermənistanın müdafiə naziri David Tonoyanın son etirafı çox ciddi nəticələrə gətirib çıxara biləcək bir bəyanatdır: “Tonoyanın bu sözlərindən sonra hansı danışıqlardan söhbət gedə bilər? Burada gün kimi aydındır ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanı da təxribata cəlb etmək istəyir. Nəticədə elə bir vəziyyət yarana bilər ki, danışıqların aparılması qeyri-mümkün olar. Çünki Ermənistanın bugünkü hakimiyyəti daxildə çox ciddi və ağır problemlərlə üz-üzə qalıb”.
Deputat deyib ki, Ermənistanın indiki baş naziri N.Paşinyanın daxili auditoriyanın diqqətini yayındırmaq üçün ənənəvi üsula əl ataraq təmas xəttində təxribat törətmək niyyəti də istisna deyil: “O istəyir ki, faktiki olaraq danışıqlar prosesi dayansın. Bax, bu tendensiya bu gün müşahidə olunmaqdadır. Hesab edirəm ki, bu reallıq fonunda ATƏT-in Minsk qrupunun üzərinə çox böyük məsuliyyət düşür”.
Milli Məclisin deputatı Elman Məmmədov isə məsələ ilə bağlı deyib ki, Ermənistan tərəfi son addımları ilə birmənalı olaraq beynəlxalq hüquq normalarına məhəl qoymadığını bir daha sübut edir: “Ermənistanın müdafiə naziri D.Tonoyanın Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı göstəriş verməsi və hətta bu əməliyyatı icra edən erməni hərbçilərinə yüksək mükafat təqdim etməsi cavabsız qalmayacaq. Bu gün Ordumuzun ən yüksək səviyyəli həm döyüş hazırlığı, həm də texnikası var”.
Bir sözlə, ekspertlərin də vurğuladıqları kimi, Ermənistanın təxribatçı hərəkətlərini davam etdirməsi yolverilməzdir və beynəlxalq hüquq normalarına zidd olan hərəkətlərə son qoyulmalıdır. Buna görə də ATƏT-in Minsk qrupu və beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın təxribatlarına sərt reaksiya verilməli və işğalçı dövlətin sülh danışıqlarını pozmaq cəhdləri birmənalı şəkildə qınanmalıdır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

