Fransa məhkəməsindən ermənilərə növbəti zərbə
13.06.2019 [09:26]
Bu ölkənin Serji-Pontuaz məhkəməsinin Arnuvilin Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış separatçı rejim ilə “Dostluq haqqında xartiya”nı ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərar qəbul olunub
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, praqmatik və milli maraqlara əsaslanan müstəqil xarici siyasət sayəsində Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində mövqeyini davamlı olaraq möhkəmləndirir. Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Münaqişənin həllinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarını davam etdirən ölkəmiz, eyni zamanda, bu prosesdə milli maraqlara əsaslanan qətiyyətli mövqe nümayiş etdirir. Bu mövqenin dəqiq konturları ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır.
Təsadüfi deyil ki, bu qətiyyətli siyasət nəticəsində, habelə Azərbaycan və Fransa arasında beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin məntiqi nəticəsi olaraq erməni separatçılarının təxribatçı fəaliyyətləri növbəti dəfə uğursuzluğa düçar olub. Belə ki, Fransadakı erməni internet resursu “armenews”un yaydığı məlumata görə, 11 iyun 2019-cu il tarixində Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundakı separatçı, terrorçu rejimin nümayəndələri ilə Fransanın şəhər, kommuna və regionlarının rəhbərləri arasında imzalanan daha dörd “dostluq haqqında xartiya”nı ləğv edib.
Mütəxəssislərin fikrincə, Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsinin bu qərarını 29 may 2019-cu il tarixində bu ölkənin Serji-Pontuaz inzibati məhkəməsi tərəfindən qəbul edilmiş birinci qərarın məntiqi davamı kimi qiymətləndirmək olar. Belə ki, Serji-Pontuaz inzibati məhkəməsi Arnuvil şəhəri və Azərbaycan Respublikasının 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ regionundakı yaşayış məntəqəsi arasında imzalanmış “dostluq xartiyası”nı qeyri-qanuni elan etmişdi. Xatırlatmaq lazımdır ki, həmin vaxt Fransa mətbuatında da məsələyə münasibət bildirilmiş və həmin qərar Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək yolunu seçən bir sıra yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedent kimi qiymətləndirilmişdi.
Yeri gəlmişkən onu da qeyd edək ki, qeyri-qanuni yolla Dağlıq Qarabağa səfər etmiş və “sənəd” imzalayan Arnuvil bələdiyyə başçısı Paskal Dolla qarşı ittiham əsasında keçirilən məhkəmə zamanı şikayəti qəbul edən Val-d’Uaz Departamentinin Serji-Pontuaz inzibati məhkəməsi merin əleyhinə qərar qəbul etmişdi.
Onu da vurğulamaq yerinə düşər ki, Serji-Pontuaz inzibati məhkəməsi “Fransanın beynəlxalq öhdəliklərinə hörmət etmir” və “Dövlətin müstəsna səlahiyyəti olan Fransanın xarici siyasətinə qarşı çıxır” arqumentlərini rəhbər tutaraq sözügedən xartiyanı ləğv etmişdi. Qrenobl məhkəməsi tərəfindən qəbul edilən qərarın arqumentləri də, demək olar ki, eynidir.
Bununla yanaşı, 1993-cü il dekabrın 20-də Fransa ilə Azərbaycan arasında imzalanmış “Dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə”nin 2-ci maddəsində tərəflər beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn rəhbər tutulması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsipinə hörmət edilməsi naminə səylərini birləşdirəcəklərinə dair üzərlərinə öhdəliklər götürüblər. Həmçinin Fransanın beynəlxalq öhdəliklərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörməti təsdiq edən, Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələr rəsmi Paris tərəfindən dəstəklənib.
Beləliklə, ekspertlərin ümumi qənaətinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın sözügedən öhdəlikləri həmçinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinin tapılmasını təşviq edir və “qanunsuz xartiyalar”ın ləğvinə dair Fransa hökumətinin beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi təkcə Azərbaycanda deyil, eləcə də Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə təhdid olan münaqişənin ədalətli həllinə kömək edə bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30

