Uşaq hüquqları ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər edilib
05.12.2009 [09:27]
Parlamentin dünənki iclasında bu il martın 18-də keçirilən referendumla ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərin tətbiqi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib. Dəyişikliklər əsasən Əmək, Ailə və İnzibati Xətalar məcəllələrinə edilib. Təklif olunan dəyişikliklərə əsasən 15 yaşına qədər uşaqların işə götürülməsi qadağan olunur. Buna yol verən fiziki və hüquqi şəxslər müvafiq cərimələrlə cəzalandırılacaqlar. Yalnız kəndli fermer təsərrüfatlarında çalışan uşaqlar istisna təşkil edəcək.
çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda övladlığa uşaq götürmək istəyən ailələrin ciddi problemlərlə üzləşdiklərini bildirdi.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd etdi ki, layihədə uşaqların mənəviyyata zidd işlərə götürülməsinin qadağan edilməsini nəzərdə tutan maddə gələcəkdə problemlər yarada bilər. Belə ki, işəgötürənin mənəviyyata zidd hesab etmədiyi işi dövlət qurumları başqa cür başa düşə bilər. Buna görə də hansı işlərin uşaqların mənəviyyatına mənfi təsir göstərdiyi dəqiqləşdirilməlidir. “Bu dəyişikliklər zəruri olsa da, elə formada qəbul edilməlidir ki, uşaqların peşə öyrənməsinə, gələcəkdə özlərinə iş yerləri tapmasına problemlər yaratmasın” - deyə F.Mustafa əlavə etdi.
İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd etdi ki, qanun qəbul olunandan sonra onun qüvvəyə minməsi ilə bağlı Prezident fərmanı imzalanacaq. Bundan sonra Nazirlər Kabineti uşaqların hansı işə götürülməsinin qadağan olunması ilə bağlı xüsusi siyahı təsdiq edəcək. Bununla da problem aradan qalxacaq.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uşaq evlərində yaşayanlar üçün hər bir şəraitin yaradıldığını bildirdi. Bunu görmək üçün uşaq evlərinə baş çəkməyin vacib olduğunu bildirən millət vəkili həmkarını da imkan düşən kimi uşaq evlərinə baş çəkməyə çağırdı.
Birinci vitse-spiker Z.Əsgərov dedi ki, indiyədək Azərbaycanda uşaq evlərində yaşayanların 18 yaşdan sonrakı həyatı ilə bağlı problemlər olub. Artıq Heydər Əliyev Fondu bu problemi də həll edib. Fondun vəsaiti ilə yeni evlər tikilib və 18 yaşına çatmış kimsəsiz uşaqlar ailə qurana qədər həmin evlərdə yaşaya bilirlər.
Millət vəkili Qənirə Paşayeva müzakirəyə çıxarılan qanunun icrasının xüsusi həssaslıq tələb etdiyini bildirdi. Onun fikrincə, qanuna edilən bu dəyişiklikdən istifadə edən bəzi işbazlar uşaqları daha aşağı qiymətə işə cəlb edə bilərlər. Ona görə də əlaqədar orqanlar qanunun icrasında diqqətli olmalıdırlar. Millət vəkili küçə uşaqlarının problemlərinin həllinə də diqqətin artırılmasının vacib olduğunu bildirdi. Onun sözlərinə görə, əksər hallarda küçə uşaqlarının əməyi başqaları tərəfindən istismar olunur. Buna görə də ilk növbədə belə hallara yol verənlər aşkarlanmalı və cəzalandırılmalıdırlar. Ailələrində problem olan küçə uşaqlarına da yardım edilməlidir. İlk növbədə onların ailə problemlərinin həllinə dövlət müdaxilə etməlidir.
Müzakirələrdən sonra təklif olunan əlavə və dəyişikliklər qəbul olundu.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

