Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi
15.10.2019 [09:45]
Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında mühüm mesajlar verdi, ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdi. Dövlətimizin başçısının çıxışında mühüm məqamlardan biri də erməni faşizminin mövcudluğunu tarixi faktlarla bəyan etməsi oldu. Bu faktlar qarşısında çıxılmaz vəziyyətə düşən Ermənistan baş naziri məntiqsiz çıxışı ilə yadda qaldı. Azərbaycan Prezidenti isə Paşinyanın iddialarını darmadağın etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
V.Rəhimzadə bildirib ki, hər hansısa ölkədə nasizm cəlladlarına abidənin qoyulması açıq-aşkar təbliğat vasitəsidir: “Bu da bir daha təsdiq edir ki, Ermənistanda nasizm dövlət səviyyəsində təbliğ edilir. Bütün beynəlxalq toplantılarda Ermənistanın işğalçılıq siyasətini ifşa edən Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında da bu ölkənin yürütdüyü siyasətin əsl mahiyyətini açdı. Dövlətimizin başçısı bundan əvvəl keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının sessiyasındakı çıxışından sonra Türkmənistanda növbəti dəfə N.Paşinyana ağır diplomatik zərbə vurdu”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dövlətimizin başçısı çıxışında MDB məkanında, xüsusilə də Ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsini, Hitlerin əlaltılarından biri olan Njdeyə Yerevanda heykəl qoyulmasını qəti şəkildə pislədi: “Bildirdi ki, nasist Qaregin Njdenin heykəli Ermənistanın keçmiş rəhbərliyi tərəfindən Yerevanda 2016-cı ildə qoyulub. Açılışda keçmiş prezident Serj Sarkisyanın adından gətirilən əklilin üzərində “erməni milli azadlıq hərəkatının qəhrəmanı, görkəmli hərbi və siyasi xadim” sözləri də yazılıb. Baxmayaraq ki, Ermənistan 2014-cü ildə BMT Baş Assambleyasında nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün müasir formalarının kəskinləşməsinə kömək edən digər təcrübə növləri ilə mübarizə haqqında Qətnamənin qəbul edilməsinə səs verib. Azərbaycanın da imzaladığı Qətnamə layihəsi Rusiya tərəfindən təqdim olunmuşdu. Ermənistanın “milli qəhrəmanı” sayılan Njde 1942-ci ildə digər belə “milli qəhrəman” Drastamat Kanayan ilə birlikdə əsir düşüb. O, Avropada yaşayan ermənilərdən ibarət “Erməni legionu”nun yaradıcısı olub. Bu legion silahlanaraq sovet ordusuna qarşı vuruşub, terror aktları törədib, sovet partizanlarını məhv edib, Avropanın yəhudi əhalisinin qırılmasında - Holokostda iştirak edib. Heç də təsadüfi deyil ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölürlər” ifadəsi də Njdeyə məxsusdur. Əlbəttə, Njde burada faşist Almaniyasını nəzərdə tuturdu. Məhz bütün bu cür faktları rəsmi tədbirdə birbaşa Paşinyanın üzünə deyən Prezident İlham Əliyev Ermənistan rəhbərliyini fakt qarşısında qoydu. Buna görədir ki, Azərbaycan Prezidentinin çıxışından sonra Njdenin heykəlinin qoyulmasına və onun Ermənistanda milli qəhrəman kimi anılmasına bəraət qazandırmağa çalışan Paşinyan gah nala, gah da mıxa vurdu”.
“Nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına dünya niyə susmalıdır? Ermənistan bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canini necə öz qəhrəmanı adlandıra bilər?”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, erməni faşist Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıqdır və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Ona görə də dünya ictimaiyyəti bu faşist ənənəsini davam etdirən Ermənistana təzyiqlər etməli və erməni faşist Qaregin Njdenin heykəlinin götürülməsi üçün addımlar atmalıdır.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42

