Milli Məclisin payız sessiyası başa çatıb
30.12.2009 [10:06]
Dünən Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi. İclasda öncə “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamə müzakirə olundu. Bu barədə məlumat verən parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, əsasnamə bələdiyyələrin dövlət reyestrinin aparılmasını, onlara şəhadətnamələrin verilməsini nəzərdə tutur. Bu iş Milli Məclis Aparatı tərəfindən həyata keçiriləcək. Həmçinin, bələdiyyələrin kağız və elektron xəritələri hazırlanacaq. Bu xəritələrdə bələdiyyələrin sərhədləri, mülkiyyətləri, bələdiyyə ərazilərindəki strateji obyektlər, su, qaz, işıq xətləri, neft və qaz kəmərləri, poçt və digər mühüm obyektlər barədə məlumatlar yer alacaq. Bələdiyyələrin dövlət reyestrinin nəticələri Milli Məclisin rəsmi saytında yerləşdiriləcək. Həmçinin, bələdiyyələrin elektron xəritələri ilə də həmin saytda tanış olmaq mümkün olacaq. 5 ildən bir Milli Məclis tərəfindən bələdiyyələrin dövlət reyestrinin nəticələrini özündə əks etdirən toplu nəşr olunacaq.
Müzakirələrdə çıxış edən millət vəkili Fazil Mustafa Milli Məclisin bələdiyyələrin dövlət reyestrini aparmaq üçün texniki imkanlara malik olub-olmadığını soruşdu. Onun sözlərinə görə, bu, kifayət qədər böyük işdir. Millət vəkili dedi ki, şəhadətnamələrin verilməsi, dövlət reyestrinin aparılması ilə bələdiyyələrin problemlərini həll etmək mümkün deyil. Bunun üçün ilk növbədə bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Heç olmasa, torpaq sahələrinə mülkiyyət hüququnu təsdiqləyən sənədlərin verilməsi işi bələdiyyələrə tapşırılmalıdır.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirdi ki, parlament aparatının dövlət reyestrini aparmaq, bələdiyyələrə şəhadətnamələr vermək üçün imkanları mövcuddur. İndiyə kimi inzibati ərazi vahidləri ilə bağlı dəyişikliklərin aparılması işi Milli Məclis Aparatının müvafiq şöbəsi tərəfindən edilib və heç bir süründürməçiliyə yol verilməyib. Spiker dedi ki, bələdiyyələrin dövlət reyestrinin aparılması işi ayrıca şöbə tərəfindən həyata keçiriləcək. Milli Məclis Aparatı da bu işə yardım göstərəcək.
Millət vəkili Əli Məsimli çıxışında qeyd etdi ki, bələdiyyələrin dövlət reyestrinin aparılması, şəhadətnamələrin verilməsi Prezident sərəncamına uyğun olaraq həyata keçirilir. Bununla bağlı Prezidentin imzaladığı Sərəncamda bu işin aparılması üçün ayrıca vəsait ayrılması nəzərdə tutulub. İndi həmin vəsait Milli Məclisə ayrılmalı, bələdiyyələrin dövlət reyestrini aparacaq şöbənin imkanı genişləndirilməlidir.
Millət vəkili Pənah Hüseyn də müzakirəyə çıxarılan sənədin çox lazımlı olduğunu bildirdi. Onun sözlərinə görə, əsasnamədə məcburedici normalar olmalıdır ki, gələcəkdə bələdiyyələr problemlərlə üzləşməsinlər. Daha sonra millət vəkili dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı çoxsaylı şikayətlərin olduğunu da iddia etdi.
Spiker Oqtay Əsədov isə P.Hüseynin fikirləri ilə razılaşmadı. O qeyd etdi ki, bələdiyyə seçkiləri çox demokratik keçirilib. Vətəndaşlar tərəfindən daxil olan şikayətlər də Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılır. Bütün müraciətlərə cavab veriləcək.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da bələdiyyə seçkilərinin demokratik keçirildiyini bildirdi. O, qeyd etdi ki, seçkidə iştirak etmək üçün irəli sürməyə namizəd tapmayan müxalifət partiyalarının nəticələrlə bağlı etirazlarına heç bir əsas yoxdur. “Mən elə düşündüm ki, bu gün müxalifətçi deputatlar irəli sürməyə namizəd tapa bilmədiklərinə görə, Müsavat Partiyasının buraxıldığını elan edəcəklər” - deyə S.Novruzov vurğuladı.
Müzakirələrdən sonra əsasnamə layihəsi səsə qoyularaq qəbul edildi.
İclasda vergi orqanlarında çalışanlar üçün yeni medalların təsis edilməsi məsələsinə də baxıldı. Bu barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov dedi ki, qanun layihəsi parlamentə ölkə Prezidenti tərəfindən göndərilib. Layihədə Azərbaycanın orden və medalları siyahısına daha üç medalın əlavə olunması nəzərdə tutulub. Bunlardan birincisi “Azərbaycan Vergilər Nazirliyinin 10 illiyi” yubileyi medalı, digəri “Vergi orqanlarında fərqlənməyə görə” medalı, digəri isə “Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə” medalıdır.
çıxış edən Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc dedi ki, yeni ordenlərin təsisi Vergilər Nazirliyində çalışan peşəkarların stimullaşdırılmasına təkan verəcək.
Millət vəkili Siyavuş Novruzov da müzakirəyə çıxarılan layihəni dəstəklədi. “Hər bir zəhmət çəkən insanın əməyi qiymətləndirilməlidir” - deyən millət vəkili bildirdi ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında Vergilər Nazirliyində çalışanların əməyi böyükdür.
Müzakirələrdən sonra bu qanun layihəsi də qəbul edildi.
İclasda çıxış edən millət vəkili Məlahət İbrahimqızı isə həmkarlarını ağac əkməyə çağırdı. O, qeyd etdi ki, 2010-cu il ölkə Prezidenti tərəfindən “Ekologiya ili” elan olunub. Bu günlərdə Prezident İlham Əliyev öz ad günündə ağac əkib. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva da “Hərəyə bir ağac əkək” şüarını irəli sürüb. Bütün bunları bir mesaj kimi qiymətləndirən millət vəkili təklif etdi ki, Milli Məclisin deputatları da Bakı şəhər İcra Hakimiyyətinin ayırdığı ərazidə ağac əksin.
İclasın sonunda Milli Məclis 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə soydaşlarımıza müraciət qəbul etdi. Müraciətin mətnini millət vəkili Jalə Əliyeva təqdim etdi. Müraciət yekdilliklə qəbul edildi.
Bununla da Milli Məclisin payız sessiyası başa çatdı.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35

