“Əl-Əxbar” qəzetinin redaktoru: AZƏRTAC Azərbaycanla ərəb dünyası arasında media körpüsüdür
10.02.2020 [11:49]
AZƏRTAC Azərbaycanla ərəb dünyası arasında media körpüsü rolunu oynayır və ölkələrimizin KİV-ləri arasında əməkdaşlığın dərinləşdirilməsi zamanın çağırışıdır.
Bu fikirlər Azərbaycanda parlament seçkilərinin gedişini işıqlandırmaq üçün ölkəmizə səfər edən Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir qrup jurnalisti ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.
İdarə Heyətinin sədri Aslan Aslanov görüş zamanı Azərbaycan və ərəb ölkələri arasında münasibətlərin tarixindən, media qurumlarının apardıqları informasiya mübadiləsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına verdiyi töhfələrdən danışıb. Qonaqlar ölkəmizdə dinamik inkişafın, mətbuat və söz azadlığının, seçki prosesinin şəffaf və demokratiya prinsiplərinə uyğun təşkil edildiyinin şahidi olduqlarını bildirib və bunu yüksək qiymətləndiriblər.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə əməkdaşlığın inkişafına daim böyük diqqət ayırdığı, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verdiyi vurğulanıb. İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini birmənalı dəstəkləməsinin xalqımız tərəfindən rəğbətlə qarşılandığı bildirilib.
“Bu xoş münasibətlər fonunda AZƏRTAC ilə ərəb ölkələrinin informasiya agentlikləri arasında da sıx tərəfdaşlıq əlaqələri yaranıb. Biz Misirin MENA, Səudiyyə Ərəbistanının SPA, Küveytin KUNA, Livanın NNA, Birləşmiş Ərəb Əmirliklərinin WAM, Qətərin QNA agentlikləri ilə mütəmadi informasiya mübadiləsi aparırıq. Eyni zamanda, bu ölkələrin bir sıra qəzetlərinin rəhbərləri agentliyimizdə olub. Biz əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlmişik. Tezliklə Qahirədəki müxbir məntəqəmiz fəaliyyətini bərpa edəcək. Düşünürəm ki, bu, ümumilikdə Yaxın Şərq regionunun KİV-ləri ilə əlaqələrin daha da intensivləşməsinə təkan verəcək”, - deyə Aslan Aslanov bildirib.
AZƏRTAC 2017-ci ildən İƏT-ə üzv dövlətlərin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının üzvüdür. UNA-da 57 ölkənin milli xəbər agentliyi təmsil olunur. Agentlik, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) da ərəb ölkələrindən olan həmkarları ilə sıx əməkdaşlıq edir.
Azərbaycanda dəfələrlə olduğunu, hər gəlişi zamanı gördüyü misilsiz inkişafın onu sevindirdiyini bildirən Misirin “əl-Əxbar” qəzetinin redaktoru Məhəmməd Salama ölkəmizlə bağlı bir sıra kitablar nəşr etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 20 Yanvar hadisələri, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi barədə araşdırmalarında əsasən AZƏRTAC-ın materiallarından yararlanıb.
Misirin “Diplomatiya” qəzetinin baş redaktoru Əşrəf Əbu Ərif, BƏƏ-nin “əl-Fəcr” qəzetinin redaktoru Şərif əl-Bəsil və digərləri AZƏRTAC-ın ərəb dilində yaydığı xəbərləri daim izlədiklərini, agentliyin Azərbaycanla ərəb dünyası arasında media körpüsü rolunu oynadığını vurğulayıblar. Qeyd ediblər ki, AZƏRTAC onlar üçün Azərbaycanla bağlı əsas və mötəbər informasiya mənbəyidir. Bu istiqamətdə əməkdaşlığı dərinləşdirmək istədiklərini bildirən qonaqlar birgə layihələr həyata keçirmək, o cümlədən müəllif yazılarının mübadiləsini aparmaq təklifini irəli sürüblər.
Söhbət zamanı jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili, ölkələrimiz haqqında reportajların hazırlanması, əməkdaşlıqla bağlı digər məsələlər nəzərdən keçirilib.
Sonda Məhəmməd Salama, Misirin “Dialoq” mərkəzinin rəhbəri Əhməd Tahir Azərbaycanla bağlı nəşr etdirdikləri kitabları və jurnalları AZƏRTAC-a hədiyyə ediblər.
Görüşdə, həmçinin “əl-Bəyan”, “əl-İslah və ət-Tənmiyə” qəzetlərinin, “İRİS” media press xidmətinin və UNA-nın nümayəndələri, Azərbaycanın BƏƏ-dəki səfirliyinin birinci katibi Eldəniz Musayev və Azərbaycanın Misirdəki səfirliyinin ikinci katibi Emil Rəhimov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43

