Müsabiqənin tələbləri olduqca ədalətlidir
30.01.2010 [08:58]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2010-cu ildə KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
Müsabiqənin şərtlərinə görə, KİV-lər və jurnalist təşkilatları fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, informasiya və kommunikasiya texnologiyalarının, müasir texniki nailiyyətlərin KİV-lərin fəaliyyətinə tətbiqi, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması, dövlət orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi, ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji maarifçilik, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği olmaqla 6 istiqaməti əhatə edən layihələri Fonda təqdim edə bilərlər.
Bununla yanaşı, müsabiqədə iştirak etmək istəyən mətbu orqanlar, eləcədə informasiya agentlikləri bir sıra tələblərə cavab verməlidir. Təbii ki, sayı bir neçə minlə ifadə olunan mətbu orqanların çox az hissəsi bu tələblərə cavab verir. Bu halda isə mətbu orqanların əksəriyyəti müsabiqədən kənarda qalır. Heç də təsadüfi deyil ki, Fondun keçirdiyi ötən müsabiqədən də xeyli narazı olanlar var idi. İndi də belə bir situasiyanın yaranması istisna deyil. Hər halda ekspertlərin fikirlərini bilmək maraqlı olar. SİA-ya bir sıra qəzetlərin baş redaktoru müsabiqənin şərtləri ilə bağlı münasibətini açıqlayıb.
Məsələyə münasibət bildirən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib ki, müsabiqənin tələbləri olduqca ədalətlidir: “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması özlüyündə mətbuat tarixində mühüm hadisə idi. çünki mətbuatın inkişafını stimullaşdıracaq maliyyə resurslarına böyük ehtiyac var idi. Bunun üçün Azərbaycan Prezidentinin təşəbbüsü ilə Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına dəstək verən struktur yaradıldı. Kifayət qədər maliyyə vəsaiti ayrıldı. Bu prosesdə cəmiyyətin və xalqın maraqlarını təmin edəcək istiqamətlər müəyyənləşdirildi. KİV-in üzərinə elə bir missiya qoyuldu ki, onlar cəmiyyətin daha çox tələb etdiyi vəzifələri, sosial sifarişləri yerinə yetirsinlər. Fond yaranmazdan əvvəl onun nizamnaməsi təsdiq olundu və bu nizamnamədə dediyimiz istiqamətlər göstərildi. Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, dövlət quruculuğunun təbliği, regionların sosial-iqtisadi inkişafı, cəmiyyətdə sosial rifahın yaxşılaşdırılmasına səbəb olan siyasətin dolğun şəkildə ictimaiyyətə çatdırılması, milli-mənəvi dəyərlərin təbliği məsələləri nizamnamədə əks olunan ən vacib istiqamətlərdən biri kimi göstərilib. Bir ildən artıq fəaliyyət göstərən Fond olduqca maraqlı layihələr həyata keçirib. Hesab edirəm ki, KİVDF jurnalistika ictimaiyyətinin bütün siyasi, ideoloji və sosial təbəqələrin maraqlarını təmin edəcək şəkildə fəaliyyətini qura bilib. Müsabiqənin tələbləri olduqca ədalətlidir. Bu tələblər həm maliyyə vəsaitinin pərakəndə şəkildə parçalanmasının və nəticədə görülən işin effektivliyinin aşağı düşməsinin qarşısını almağa, həm də ictimai rəyə təsir etməyən qəzetlərin müsabiqədə iştirakını məhdudlaşdırmağa yönəlib. Bu baxımdan Fondun müsabiqə üçün qarşıya qoyduğu tələblər tamamilə qanunauyğundur. Daha səmərəli iş görmək üçün, daha çox ictimai nüfuza sahib olmaq lazımdır ki, görülən iş effektli olsun. Azərbaycanda KİV-in qeydiyyata alınması həddindən artıq sadələşdirilib. Bir şəxs bəzən 5-6 qəzet təsis edir. Yuxarıda deyilən tələblər olmasa, hər bir təsisçi Fonda müraciət edər ki, mənim də qəzetim var və həmin vəsaitdən mənə də pay düşür. Bu isə görülən işin səmərəsini azalda, qarşıya qoyulan məqsədə çatmaqda əngəl ola bilər. Fikrimcə, növbəti müsabiqələrdə kriteriyalar daha da sərtləşdirilməlidir.
“Azad Azərbaycan” qəzetinin baş redaktoru Asəf Abbasov söyləyib ki, 30-40 mətbu orqan var ki, normal mətbu orqan kimi fəaliyyət göstərir və cəmiyyət tərəfindən qəbul edilir: “Bir neçə istiqamət üzrə mətbuatın Fonda layihə təqdim etməsi nəzərdə tutulub. Bunun özü bir yenilikdir. “Azad Azərbaycan” qəzeti olaraq hansı istiqamət üzrə müsabiqədə iştirak edəcəyimizi müəyyən etməmişik. Hələ ki, xeyli vaxt var. Bildiyiniz kimi, martın əvvəllərinə kimi layihələri təqdim edə bilərik. Hər şeyi təbii ki, zaman göstərəcək. Qoyulan tələblərə gəlincə, hesab edirəm ki, tam qanunauyğundur. Azərbaycanda bu gün 4 minə qədər Kütləvi İnformasiya Vasitəsi qeydə alınıb. Bunlardan hal-hazırda 30-40 mətbu orqan vardır ki, onlar ictimai rəyə təsir etmək gücünə malikdir və özünə lazımı qədər oxucu kütləsi toplaya bilib. Bir sözlə, normal mətbu orqan kimi fəaliyyət göstərir və cəmiyyət tərəfindən qəbul edilir. Məncə, tiraja qoyulan limit daha da artırılmalıdır.Əsas olan keyfiyyətdir. Tək tiraj deyil, abunə sayı da artırılmalıdır. Qəzetin oxucusu nə qədər çox olsa, keçirdiyi layihənin səmərəsi də çox olacaq. Təbii ki, bütün bunlar mətbuatımızın inkişafına yönəlik addımlardır”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə vurğulayıb ki, tələblərin sərtləşdirilməsi ümimi işin yalnız xeyrinə olar.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da deyib ki, mətbuatın inkişafına dəstək verən bu addımları müsbət qarşılamaq lazımdır.
“Kaspi” qəzetinin baş redaktoru Nurəddin Heydərov isə qəzetlərin əlavələr buraxmaq üçün maliyyə vəsaitinə ehtiyacı olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

