Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifə və öhdəlikləri uğurla yerinə yetirir
30.01.2010 [09:01]
Sosialyönümlü və demokratik dövlətlərin daxili və xarici siyasət kursunun prioritetlərini millətin ali mənafeyinə cavab verən, dövlətçilik ənənələrinə və prinsiplərinə əsaslanan fəaliyyət mexanizmi təşkil edir. ümummilli inkişafı və sosial-siyasi sabitliyi təmin etmək, vətəndaşların maddi rifah halını, həyat şəraitini daim yaxşılaşdırmaq, möhkəm əsaslara söykənən vətəndaş-dövlət, millət-dövlət birliyi formalaşdırmaq, sosial-siyasi həyatı və təsisatları legitimləşdirmək (qanuni əsasda fəaliyyət göstərməsini təmin etmək) kimi xüsusi strateji istiqamətlər məhz bu cür dövlətlərin daxili siyasət kursunun başlıca vəzifələrini təşkil edir. Başqa sözlə, məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən dövlətlər daxili ictimai-siyasi ahəngdarlığın və inkişafın qarantı qismində çıxış edirlər. Bu tip dövlətlərin xarici siyasi-strateji kursunun əsaslarını isə beynəlxalq münasibətlər sistemində ölkənin mövqeyini mütəmadi olaraq möhkəmləndirmək, inteqrasiya prosesini-tendensiyasını maksimum səviyyədə intensivləşdirmək və qarşılıqlı-faydalı əməkdaşlıqlar dairəsini genişləndirmək kimi zəruri strateji hədəflər təşkil edir...
Bu gün Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət kursu məhz yuxarıda sadalanan fundamental prinsiplər və istiqamətləri özündə ehtiva edir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi və reallaşdırdığı rasional strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi bugünkü inkişafı təmin edib. Daha dəqiqləşdirsək, həyata keçirilən uğurlu daxili siyasət kursunun fonunda əhalinin maddi rifah halının mütəmadi olaraq yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin daha da gücləndirilməsi, müxtəlif inkişaf modellərinin tətbiq edilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi fundamental yönümlər ümummilli inkişafın strateji cizgilərini və vəzifələrini təşkil edir. Məhz bunun nəticəsidir ki, dövlətin yüksək səviyyəli qayğısı və diqqətinin fonunda bütün sahələrdə sürətli inkişaf tendensiyası qeydə alınmaqdadır. Belə ki, 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. İqtisadiyyata investisiya qoyuluşunun artması, yoxsulluq səviyyəsinin xeyli dərəcədə aşağı salınması, ünvanlı sosial yardımların davam etdirilməsi, regionların inkişafı yönündə xüsusi addımların atılması kimi önəmli faktlar inkişafla bağlı deyilənləri bir daha təsdiq edir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkə başçısı qeyd edib ki, sosial məsələlərin həlli həmişə olduğu kimi Azərbaycan dövlətinin prioritet məsələsi olub. “... 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi... Keçən il regionların sosial iqtisadi inkişafı uğurla davam etmişdir. ümumiyyətlə, keçən il 74 min iş yeri açılmışdır. Bu da onu göstərir ki, bu proses davam edir”.
Dövlətimizin qarşısında duran ən mühüm strateji məqsədlər sırasında xarici siyasi-iqtisadi münasibətlər sistemində ölkəmizin mövqeyini, yerini və rolunu möhkəmləndirmək, qarşılıqlı-faydalı əməkdaşlıqların keyfiyyət dairəsini genişləndirmək, regional və qlobal təhlükəsizliyin təmin olunması işinə mühüm töhfələr vermək, ən əsası isə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək kimi fəaliyyət istiqamətləri yer alır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik əsaslı xarici siyasət kursu ölkəmizi etibarlı strateji tərəfdaş kimi aparıcı dövlətlərin əməkdaşına çevirib. Məhz bu amillərin fonunda Prezident İlham Əliyevin bildirdiyi kimi, dostlarımızın, strateji tərəfdaşlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır: “Biz də bundan çox razıyıq və həmişə olduğu kimi bütün ölkələrlə əlaqələrimizi qarşılıqlı hörmət, bir-birimizin işlərinə qarışmamaq, qarşılıqlı etimad və qarşılıqlı maraqlar əsasında qururuq”.
Deyilənlərlə yanaşı, ötən il ölkəmizin beynəlxalq iqtisadi münasibətləri və təmasları da uğurla reallaşdırıldı. Belə ki, 2009-cu ildə Azərbaycanla dünyanın 137 ölkəsi arasında 19 milyard ABŞ dollarına yaxın idxal-ixrac əməliyyatları aparıldı. Xarici ticarət dövriyyəsinin təxminən 14 milyard dollarını ölkəmizdən ixrac olunmuş mallar, 5 milyard dollarını isə idxal olunmuş məhsullar təşkil edib. Bununla yanaşı, ötən il xarici ticarət dövriyyəsində 8 milyard dollarlıq müsbət saldo əldə edilib. Yəni, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünya iqtisadi proseslərinə daha da sürətlə qoşulur: “Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər”.
Qısacası, beynəlxalq iqtisadi münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı maraqlara söykənən təmasların sıxlaşdırılması, dünya iqtisadiyyatına inteqrasiya prosesinin intensivləşdirilməsi Azərbaycanın etibarlı və perspektivli strateji tərəfdaş kimi nüfuzunu və imkanlarını artırmaqdadır...
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-iqtisadi və strateji kurs daxili və xarici siyasətdə müəyyən edilmiş vəzifə və öhdəliklərin yerinə yetirilməsinə xidmət edir və bu proses son dərəcə uğurla reallaşdırılır. Qısacası, dövlət öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və millətin, dövlətin ali mənafeyi bu prosesin baza prinsipini və normasını təşkil edir. Elə bunun nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edir və beynəlxalq arenada aparıcı strateji tərəfdaşlardan, aktorlardan birinə çevrilir.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

