DEMOKRATİYA MARAFONU
15.02.2020 [10:40]
Yaxud VI çağırış Milli Məclisə seçkilərin fonunda müşahidə olunan reallıqlar nəyi ifadə edir?
Seçkilər siyasi sistemin mühüm struktur elementlərindən birini təşkil etməklə yanaşı, demokratiya marafonu kimi səciyyələndirilir. Müxtəlif demokratik ölkələrin nümunəsində müşahidə edilən reallıq budur ki, seçkilər mahiyyət etibarilə siyasi fəallığı və iştirakçılığı artıran, siyasi sistemin rəqabətlilik qabiliyyəti və demokratiklik səviyyəsini yüksəldən, siyasi mədəniyyət və davranışa yeni keyfiyyət çalarları əlavə edən ümummilli aksiya önəmi kəsb edir. Parlament seçkiləri də bu baxımdan istisna təşkil etmir. Seçki prosesinə qatılan namizədlər müxtəlif resurslar və texnologiyalardan istifadə etməklə qələbə qazanmağa çalışır, rəqabət mühiti rəngarəng mənzərənin meydana çıxmasını şərtləndirir. Bütövlükdə isə, parlament seçkilərinin şəffaf, ədalətli, qəbul olunmuş müasir standartlara uyğun keçirilməsinə bir neçə amil təsir edir. Bunlara siyasi sistemin demokratiklik səviyyəsi, təkmil Seçki Məcəlləsinin mövcudluğu, siyasi subyektlərin legitim fəaliyyət imkanları və ictimai-siyasi sabitlik faktoru aiddir.
Şübhəsiz ki, bu kontekstdə Azərbaycanın təcrübəsi müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir. Ölkəmizdə fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin fonunda müşahidə olunan reallıqlar bunu bir daha təsdiq edir. Bu baxımdan, bir sıra nüansları xüsusilə diqqətə çatdırmaq məqsədəmüvafiqdir.
Əvvəla, seçkilərin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu təsdiq edən, prosesə böyük ictimai marağı əks etdirən əhəmiyyətli faktlardan biri seçki marafonunda rekord sayda namizədin iştirak etməsidir. Bu, həmçinin siyasi plüralizmin mövcudluğunu göstərən önəmli faktlardan biridir. İkincisi, Azərbaycanın müasir demokratik ölkə imicini əks etdirən faktlar sırasında respublikamızda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata keçirilməsi, hüququn üstünlüyünün, qanunun aliliyinin təmin olunması kimi reallıqlarla yanaşı, təkmil seçki institutunun və uğurlu seçki təcrübəsinin formalaşdırılması xüsusi yer tutur. Elə parlament seçkilərinin milli qanunvericiliyə, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçirilməsi də Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi. Üçüncü mühüm məqam ondan ibarətdir ki, beynəlxalq müşahidəçilərin, müşahidə missiyalarının rəylərində də seçkilərin yüksək səviyyədə təşkil olunduğunun, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyinin əksini tapması xüsusi əhəmiyyətə malikdir.
Tarixi təcrübə və mövcud reallıqlar göstərir ki, heç bir demokratik cəmiyyətin timsalında ideal seçki anlayışından bəhs etmək nəzəri-metodoloji və praktik nöqteyi-nəzərdən doğru deyil. Elə ölkəmizdə keçirilmiş parlament seçkilərində də ümumi nəticəyə təsir etməyəcək kiçik nöqsanlar olubsa da, bununla bağlı seçki hüququna müvafiq prosedurlar çərçivəsində adekvat tədbirlər görülür. Ən əsası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının ilkin hesabatında da əksini tapmış müsbət məqamlar ölkəmizdə parlament seçkilərinin ədalətli və şəffaf keçirildiyini təsdiq edir. Digər tərəfdən, bəzi şəxslərin ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün reallıqlardan uzaq absurd iddialar ortaya atmaları müsbət beynəlxalq imicə malik olan Azərbaycan dövlətinə qarşı aparılan uğursuz “qara piar” kampaniyasının tərkib hissəsidir. Bəzi xaossevərlərin spekulyasiya ilə məşğul olması, hətta müstəqil məsul qurum olan Mərkəzi Seçki Komissiyasına təzyiq cəhdləri xalqın iradəsini, beynəlxalq müşahidəçilərin obyektiv rəyini heçə saymaq deməkdir.
Bütövlükdə isə, parlament seçkiləri Azərbaycanın siyasi tarixinin əlamətdar hadisələrindən biri olmaqla yanaşı, dayanıqlı inkişafa xidmət edən islahatlara mühüm dəstək, qanunvericilik orqanının səmərəli fəaliyyətinin təmin olunmasına əhəmiyyətli töhfə və demokratik inkişaf yolunda olduqca önəmli nailiyyətdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

