KİV-in inkişafına Dövlət Dəstəyi Fondu ötən ilə dair hesabat verib
11.02.2010 [02:51]
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu il üzrə hesabatını açıqlayıb. Fond rəhbərliyi dünən keçirdiyi mətbuat konfransında dövlət büdcəsindən quruma ayrılmış vəsaitin xərclənmə istiqamətləri ilə bağlı geniş məlumat verib. Tədbirdə 2010-cu ildə həyata keçiriləcək tədbirlər haqqında da danışılıb. Hesabat toplantısında Azərbaycan Prezidenti yanında KİV-in inkişafında Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Fondun Müşahidə Şurasının üzvləri Umud Rəhimoğlu, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli və Bəxtiyar Sadıqov iştirak edib.
V.Səfərli bildirib ki, ötən il Fonda ayrılan 1 milyon 304 min 160 manatın 14 min 645 manatı fondun ştatda olan, 15 min manatı isə ştatdan kənar işçilərinin əməkhaqqısının ödənilməsinə sərf edilib.
ötən il ərzində Milli Mətbuat Günü münasibətilə 39 redaksiyaya ümumilikdə 39 min manat həcmində birdəfəlik yardım göstərilib. 63 layihənin maliyyələşməsinə 676 min 873 manat vəsait xərclənib. Fərdi jurnalist müsabiqəsinin qalibi olmuş 33 jurnalistə isə ümumilikdə 33 min manat məbləğində maliyyə yardımı verilib.
Fondun builki büdcəsində əvvəlki ildəkindən fərqli heç bir dəyişiklik olmayıb: “Bu il üçün fonda 2 milyon manat pul ayrılıb. Amma indiyədək dövlət tərəfindən maliyyələşən bir sıra KİV-lərin maliyyələşməsi də fonda həvalə edildiyindən, həmin məbləğin 700 min manatı bu məqsədlə istifadə olunacaq. Qalan 1 milyon 300 min manat isə yenə də Fondun hesabındadır”.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat orqanları və fərdi jurnalistlər üçün bu il də müsabiqə elan edib. Bu barədə də açıqlama verən V.Səfərli deyib ki, martın 1-də sənədlərin təqdimatı üçün ayrılan müddət bitəcək. Buna baxmayaraq, hələlik heç bir layihə təqdim olunmayıb. ötən il keçirilən müsabiqədə də eyni vəziyyətin müşahidə olunduğunu vurğulayan qurumun rəhbəri deyib: “Mən buna çox təəssüflənirəm. ötən il də nədənsə, jurnalistlər və qəzetlər axırıncı həftədə layihələri gətirməyə başladılar. Təəssüflər olsun ki, indiyədək Fonda nə bir layihə, nə də yazı daxil olmayıb”.
V.Səfərlinin sözlərinə görə, həm fərdi jurnalistlər, həm də media orqanları üçün elan olunmuş müsabiqənin nəticələri martın 17-də açıqlanacaq. Həmin gün Fond media nümayəndələri üçün Novruz şənliyi keçirəcək. Onun sözlərinə görə, bu il, həmçinin, Milli Mətbuat Günü ərəfəsində bir sıra tədbirlərin keçirilməsi də gözlənilir. Belə ki, Milli Mətbuatın yaradılmasının 135 illik yubileyi münasibətilə aparıcı KİV-lərə birdəfəlik maliyyə vəsaitinin ayrılması gözlənilir. Bayram münasibətilə qabaqcıl jurnalistlərin ölkə Prezidenti tərəfindən fəxri adların veriləcəyi də gözlənilir. Milli Mətbuat Günündə fərdi jurnalistlər də sevindiriləcək. Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri məhz bu ərəfədə elan ediləcək.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

