/ / Avropa Şurasında cəmləşən anti-Azərbaycan, ermənipərəst qüvvələr ölkəmizə düşmən gözü ilə baxırlar
Avropa Şurasında cəmləşən anti-Azərbaycan, ermənipərəst qüvvələr ölkəmizə düşmən gözü ilə baxırlar
16.04.2020 [11:27]
AŞPA qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş “seçkilər"ə münasibət bildirməməklə bir daha təsdiqlədi ki, Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir
Müstəqil Azərbaycan ardıcıl səciyyə daşıyan xarici siyasətində özünün milli maraqlarını qətiyyətlə qoruyur, eyni zamanda, beynəlxalq birlik tərəfindən təsbit olunan norma və prinsiplərə əsaslanır. Respublikamız daim o mövqedən çıxış edir ki, ayrı-ayrı ölkələrin bir-biriləri ilə, eləcə də milli dövlətlərin beynəlxalq təşkilatlarla münasibətləri qarşılıqlı hörmətə və maraqlara əsaslanmalıdır.
Təbii ki, Azərbaycanın ədalətli mövqeyi, özünün və tərəfdaşlarının maraqlarını nəzərə almaqla apardığı siyasət beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Bu gün respublikamız dünyada sosial-iqtisadi sahədə dinamik inkişaf göstəriciləri qazanan, eyni zamanda özünün geniş imkanlarını təqdim edərək regional və beynəlxalq əməkdaşlığa, qlobal miqyasda təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına sanballı töhfələr verən ləyaqətli dövlət kimi tanınır. Ölkəmizin dostlarının sayı getdikcə artır.
Bununla belə, qlobal miqyasda Azərbaycanın uğurlarını həzm edə bilməyən və ölkəmizə qısqanclıqla yanaşan müəyyən dairələr də mövcuddur. Bunlar əsasən xaricdəki erməni lobbisinə bağlı olan və onların maliyyə dəstəyindən bəhrələnməklə ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən qüvvələrdir. Bəhs olunanlar sırasında Avropa Şurasında təmsil olunan bir sıra ermənipərəst qüvvələr dəvar.
Azərbaycan cəmiyyəti dəfələrlə AŞPA-nın ölkəmizə qarşı qərəzli mövqedən çıxış etdiyinin şahidi olub
Birmənalı şəkildə demək mümkündür ki, AŞPA-da cəmləşən anti-Azərbaycan, ermənipərəst qüvvələr ölkəmizə düşmən gözü ilə baxırlar. Biz dəfələrlə bu qurumun ölkəmizə qarşı qərəzli mövqedən çıxış etdiyinin şahidi olmuşuq. Açıq-aydın görünür ki, Avropa Şurası erməni lobbisinin əlində alətə, oyuncaq bir quruma çevrilib. Başqa cür dəyərləndirmək mümkün deyil. Çünki Azərbaycanla bağlı müxtəlif məsələlərdə AŞPA-nın çıxartdığı qərarlarla dünya birliyinin sərgilədiyi ədalətli mövqe daban-dabana ziddiyyət təşkil edir. Qurum Azərbaycana qərəzli yanaşmasını bir qədər bundan əvvəl separatçı rejimin “DQR”də keçirdiyi “seçkiyə” münasibət bildirməməsi ilə bir daha ortaya qoydu.
Məlumdur ki, Azərbaycana məxsus Dağlıq Qarabağda son 30 ildə beynəlxalq hüquqla bir araya sığmayan hadisələr baş verir. Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü pozub, Dağlıq Qarabağa bitişik 7 inzibati-ərazi vahidi də daxil olmaqla torpaqlarımızın 20 faizini işğal altına alıb. İşğalçı Ermənistan Dağlıq Qarabağda heç bir xarici ölkə, heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan separatçı rejim qurub və zəbt etdiyi ərazilərimizdə vandalizm, talama siyasəti aparır. Ermənistanın qonşu dövlətə qarşı reallaşdırdığı təcəvüzkarlıq siyasəti, əlbəttə ki, beynəlxalq birliyin qınağı ilə üzləşib. Bu da təbiidir. XXI əsrdə bir dövlətin başqa bir suveren dövlətə qarşı güc nümayiş etdirməsi və onun tarixi torpaqlarını işğal altına alması qətiyyən yolverilməzdir.
O cümlədən beynəlxalq birlik “DQR”də düzənlənən oyuncaq seçkilərə də birmənalı münasibət bildirərək onu tanımadığını açıqlayıb. Prezident İlham Əliyev aprelin 14-də Onun Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə söylədiyi nitqində diqqəti dünya birliyinin “DQR”dəki “seçkilərə” münasibətinə çəkərək vurğulayıb: “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.
Beynəlxalq birliyin ədalətli yanaşması işğalçı Ermənistana və “DQR”dəki xunta rejiminə növbəti sarsıdıcı zərbədir. Bu zərbəni, əslində, işğalçı qüvvələr özləri özlərinə vurublar. Oyuncaq seçkilərin dünyanın aparıcı beynəlxalq təşkilatları, eləcə də nüfuzlu dövlətlər tərəfindən tanınmaması bir daha təsdiqləyir ki, Ermənistanın işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur. Dünya birliyi qondarma DQR-i indiyədək tanımayıb və bundan sonar da tanımayacaq. Ümumiyyətlə, işğalçılıq siyasəti Ermənistana heç bir fayda gətirməyib. Əksinə, Azərbaycanın apardığı siyasətin məntiqi nəticəsi olaraq Ermənistan dalan ölkəyə çevrilib. Hazırda bu forpost dövlətin iqtisadi inkişaf, investisiya qoyuluşu baxımından heç bir perspektivi yoxdur. Ölkədə bütünlüklə səfalət hökm sürür. Bütün bunlar onu deməyə əsas verir ki, artıq Ermənistanın apardığı işğalçılıq siyasəti tamam iflasa uğrayıb və geç-tez Azərbaycanın ərazi bütövlüyü öz həllini tapacaq.
Avropa Şurasının təmsilçiləri Azərbaycan üzrə məruzəçi olmağa mənəvi haqlarını itiriblər
Avropa Şurasının qondarma “Dağlıq Qarabağ Respublikası”ında keçirilmiş "qondarma" seçkiləri görməzdən gəlməsi ilk növbədə bu qurumun özünün nüfuzuna növbəti zərbədir. Axı qurumun bir halda ədalətdən, demokratiyadan bəhs etməsinin, digər halda isə ədalətsizliyə, beynəlxalq hüququn, insan haqlarının pozulmasına göz yummasının heç bir məntiqi izahı yoxdur. Avropa Şurasının saxta seçkilərə münasibətdə sərgilədiyi yanaşma bir daha təsdiqlədi ki, Azərbaycana qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Burada qəbul edilən qətnamələr, qərarlar kağız parçasından artıq deyil. Qurumun ayrı-ayrı təmsilçilərinin zaman-zaman ölkəmizlə bağlı, necə deyərlər, stəkanda fırtına qopardıqları hər kəsə bəllidir. Sual yaranır: Azərbaycanda balaca bir hadisə baş verən kimi dərhal ağızdolusu yalan, böhtan uyduran məruzəçilər nə üçün ağızlarına su alıb susublar? Yenə də sual ünvanlayırıq: Bəs ədalət, demokratiya harada qaldı? Bu çirkin əməllərdən sonra onlar Azərbaycan üzrə məruzəçi olmağa mənəvi haqlarını itiriblər. Aydın görünür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. “Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Əlbəttə, güclü dövlət olan Azərbaycan öz yolunu özü müəyyənləşdirir və tutduğu yolla da inamla irəliləyir. Avropa Şurasının və digər belə oyuncaq qurumların hansı bəyanatları səsləndirmələrindən asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bütün beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası ölkəmizin prinsipial mövqeyini daha da gücləndirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

