Azərbaycanda ordu quruculuğunun yüksək inkişafı Ermənistanı qorxuya salıb
18.02.2010 [21:43]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir həll edilməməsi, işğalçı rəsmi İrəvanın zorakılığa əsaslanan siyasətindən əl çəkməməsi Cənubi Qafqaz regionunda sabitliyi hər zaman təhlükə altında saxlayır. Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan bütün beynəlxalq prinsipləri, insan haqları, o cümlədən, ərazi bütövlüyünün toxunulmazlığını özündə əks etdirən konvensiyaları pozaraq bölgədə müharibə şəraitinin davam etməsinə çalışır.
İllərdir istər beynəlxalq təşkilatları, istərsə də ayrı-ayrı dövlətləri öz yalançı təbliğatı ilə aldatmaq istəyən Ermənistan rəhbərliyi bu cəhdlərin faydasızlığını dərk edir. Ermənistan artıq anlayır ki, yürütdüyü qeyri-konstruktiv, zorakılığa əsaslanan siyasət fiaskoya uğramaqdadır. Bu gün bütün dünya Dağlıq Qarabağı tarixi Azərbaycan torpaqları kimi qəbul edir və hər bir ölkə Azərbaycanla əlaqələrinin inkişafına xüsusi diqqət ayırır. Bu isə, son nəticədə aparılan danışıqlar prosesində balansın Azərbaycanın xeyrinə dəyişməsinə təkan verir. Maraqlıdır ki, bunu Ermənistan siyasətçiləri də təsdiq etmək məcburiyyətində qalırlar. Bir müddət öncə Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan İrəvanda keçirdiyi mətbuat konfransında hərbi-siyasi balansın Azərbaycanın xeyrinə dəyişdiyini bildirib. Onun sözlərinə görə, hərbi-siyasi balans Azərbaycanın xeyrinə dəyişdiyindən, məsələnin hərbi yolla həllinin mümkünlüyü ilə bağlı gərginlik artır. Ermənistan müxalifətinin nümayəndəsi hesab edir ki, Serj Sarkisyan rejiminin güzəştə getməsinin səbəbi də bununla bağlıdır: “Ermənistan hakimiyyətinin bu gün güzəştlərə getməsinin əsl səbəbi hərbi-siyasi balansın dəyişməsidir”.
L.Zurabyan etiraf edib ki, bugünkü Azərbaycan özünün hərbi, iqtisadi və digər resursları ilə Ermənistandan dəfələrlə güclüdür.
Bəli, bu bir həqiqətdir Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və öz iqtisadi inkişaf tempinə görə dünyada öncül ölkələrdən biri kimi qəbul edilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasətimizin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticə etibarı ilə ölkəmizin həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan proseslərdə üstünlük əldə etməsinə gətirib çıxarıb. Bu üstünlük isə özünü hərbi sahədə daha aşkar büruzə verir.
Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə tənzimlənməsinə tərəfdar olduğunu nümayiş etdirib. Problemin tənzimlənməsi istiqamətində aparılan istər ikitərəfli, istərsə də çoxtərəfli danışıqlar prosesində Azərbaycan münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib. Qeyri-konstruktiv mövqeyi ilə hər zaman danışıqlar prosesinə maneçilik törədən erməni tərəfi isə müxtəlif bəhanələrlə bu durumun uzanmasını istəyir. Amma Azərbaycan Prezidentinin də hər zaman vurğuladığı kimi hazırkı situasiya daha bir neçə il uzana bilməz və ölkəmiz öz torpaqlarını istənilən yolla işğaldan azad etməyə hazırdır. Bu gün Azərbaycan öz ordu, silah-sursat potensialına görə, Ermənistandan dəfələrlə öndədir. Bir faktı qeyd etmək kifayətdir ki, Ermənistanın ianələr əsasında formalaşan dövlət büdcəsi Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitlə eyni həcmdədir. Bu isə, ölkəmizin iqtisadi qüdrətinin hərbi sahəyə yönəldilməsində əldə olunan uğurlardan xəbər verir və Ermənistan tərəfinin də etiraf etdiyi kimi, prosesdə balans Azərbaycanın xeyrinə dəyişir.
Ordu quruculuğu, ordunun müasirləşdirilməsi, inkişaf etdirilməsi hər zaman Azərbaycan dövləti üçün prioritet sayılıb. Məhz bu amil bu gün Azərbaycan ordusunun qarşıda duran istənilən vəzifəni uğurla icra etməsinə imkan verir. Bu gün Azərbaycanın hərbi sənayesi yüksək templə inkişaf edir, ölkəmiz silah istehsalını reallaşdırır. Bu isə, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin mümkün hərbi yolla həllində Azərbaycanın üstünlüyünün təminatında həlledici rolunu oynayacaq. Ermənistan isə uzun illərdir davam etdirdiyi işğalçılıq siyasəti nəticəsində istər bölgədə reallaşan qlobal layihələrdən, istərsə də regiondakı inkişaf tempindən kənarda qalıb. Məhz bu amil bu gün Ermənistanı dərindən fikirləşməyə məcbur edir. Bu baxımdan, erməni siyasətçisinin etirafları başadüşüləndir. Artıq Azərbaycanın aşkar üstünlüyünü görən Ermənistan hakimiyyəti məsələni konstruktiv yolla həll etməyə məcburdur. Əks halda, özlərinin də qeyd etdiyi kimi, Azərbaycan hərbi üstünlüyündən real şəkildə istifadə etmək məcburiyyətində qalacaq.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxGündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17

