Dmitri Savelyev: Qarabağ problemi konkretlik tələb edir
15.08.2020 [01:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini COVID-19-a qarşı dünyada ilk vaksinin qeydiyyata alınması münasibətilə təbrik edib. Bundan əlavə, prezidentlər telefon söhbəti zamanı Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədində vəziyyətin kəskinləşməsi problemini müzakirə ediblər.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda RBK telekanalına verdiyi müsahibədə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədində silahlı münaqişələrlə bağlı vəziyyəti yalnız özü üçün sərfəli mövqedən şərh edib. Onun dediyinə görə, azərbaycanlılar Rusiyada vəziyyətin sabitliyini pozmaq üçün Moskvada ermənilərə hücumlar təşkil ediblər.
AZƏRTAC Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən bu tendensiyaların inkişaf perspektivləri barədə öz fikrini bildirməsini xahiş edib.
-Dmitri İvanoviç, sizin fikrinizcə, iyul ayında Azərbaycan-Ermənistan sərhədində nə baş vermişdi? Münaqişənin kəskinləşəcəyini proqnozlaşdırmaq olardımı?
-Hesab edirəm ki, Azərbaycan-Ermənistan sərhədində iki ölkə arasında gərginliyin gözlənilmədən artması üçün obyektiv səbəblər yox idi. Dağlıq Qarabağ ilə təmas xəttində toqquşmalar vaxtaşırı baş verir, lakin 2012-ci ilin iyun ayından sonra bilavasitə Azərbaycan-Ermənistan sərhədində belə hadisələr olmamışdı.
Bu vəziyyətin yaranma mənbələrini üzə çıxarmaq üçün kriminalistikanın sınanmış prinsipindən istifadə etmək lazımdır: axtar, gör kim üçün sərfəlidir. Mənim üçün bir fakt aşkardır ki, Azərbaycanın Ermənistana qarşı provokasiya etməsinin mənası yox idi. Azərbaycan tərəfi yalnız işğal olunmuş torpaqlarının qaytarılmasını istəyir və rəsmi Bakı, öz ordusunun hazırlıq və texniki təchizat səviyyəsinin çox yüksək olmasına baxmayaraq, otuz ildir ki, bu problemi dinc yolla həll etməyə çalışır. Ermənistanın niyyətlərinə gəldikdə isə, burada hər şey o qədər də birmənalı deyil.
-Sizin fikrinizcə, Ermənistan tərəfindən bu cür hərəkətlərin məqsədləri nədən ibarət ola bilərdi?
-Koronavirus pandemiyası nəticəsində Ermənistan vətəndaşlarının yerdəyişmə imkanları məhdudlaşıb, onlar işsiz qalırlar, çünki ölkədə iqtisadi fəallıq dondurulub. Ermənistanda siyasi böhranın üzərinə sosial problemlər də əlavə olunub, bu isə ümumi vəziyyəti çox kəskinləşdirir. Mən bunu istisna etmirəm ki, Ermənistan rəhbərliyi bu provokasiyanın köməyi ilə əhalinin diqqətini ölkə daxilində problemli sosial-iqtisadi vəziyyətdən yayındırmağa çalışırdı.
Bundan əlavə, qeyd etmək lazımdır ki, bütün əsas atışmalar və döyüşlər Tovuz rayonunda, bu rayonun Ağdam kəndi ətrafında, Azərbaycanın karbohidrogenlərinin nəql edilməsi üçün strateji marşrutların - Bakı-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin, habelə Bakı-Ərzurum qaz kəmərinin bilavasitə yaxınlığında baş verirdi.
Çox ehtimal ki, Ermənistan özünün bu cür hərəkətləri ilə Şərq-Qərb xəttindəki kommunikasiyalara potensial təhlükə yaratmaq imkanlarını nümayiş etdirir və beləliklə, dolayı yolla Azərbaycana təzyiq göstərməyə çalışır.
Mənim fikrimcə, əsas səbəb budur: məhz Azərbaycan-Ermənistan sərhədində provokasiya Ermənistanın bu münaqişəyə üçüncü tərəfləri cəlb etmək cəhdinə dəlalət edə bilər. Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinə görə, xaricdən təhlükə yarandığı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri olan ölkələr və ilk növbədə Rusiya həmin müqavilə üzrə özlərinin müttəfiqi olan Ermənistanı dəstəkləməlidirlər. İndiki halda Ermənistanın KTMT üzvü olan ölkələrdən kömək istəməməsi barədə Paşinyanın bəyanatları qəribə səslənir, axı Ermənistanın rəsmi şəxsləri, konkret olaraq Ermənistanın Moskvadakı diplomatik nümayəndəliyinin rəhbəri Vardan Toqanyan açıq bəyan edib ki, Ermənistan KTMT-dən olan həmkarlarının və konkret olaraq Rusiyanın reaksiyasına ümid bəsləyir.
-KTMT-nin bu bəyanata cavabı nə dərəcə simmetrik oldu?
-KTMT üzvləri tarazlaşdırılmış mövqe tutaraq hər iki tərəfi atəşkəsə çağırdılar. Bu, BMT-nin COVID-19 pandemiyasının nəticələrini araşdırmağa imkan yaranması üçün münaqişə zonalarında hərbi əməliyyatları dayandırmaq barədə çağırışına müvafiqdir. Mənim fikrimcə, Rusiyanın və KTMT üzvü olan digər ölkələrin bu qərarı çox cəhətdən Azərbaycanın ardıcıl xarici siyasəti ilə bağlıdır. Bu qərar həm də onu göstərdi ki, münaqişə KTMT-nin fəaliyyət zonasına daxil deyil, buna görə də Azərbaycan dünya birliyinin nəzərində ucaldı. KTMT üzvü olan ölkələrin bitərəf mövqe tutması erməni tərəfi o dərəcədə hiddətləndirdi ki, dünyada azərbaycanlılara hücumlar dalğası yarandı. Kanada, Belçika və ABŞ-da belə hallar qeydə alındı, hadisələr bilavasitə diplomatik missiyaların qapılarının yanında baş verirdi. Mən bunu erməni tərəfin acızliyi ilə bağlı kin-küdurət əlaməti hesab edirəm: Nikol Paşinyan etiraf etməlidir ki, Ermənistan bütün dünyada Azərbaycanın sülhsevər siyasətinin beynəlxalq miqyasda dəstəklənməsi ilə üzləşdi.
-Dünyamız Azərbaycan-Ermənistan münaqişəsinin növbəti dəfə kəskinləşməsindən necə dərs almalıdır?
-Aşkardır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ probleminin nizamlanmasına dair tədbirləri fəallaşdırmalıdırlar. Belə olmayınca, Cənubi Qafqazda vəziyyət müharibə həddində gərgin olaraq qalacaq. Zaman çərçivələri dəqiq müəyyən edilməklə “Kazan formulu”na əsaslanan konkret plan lazımdır: Ermənistan işğal etdiyi bütün rayonları Azərbaycana verir, bundan sonra Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür, qaçqınlar qayıdandan sonra Dağlıq Qarabağda bu ərazinin statusu barədə referendum keçirilir. Bu, Madrid prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qəbul etdiyi qətnamələrə müvafiqdir. İndi əsas məsələ danışıqlar prosesini predmetli müstəviyə keçirməkdir ki, münaqişənin həllində real irəliləyiş baş versin.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

