Mikayıl Cabbarov: Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir
15.08.2020 [01:13]
Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir.
Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətlərarası komissiyasının həmsədri Mikayıl Cabbarovun “The Jerusalem Post” nəşrindəki müəllif yazısında deyilir.
Nazir yazıb ki, bu gün mürəkkəb dövrdür: “COVID-19 pandemiyası bizim ənənəvi həyat tərzimizi dəyişib. Virus gündəlik olaraq minlərlə ölümə səbəb olur. Bu, beynəlxalq quruluşun iqtisadi və sosial əsaslarını zəiflədir, yoxsulluğu gücləndirir və inkişafı ləngidir”.
M.Cabbarov qeyd edib ki, bu mürəkkəb dövrdə Azərbaycan daha bir təhdidlə üz-üzə qaldı. Ermənistanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun davam edən işğalı fonunda iyulun 12-də bu ölkə Azərbaycana yeni genişmiqyaslı hücum həyata keçirdi. Hücum münaqişə zonasından uzaqda yerləşən Tovuz rayonu istiqamətində baş verdi: “Maraqlıdır ki, Tovuz rayonu əsas neft və qaz borularının tranzit marşrutu üzərində yerləşir. Beləliklə, Ermənistanın təcavüzkar fəaliyyəti dünya enerji bazarlarının təhlükəsizliyinə və Azərbaycanın enerji ehtiyatlarının istehlakçılarının, o cümlədən İsrailin enerji təhlükəsizliyinə böyük təhdiddir”.
Müəllif bildirib ki, Ermənistanın bu təxribatçı addımının səbəblərindən biri bilavasitə bu ölkədəki vəziyyətlə bağlıdır: “Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir, korrupsiya geniş yayılıb, emiqrasiya artır. Pandemiya ilə vəziyyətə nəzarət çox zəifdir. Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə bir-birilə münaqişədədir. Bu şəraitdə Ermənistan hökuməti hərbi əməliyyatlarla insanların diqqətini daxili problemlərdən yayındırmaq üsulunu seçdi”.
Nazir qeyd edib ki, hazırda Ermənistan hətta Azərbaycanla xarici tərəfdaşları, o cümlədən İsrail arasında münasibətlərlə manipulyasiya etməyə çalışır: “Erməni KİV-lərində məqalələr dərc etməklə sanksiya, embarqo və boykot yolu ilə Azərbaycanla münasibətlərə son qoymağa çağırır”.
O əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz tərəfdaşlarının gündəmi ilə manipulyasiya etmir: “İsraillə ikitərəfli münasibətləri inkişaf etdirməklə biz Azərbaycanda bu münasibətləri üçüncü tərəflərə qarşı yönəltmirik. Bizim səylərimiz hər zaman beynəlxalq təhlükəsizliyə, sabitliyə və sülhə mühüm töhfə verməyə yönəlib. Biz tolerantlıq və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdirməyə çalışırıq. Biz divarlar əvəzinə körpülər tikməyə kömək göstərmək istəyirik və bizim qurduğumuz münasibətlər artıq dostlarımıza xeyir gətirir”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

