/ / Dünya mətbuatı qondarma "erməni soyqırımı" haqqında qərar layihəsinin qəbulu ilə bağlı nə yazıb?
Dünya mətbuatı qondarma "erməni soyqırımı" haqqında qərar layihəsinin qəbulu ilə bağlı nə yazıb?
09.03.2010 [09:48]
Türkiyənin qanunun qəbulundan dərhal sonra ABŞ-dakı səfirini geri çağırdığını xatırladan qəzet qeyd edib ki, prezident Barak Obamanın bu məsələdə qətiyyətsizliyi qanunun Nümayəndələr Palatasında da qəbul olunma ehtimalını artırır: “Proseslərin belə şəkil alması Türkiyə tərəfindən sərt qarşılana bilər. Türkiyə son bir neçə ildə Orta Şərq başda olmaqla bir çox bölgədə mühüm rol oynayıb. Türkiyə ABŞ-ın ortaq məxrəcə gəlmədiyi ölkələrlə birləşə, ABŞ-ın gedə bilməyəcəyi yerlərə gedə bilər. ABŞ İraqdan geri çəkilərsə, bunun üçün Türkiyə qədər münasib ölkə yoxdur”.
ABŞ-a “bütün bunları risk etməyə dəyərmi?” sualı ünvanlayan “The Guardian” vurğulayıb ki, Konqres indi iki sualla üz-üzədir: “Birinci sual odur ki, soyqırımdır, ya yox? İkinci sual isə ondan ibarətdir ki, təxminən bir əsr əvvəl olmuş həssas bir mövzu ilə bağlı qərar vermək ABŞ Konqresinin işidirmi? Əlbəttə ki, bu Konqresin işi deyil”.
ABŞ Konqresinin Türkiyə-ABŞ əlaqələrinin əhəmiyyətini hələ dərk edə bilmədiyini söyləyən qəzet sonda ABŞ-a mesaj ünvanlayıb: “Düyğusallıq xarici siyasətin düşmənidir. Xarici siyasət hər vaxt məntiqli hərəkət etməyi tələb edir. Amma ABŞ Konqresi bunu anlamaqdan çox uzaqdır”. “Wall Street Journal” isə qanunun gələcəyinin qeyri-müəyyən olduğunu yazıb. Oxşar qanunların Komitə tərəfindən əvvəllər də qəbul edildiyini bildirən mətbu orqan hazırkı vəziyyətdən “Lockheed Martın”, “Boeing”, “Raytheon”, “United Technologies” və “Northrop Grumman” kimi müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin narahat olduğunu bildirib. Prezident Barak Obamanın 2008-ci ildə senator olarkən “erməni soyqırımını tanıyacağam” dediyini xatırladan qəzet Komitə rəhbərinin səsvermədən əvvəlki çıxışında “prezidentin bu məsələdəki fikrini bilirik” dediyini vurğulayıb. “Washington Post” qəzeti qanunun ABŞ rəhbərliyini çətin vəziyyətə saldığını qeyd edib. Barak Obama ilə birgə onun köməkçisi Joe Biden və xarici işlər naziri Hillari Klintonun qanunun qəbul edilməməsi üçün komitəyə xəbərdarlıq etdiyini yazan qəzet bildirib ki, ABŞ bir çox məsələlərdə Türkiyənin əməkdaşlığına ehtiyac duyur. Qəzet nümunə olaraq İraq, İran və Əfqanıstanın adını çəkib. 2007-ci ildə də qanun layihəsinin komitədə təsdiqləndiyini, ancaq qanunun o vaxtkı prezident Corc Buş tərəfindən Nümayəndələr Palatasına göndərilmədiyini vurğulayan qəzet indiki rəhbərliyin də eyni şəkildə addım atacağına ümid etdiyini bildirib. Qanun layihəsinin Xarici əlaqələr komitəsində qəbul edilməsinə baxmayaraq Senata göndərilməsinin çətin olduğunu diqqətə çatdıran “Chicago Tribune” qəzeti Türkiyənin çox sürətli şəkildə cavab verdiyini və Ankaranın ABŞ ilə əlaqələrin zərər görəcəyi xəbərdarlığını etdiyini qeyd edib. Uzun sürən müzakirələrdən sonar qanunu dəstəkləyənlərin qarşılarındakı daha bir maneəni aşdıqlarını yazan qəzet qanunun bir səs fərqlə keçdiyinə, Senata gəlməsinin daha da çətin olduğuna diqqət çəkib. Səsverməyə çox az qalmış qanunun keçməməsi üçün Obamanın komitəyə tövsiyə etdiyini yazan qəzet, bununla bağlı Amerika Erməni Milli Komitəsi tərəfindən deyilən “Obama bizdə həddindən artıq xəyal qırıqlığı yaratdı” ifadəsinə yer verib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

