/ / “China Daily”: Mehriban Əliyevanın yorulmaz fəaliyyəti Azərbaycan xalqının dərin hörmət və məhəbbətini qazanıb
“China Daily”: Mehriban Əliyevanın yorulmaz fəaliyyəti Azərbaycan xalqının dərin hörmət və məhəbbətini qazanıb
28.08.2020 [09:18]
Çində və xaricdə çoxsaylı oxucusu olan ingilisdilli “China Daily” qəzeti “Mehriban Əliyevanın yorulmaz fəaliyyəti Azərbaycan xalqının dərin hörmət və məhəbbətini qazanıb” sərlövhəli məqalə yayıb.
Məqalə AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanıb.
Ümumilikdə 100 milyondan çox çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə abunəçisi olan “China Daily”də çıxan məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, xeyirxah əməllərindən, ölkəsinin, onun mədəniyyətinin dünyada tanıdılması istiqamətindəki işlərindən söz açılıb.
Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə ölkənin tərəqqisi üçün səylə çalışır. Azərbaycanı beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edən, siyasəti mərhəmət və şəfqət kimi bəşəri dəyərlərlə zənginləşdirən, hər bir sahədə xoş məramı ilə fərqlənən Mehriban Əliyeva Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır.
Məqalədə Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi dünya mədəni irsinin qorunması, sivilizasiyalararası dialoqun təşviqi, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə verdiyi misilsiz töhfələrdən bəhs edilib.
“China Daily” yazır ki, 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir. Ötən müddətdə bu yüksək və məsul vəzifədə gördüyü işlərlə Prezidentin və xalqın etimadını layiqincə doğruldur.
Bildirilib ki, Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinə həsr edib. Bundan başqa, o, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanan hərbçilərə qayğı göstərir, Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı layihələr icra edilir.
Məqalədə, həmçinin Mehriban Əliyevanın rəhbərliyi ilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri, Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanaların istifadəyə verilməsindən də bəhs olunub.
“China Daily” oxucularına Mehriban Əliyevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin, dövlətçilik ənənələrinin, tarixinin dünyada təbliği sahəsində davamlı, məqsədyönlü işi barədə də məlumat verib. Bundan başqa, Azərbaycanın Birinci vitse-prezidentinin idmanın inkişafı sahəsində gördüyü işlərdən də bəhs edilib, onun çoxlu beynəlxalq mükafatlara layiq görüldüyü vurğulanıb.
Qeyd edək ki, “China Daily” qəzeti və AZƏRTAC arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlığın əsası 2018-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammiti zamanı qoyulub və tərəflər əlaqələrin genişləndirilməsinə dair razılığa gəliblər. AZƏRTAC-ın materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet bir müddət əvvəl “Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il”, “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqalələri də öz internet səhifəsində yerləşdirib.
Qəzet ilə sıx əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzetin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a “China Daily” tərəfindən “Fəxri beynəlxalq media tərəfdaşı-2019” mükafatı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29

