/ / Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ölkəmizin milli maraqlarının müdafiəsinə xidmət edir
Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ölkəmizin milli maraqlarının müdafiəsinə xidmət edir
04.09.2020 [09:27]
Ən böyük diplomatiya milli maraqları müdafiə etmə əzmi, ən doğru siyasət dürüstlükdür. Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyətində daim milli maraqları qorumaq üçün çoxkombinasiyalı siyasi gedişlər ustası kimi deyil, həm də diplomatik üslub və etiketi dərindən bilən güclü diplomat keyfiyyətləri ilə tanınır. Biz dəfələrlə Prezident İlham Əliyevin ən mürəkkəb şəraitdə, ən sadə metodlarla bizə və müttəfiqlərimizə qarşı olan diplomatik həmlələri necə asanlıqla dəf etdiyinin və layiqli cavab verdiyinin şahidi olmuşuq. Eyni hadisəni ən müxtəlif beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli görüşlərdə, müxtəlif beynəlxalq konfranslarda təşkil edilən debatlarda müşahidə edərək qurur hissi keçirmişik. Çünki Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ölkəmizin milli maraqlarının müdafiəsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib ki, məhz bütün bunların sayəsində Azərbaycan milli maraqlara xidmət edən və tam müstəqil siyasət yeridən dövlət, eləcə də müttəfiqlərinin maraqlarını qoruyan əsl etibarlı dost kimi tanınıb: “Məsələn, Azərbaycan Prezidenti 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək bildirmişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. Yerində nümayiş etdirilən bu diplomatik qətiyyət o zaman işğalçı ölkənin prezidentinin üzünə vurulan sillə effekti yaratmışdı. Ötən gün Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən yeni bir diplomatik üslubla həqiqətləri açıq və şəffaf şəkildə onun diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, Yunanıstan, Kipr və Ermənistan birlikdə üçtərəfli format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanda ciddi narahatlıq doğurur. Çünki Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir”.
H.Babaoğlu bildirib ki, Prezident İlham Əliyev Yunanıstan diplomatına dərs verdi və ona müəyyən hadisələri xatırlatdı. Xatırlatdı ki, həmin dostluq etdiyiniz Ermənistan Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb. Tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir.
Deputat deyib: “Düşünürəm ki, dövlətimizin başçısının yerində, qətiyyətli və milli maraqlarımızın hər şeydən üstün tutulduğunu göstərən mövqeyi, əslində, yüksək səviyyədə diplomatik dərs idi. Əmin olmaq olar ki, hamı bundan özü üçün lazım olan nəticəni çıxarmış oldu. Digər mühüm mövqe isə ondan ibarət oldu ki, Azərbaycan Prezidenti Türkiyə-Azərbaycan münasibətlərinin bütün diplomatiya və siyasətin fövqündə olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev dedi: “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”. Bu fikirlər Türkiyə-Azərbaycan qardaşlığının ən yaxşı ifadəsi və “Bir millət, iki dövlət” fəlsəfəsinin real beynəlxalq münasibətlər sistemində təntənəsi idi”.
Deputat vurğulayıb ki, bu cür qətiyyətli və prinsipial diplomatiya siyasəti milli maraqlarımızı qoruyan ən yaxşı vasitədir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

