Jalə Əliyeva: Azərbaycan və Türkiyə hər zaman tərəddüdsüz bir-birinin yanında olub və olacaq
04.09.2020 [09:31]
“Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı...”.
Bu fikirlər Prezident İlham Əliyevə məxsusdur. Dövlət başçısı bu bəyanatı sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən səsləndirdi. Qəbul zamanı bir çox məsələlərə birmənalı və sərt mövqeyini ifadə edən dövlətimizin başçısı qardaş Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliyə də geniş toxundu və qeyd etdi ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir, türklər bizim qardaşlarımızdır və beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.
Milli Məclisin deputatı, professor Jalə Əliyeva bununla bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, bəli, bu, əsl dost, əsl qardaş, əsl müttəfiq mövqeyidir.
Deputat deyib: “Bir azərbaycanlı kimi çox qürurlandım, çox sevindim, açıq şəkildə deyirəm ki, hətta, çox kövrəldim... Bir anlıq yaxın tariximizdə baş vermiş daha bir qürurverici hadisəyə ekskurs etdim. Yəqin çoxlarının yadında olar, bir neçə il öncə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr etmişdi. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabartmış və Türkiyəni əsas tənqid hədəfi kimi seçmişdi. Həmin sammitdə Prezident İlham Əliyevin Sarkisyana cavab verərək qətiyyətli şəkildə “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi hər kəsi, xüsusilə də tədbir iştirakçılarını, dövlət və hökumət başçılarını təəccübləndirmişdi. Çoxları bu sözlərdən sanki çaşqınlığa, şoka düşmüşdü. Amma bu mövqe, bu iradə bütün türk dünyasında hamı tərəfindən alqışla, rəğbətlə qarşılandı. İndi olduğu kimi, o zaman da bu qətiyyətli, cəsarətli mövqeyinə, iradəsinə görə cənab Prezidentimizlə qürurlanmış, iftixar hissi keçirmişdik. Bəli, bu sözləri yalnız İlham Əliyev kimi özünə güvənən, qətiyyətli, iradəli, cəsarətli dövlət xadimi, lider səsləndirə bilərdi. Dövlətimizin başçısının Yunanıstan səfiri ilə görüşdə söylədikləri ani bir hissdən irəli gələn çıxış deyildi. Cənab Prezident bununla bir daha nümayiş etdirmiş və sübut etmiş oldu ki, Azərbaycan ilə Türkiyə arasında olan qardaşlıq, dostluq münasibətləri bütün münasibətlərin fövqündə dayanır. Azərbaycanın sevinci Türkiyənin sevinci, Türkiyənin uğuru Azərbaycanın uğurudur və ya Azərbaycanın kədəri Türkiyənin, Türkiyənin kədəri Azərbaycanın kədəridir. Bu iki dost və qardaş ölkə bu günədək olduğu kimi, bundan sonra da bir olacaq, birlikdə problemlərini həll edib zəfərlərinə də birlikdə qoşa qanad kimi addımlayacaq. Heç bir güc bu birgəliyin qarşısını kəsə bilməyəcək. Bu günə kimi belə olub, bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan Türkiyəyə istisnasız və tərəddüdsüz dəstəyini verəcək, Türkiyə də eynilə Azərbaycanın yanında olacaq. Azərbaycan Türkiyənin üzləşdiyi terror bəlasına qarşı birmənalı və barışmaz mücadiləsini, o cümlədən Aralıq dənizində kəşfiyyat məsələsində israrlı, haqlı mövqeyini dəstəkləyib, bundan sonra da dəstəkləyəcək”.
Deputat qeyd edib ki, qəbul zamanı digər məsələlərdən də danışıldı, xüsusilə Yunanıstan, Kipr və Ermənistanın hərb əməkdaşlıq məsələsindən narahatlıq ifadə olundu. Eyni zamanda, Yunanıstanın keçmiş hökumətinin bu ölkənin qaz şirkəti “DESFA” ilə bağlı tenderin qalibi olan SOCAR-a qarşı ötən müddətdə haqsız mövqe nümayiş etdirilməsindən, amma Azərbaycanın bu məsələ ilə əlaqədar hansısa addım atmamasından, əksinə, TAP məsələsində Yunanıstana jest etməsindən söhbət açıldı və bir daha ölkəmizin qətiyyətli mövqeyi ortaya qoyuldu. Odur ki, bütün məsələlərlə, o cümlədən qardaş Türkiyə ilə bağlı qətiyyətli, cəsarətli mövqeyinə görə cənab Prezidentə minnətdarlıq edirik. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

