Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub
05.09.2020 [08:37]
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov ilə görüşüb.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov ölkələrimiz arasında ümumi tarixi, mədəni, dini bağlara əsaslanan və yüksək səviyyədə inkişaf edən münasibətlərdən məmnunluqla bəhs edib. Müstəqilliyin ilk illərindən etibarən təməli Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın ilk Prezidenti-Elbası Nursultan Nazarbayev tərəfindən qoyulan dostluq və əməkdaşlıq münasibətlərinin hazırda hər iki dövlətin başçısı tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, elm, təhsil və digər sahələrdə inkişaf etməkdə olan münasibətlər, mövcud əlaqələrin daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
İkitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri ilə yanaşı, çoxtərəfli platformalarda, o cümlədən Türk Şurası, TRACECA və digər təşkilatlar çərçivəsində davam edən əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov bölgədə təhlükəsizliyə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti, o cümlədən Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat, bölgədəki gərgin vəziyyət barədə həmsöhbətini məlumatlandırıb. Ceyhun Bayramov bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunmasında yeganə yolun məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların məlum qərar və sənədlərinin də tələb etdiyi kimi, işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan çıxarılmasının olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Qazaxıstanın Xarici İşlər nazirinin Ceyhun Bayramovu təyinatı münasibətilə təbrik etdiyini və nazirə fəaliyyətində uğurlar arzuladığını qeyd edib.
İkitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlərin həyata keçirilməsi üzrə mövcud əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyindən əminlik ifadə olunub.
Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə səfir Serjan Abdıkarimov Qazaxıstanın münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq və ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəklədiyini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

