Beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətinə qarşı təcili tədbirlər görməlidir
10.09.2020 [09:14]
Keçən əsrin əvvəllərindən başlayaraq bu günədək Ermənistanda Azərbaycan dövlətinə, xalqına, ümumiyyətlə, türk millətlərinə qarşı aparılan düşmənçilik ideologiyası açıq şəkildə və fasiləsiz davam etdirilir. Hətta bu ideologiya sovetlər dönəmində saxta beynəlmiləlçilik şüarları altında daha fəal surətdə aparılıb. Nəticədə əzəli torpaqlarımız hissə-hissə nankor qonşularımıza hədiyyə edilib. “İştahası diş altında olan” riyakar ermənilər keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov və onun həyat yoldaşı, milliyyətcə erməni olan Raisa Qorbaçovanın, eləcə də xaricdəki himayədarlarının dəstəyi ilə Dağlıq Qarabağın müstəqilliyini elan edərək, Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi barədə qanunsuz qərar qəbul ediblər. İldən-ilə inkişaf etdirilən düşmənçilik ideologiyası nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz işğal edilib, xalqımıza qarşı törədilən amansız terror aktları və soyqırımı nəticəsində 100 minlərlə günahsız azərbaycanlı qətlə yetirilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.
Deputat ötən 30 ilə yaxın dövrdə faşist ideologiyasına xidmət edən Ermənistan rəhbərlərinin heç bir beynəlxalq qanuna məhəl qoymadıqlarını diqqətə çatdıraraq deyib: “Ermənistan rəhbərliyi silahlı qüvvələrinin Azərbaycanın ərazisini tərk etməsi üçün heç bir səy və təşəbbüs göstərmir, hətta yeni torpaqlar tutmağa cəhd edirlər. Tam səmimiyyətlə demək olar ki, Aprel döyüşləri və Günnüt əməliyyatları kimi, düşmən təxribatı nəticəsində baş verən Tovuz döyüşlərini səciyyələndirən əhəmiyyətli amil xalq-dövlət-ordu birliyinin tərənnümü oldu. Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”.
Tovuz istiqamətində uğurlu döyüş əməliyyatlarının Ermənistanın ictimai-siyasi və hərbi dairələrində şok effekti yaratdığını qeyd edən S.Xasayeva deyib ki, işğalçı ölkə qarşısında güclü Azərbaycan Ordusunun dayandığının şahidi oldu. “Ermənistanda atəşkəsdən sonrakı dövrdə korrupsiya və kriminal dairələrin güclənməsi bu ölkədə hərbi sənayenin zəifləməsi ilə müşayiət olunur. Erməni əsgər analarının İrəvan küçələrində tez-tez etiraz aksiyaları keçirmələri də düşmən ordusundakı acınacaqlı vəziyyəti sübut edən amillərdən biridir”, - deyən deputat vurğulayıb ki, Azərbaycanın öz əzəli torpağını işğalçılardan təmizləyərək öz ərazi bütövlüyünü bərpa edəcəyindən vahiməyə düşən baş nazir Nikol Paşinyan, faşist reyimin xarici işlər naziri Zöhrab Mnatsakanyan, qondarma reyimin başçısı Araik Arutyunyan təxribatlar törətməkdə davam edirlər. İşğalçı ölkənin rəhbərləri BMT-nin qətnamələrinə məhəl qoymayaraq Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmaqdan açıqca imtina edirlər.
“Bütün deyilənlər onu sübut edir ki, sürətlə çökməyə doğru gedən Paşinyan reyimi münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və onların niyyəti yeni hərbi kampaniyaya başlamaqdır. Bu məqsədlə onlar “könüllü” xalq dəstələri yaratmaq niyyətindədirlər. Keçən əsrin əvvəllərində də daşnak Ermənistan ordusunun təməli həmin terrorçu dəstələrdən təşkil edilmişdi. Ölkədə yaranmış ağır iqtisadi-siyasi vəziyyətlə əlaqədar Ermənistan gənclərinin böyük əksəriyyəti xarici ölkələrdəki qohumlarının yanına sığınıblar. Gərgin vəziyyət səbəbindən gənclərin əksəriyyəti döyüşlərə getməmək üçün müxtəlif bəhanələrlə ölkəni tərk edirlər. Belə bir vəziyyətdə Paşinyan hökuməti muzdlu ordunun yaradılmasını xeyli əvvəldən qanuniləşdirməyə yol açır. Ancaq unudur ki, hansı vasitəyə əl atımasından asılı olmayaraq, həmişə olduğu kimi onun bu məkrli və çirkin siyasəti də uğursuzluğa düçar olacaq”, - deyə Səbinə Xasayeva qeyd edib.
Deputat bildirib: “Ölkəsində və beynəlxalq aləmdə tam iflasa uğramış Paşinyan reyimi unutmamalıdır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşməni məhv etməyə hər an hazırdır.
Ermənistanın işğalçılıq siyasəti beynəlxalq ictimaiyyəti ciddi düşündürməli və bununla bağlı təcili tədbirlər görülməlidir. İlk növbədə, Ermənistan beynəlxalq humanitar yardımlardan mərhum edilməli və faşist siyasəti yürüdən Paşinyan başda olmaqla, digər hökumət üzvlərinin nüfuzlu beynəlxalq təşkilatların toplantısında iştirakına qadağa qoyulmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

