Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi təntənəli surətdə qeyd olunub
11.03.2010 [11:39]
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin adından AQAC-ın çoxsaylı üzvlərini əlamətdar yubiley münasibətilə təbrik edərək bildirib ki, ölkəmizin ictimai-siyasi, sosial həyatında mühüm rol oynamış bir təsisatın 90 illiyinin bu gün dövlət səviyyəsində qeyd olunması onun nəcib fəaliyyətinə verilən qiymətin əyani təzahürüdür. ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan indiyədək və ondan əvvəlki illlərdə də sosial həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş bu təşkilatın yubileyi onun müəyyən mənada xalq, beynəlxalq qurumlar və AQAC-ın inkişafına yardım göstərmiş dövlət sturukturları qarşısında görülmüş işlərə dair hesabatı deməkdir.
Əli Həsənov deyib ki, əgər bir təşkilatın məramı ehtiyacı olanlara, dara düşmüş, fövqəladə vəziyyətə düçar olmuş insanlara yardım göstərməkdirsə, deməli, həmin təsisat cəmiyyətdə ən arzuolunan qurum hesab edilə bilər. Hər bir ictimai, siyasi, rəsmi, qeyri-rəsmi fəaliyyətin dəyəri cəmiyyətə, insanlara nə dərəcədə sərfəli olub-olmaması ilə ölçülür deyən Prezident Administrasiyasının şöbə müdiri, bu baxımdan AQAC-ın ölkəmizdə məhz hamıya lazımlı və gərəkli ictimai fəaliyyətlə məşğul olduğunu vurğulayıb.
ölkəmizdə Qızıl Aypara Cəmiyyətinin 1920-ci ildə yaranmasına baxmayaraq, onun təşəkkülündən 2 ay keçməmiş Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradığına görə bu qurumun sovet Azərbaycanı dövründə formalaşdığını və respublikamızda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin milli qurumu kimi fəaliyyət göstərdiyini xatırladan Əli Həsənov onun əsas inkişaf dövrünün ölkəmizin ikinci dəfə müstəqilliyinə qovuşması ilə sıx bağlı olduğunu bildirib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklər, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan təşkilatlardan biri Azərbaycan Qızıl Aypara Cəmiyyəti olub. AQAC müstəqillik dövründə yenidən təşkilatlanmağa başladığı ilk gündən etibarən Azərbaycanın qarşılaşdığı ciddi problemlərin həlli istiqamətində fəal iş aparıb.
Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin bugünkü inkişaf mərhələsinə çatmasında dövlətin rolunu xüsusi vurğulayan Prezident Administrasiyasının şöbə müdiri, ümummilli liderimiz Heydər Əliyev tərəfindən hələ 1994-cü ildə - ölkəmizin çox çətin anlarında Cəmiyyətin fəaliyyətinin təşkili və onun milli bir qurum kimi tanınması istiqamətində xüsusi Sərəncam imzlandığını xatırladıb. Bildirib ki, bundan sonrakı dövrlərdə də Ulu öndər AQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəməyib.
Hazırda bu siyasətin Prezident İlham Əlivev tərəfindən uğurla davam etdirildiyini deyən Ə.Həsənov dövlətimizin başçısının “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 2004-cü il 31 yanvar tarixli Sərəncamını diqqətə çatdırıb. ümumiyyətlə, 2004-cü ildən bəri Azərbaycan Prezidentinin AQAC-a dövlət qayğısının artırılması ilə bağlı 5 sərəncam imzaladığını bildirən Ə.Həsənov ölkədə bu qədər diqqət və qayğı göstərilən ikinci bir ictimai təşkilatın olmadığını söyləyib. Şöbə müdiri AQAC-ın 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə Cəmiyyətin 17 fəalının dövlət mükafatlarına layiq görülməsini qurumun fəaliyyətinə verilən qiymətin əyani nümunəsi olduğunu vurğulayıb.
Sonra Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 mart tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Cəmiyyətin bir qrup üzvünə yüksək dövlət mükafatını təqdim edib.
Milli Məclis sədrinin müavini Bahar Muradova AQAC-ın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının təkcə əziyyətlər, zəhmətlər, fədakarlıqlar hesabına keçilən yolun qiymətləndirilməsi deyil, eyni zamanda, ülvi, bəşəri hisslərin - sevginin, qayğıkeşliyin, məhəbbətin, mərhəmətin təntənəsi olduğunu bildirib. Qızıl ayparaçıların xalqımıza təmənnasız xidmət etdiklərini deyən B.Muradova AQAC-ın ən çətin, ən kəşməkəşli dövrlərdə insanlara dayaq olduğunu xatırladıb. O, Milli Məclisin sədri Oqtay Əsədovun təbrik məktubunu Cəmiyyətin rəhbərliyinə təqdim edib və qızıl ayparaçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Gürcüstandakı nümayəndəsi Elxan Rəhimov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı Tun Vandenhuv, Türkiyə Qızıl Ay Cəmiyyəti idarə heyətinin üzvü Heyati çetin və başqaları AQAC-ın üzvlərini yubiley münasibətilə təbrik ediblər. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Tadateri Konoenin və Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerin yubiley münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrikləri videogörüntülərlə tədbir iştirakçılarına çatdırılıb. Yubiley mərasimi bayram konserti ilə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07

