Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindəndir
18.09.2020 [23:50]
Ekspertlərin qeyd etdikləri kimi, ölkəmizdə korrupsiya və digər bu kimi neqativ halların aradan qaldırılması islahatlar kursu çərçivəsində əsas hədəflərdən biridir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın dinamik inkişafını təmin edən mühüm strateji amillərdən biri də məhz bütün sahələri əhatə edən islahatların ardıcıl olaraq davam etdirilməsidir. Belə ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar kursu ölkəmizin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Eyni zamanda, ölkəmizdə korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması islahatlar kursu çərçivəsində əsas hədəflərdən biridir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu baxımdan, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Doğrudur, hazırda korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Lakin Azərbaycanda mövcud güclü siyasi iradə və qətiyyət səmiyyətimizin bu bəladan xilası üçün mühüm zəmin yaradır. Bu mənada etiraf edilməlidir ki, son illər Azərbaycanda bu sahədə daha ciddi tədbirlər həyata keçirilir, sərt qərarlar qəbul edilir.
S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyev keçirilən bütün tədbirlərdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha sərt tədbirlərin görüləcəyini bəyan edir, bundan sonra da bu sahədə ciddi addımların atılacağını bildirir. Son zamanlar təyin olunan icra başçılarını qəbul edərkən Prezident İlham Əliyevin ən çox vurğuladığı məsələ korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ilə mübarizə olub. Dövlətimizin başçısı qətiyyətlə bildirir ki, bu xoşagəlməz hallara son qoyulmalıdır.
“Ümumiyyətlə, son 17 ildə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində bir çox zəruri tədbirlər həyata keçirilib, qanunvericilik bazası gücləndirilib”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirilir. Son illər ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı daha kəskin mübarizə aparıldığının beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunduğunu bildirən deputat deyib: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Son bir il ərzində müxtəlif vəzifəli məmurların həbs edilməsi də deyilənlərin əyani sübutudur. Çünki bəzi dövlət məmurları vəzifələrindən sui-istifadə edir, korrupsiya və rüşvətxorluq kimi çirkin əməllərdən əl çəkmir, müxtəlif peşə sahiblərinə, xüsusilə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara qarşı ədalətsizlik edir, onların normal fəaliyyətinə mane olurlar. Belələri tutduğu vəzifədən asılı olmayaraq, qanun qarşısında cavab verməli olurlar”.
“Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi nümunəvi xarakter daşıyır. Bu istiqamətdə müvafiq proqramlar, qanunvericilik aktları qəbul olunub, bəhs olunan sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Həmçinin, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin olunması istiqamətində addımlar atılması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir”. Bu fikirləri isə Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Onun sözlərinə görə, ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması, həmçinin ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi də ayrıca qeyd edilməlidir.
Millət vəkili qeyd edib ki, bu istiqamətdə vaxtaşırı olaraq qərarların qəbul edilməsi, həmçinin verilən müvafiq tapşırıqlara uyğun olaraq davamlı addımların atılması öz növbəsində onu deməyə əsas verir ki, ölkəmizdə bundan sonra da korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək: “Yeri gəlmişkən, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclasında da bu məsələlər diqqət mərkəzində olub. Nəticə etibarilə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə daha da gücləndirilir. Bu isə, şübhəsiz ki, vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət etməklə yanaşı, dövlətimizin milli gücünün artması baxımından da strateji əhəmiyyətli faktor kimi mühüm önəm daşıyır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

