Deputat: Azərbaycan Ermənistanın təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil
22.09.2020 [08:48]
Prezident İlham Əliyevin ölkə televiziyalarına verdiyi müsahibə bir neçə səciyyəvi xüsusiyyəti ilə tarixi müsahibə hesab edilə bilər. Bunlardan biri ölkə başçımızın bütün sahələr üzrə ensiklopedik bilgilərə malik olması və aldığı siyasi qərarlarda məhz onlara istinad etməsi reallığıdır ki, ona görə də bunlar milli maraqlarımızın realizə olunmasında ən doğru qərarlar olur. İkincisi, milli iqtisadiyyatımızın hələ də əsasını təşkil edən neft sənayesi tariximiz və onun istismarı məsələlərinin dövri xarakteristikası ilə bağlıdır ki, bu da neft faktorundan səmərəli istifadənin təşkili üçün oluqca əhəmiyyətlidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, ancaq unutmaq olmaz ki, Prezident İlham Əliyev bu müsahibəsində təkcə neft sənayesi tarixi, dünya bazarında və iqtisadiyyatında neftin yeri və rolu, milli iqtisadiyyatın neft faktoru ilə əlaqəsi, neftin siyasi faktora çevrilməsi məsələləri ilə bağlı deyil, həm də əsl neft mühəndisi, Xəzər ekvatoriyasının geoloji strukturu və xəritəsini dərindən bilən bir mütəxəssis kimi danışdı: “Üçüncü ən mühüm və tarixi hesab ediləcək məsələlərdən biri o idi ki, Prezident İlham Əliyev bu vaxta qədər həyata keçirdiyi siyasətdə daim dürüst olmaqla, xalqının maraqlarını qorumaqla öz xalqı qarşısında hesabat verməyə həmişə hazır olan siyasi lider olduğunu bir daha göstərdi. Xüsusən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi kimi mürəkkəb, manipulyasiyaya açıq bir məsələdə nə qədər doğru siyasət apardığını və xalqının maraqlarına necə xidmət etdiyini ortaya qoydu: “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz”.
Bu gün İlham Əliyevi təkcə Prezident deyil, həm də milli lider edən ən başlıca səbəb onun bu cümlələrində olan dürüstlükdür. Elə Azərbaycanda xalq-hakimiyyət birliyini təmin edən sosial düstur da “mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir” ifadələrində əksini tapıb.
Digər məsələlərə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada yüksək nüfuza malikdir və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bunu təmin edən strateji faktor milli maraqlara əsaslanan çoxvektorlu və müstəqil siyasətin həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan praqmatik xarici siyasət, o cümlədən müstəqil enerji strategiyası ölkəmizin dünya siyasətində mövqeyinin güclənməsini, regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verməsini təmin edib, eyni zamanda, respublikamızın çoxşaxəli əlaqələrinin genişlənməsini şərtləndirib”.
Deputat vurğulayıb ki, ümumiyyətlə, yaşadığımız mürəkkəb geostrateji regionda milli maraqlara söykənən müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil: “Çünki müstəqil siyasət həyata keçirmək və dövlətçilik maraqlarını daim öndə tutmaq, ilk növbədə, güclü iqtisadiyyatla əlaqəli olur. Azərbaycan isə iqtisadi müstəqilliyini təmin edə bilib və ölkəmizin liderliyi, təşəbbüsü ilə reallaşdırılan neft-qaz layihələri bu prosesdə vacib rola malikdir. Təbii ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, iqtisadi və hərbi qüdrətinin artması ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından da mühüm əhəmiyyətə malik olan strateji əhəmiyyətli faktordur. Hər şeydən əvvəl, öz gücünə və nüfuzuna arxalanan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində prinsipal mövqe nümayiş etdirir, qətiyyətli mövqeyindən bir addım da geri çəkilmir və çəkilməyəcək.
Amma bununla yanaşı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə hiyləgər siyasətinə qoşulmaq niyyətində deyil. Sirr deyil ki, Ermənistanın rəhbərliyi müxtəlif manipulyasiyalar, cəfəng bəyanatlarla danışıqlar prosesini pozub. Və bu gün də hərbi-siyasi xarakterli təxribatlarını davam etdirir. Aciz və çıxılmaz vəziyyətdə olan Paşinyan hakimiyyəti gah danışıqların formatının dəyişdirilməsi ilə əlaqədar absurd iddialar səsləndirir, gah işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşdırmaya start verir, beləliklə də, dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüquq normalarını pozmağa davam edir.
Heç şübhəsiz, Ermənistanın bu təxribatlarının bir neçə səbəbi var. Birincisi, sülh danışıqlarını pozmaq, beləliklə də, Azərbaycanı qondarma iddialarla ittiham etmək, nəticə etibarilə, status-kvonu dəyişməz saxlamağa nail olmaq. Digər tərəfdən, hərbi müstəvidə Azərbaycan Ordusunun qüdrəti qarşısında iflasa və uğursuzluğa düçar olmuş Paşinyan hakimiyyəti revanş əldə etmək niyyəti güdür.
Yeri gəlmişkən, müsahibəsində bu məqamlara toxunan Prezident İlham Əliyev “Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”,-deyə bildirdi. Təbii ki, Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq və cəfəng, əsassız, qondarma iddialardan ibarət olan şərtləri qəbul etməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın bir şərti var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Əlbəttə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları vasitəsilə həllinin tərəfdarı olsa da, işğalçı ölkənin status-kvonu saxlamaq üçün təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil. Ölkəmiz hərbi vasitələrə də öz ərazi bütövlüyünü təmin etmək hüququna və qüdrətinə malikdir.
Başqa sözlə, dövlət başçısının bildirdiyi kimi, əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan niyə beynəlxalq hüququ gözləməlidir?! Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən təcavüzkar Ermənistana qarşı yetərli təsir və təzyiq göstərilməyəcəksə, bu işğalçı Ermənistan ölkəmizin 20 faiz ərazisini işğal altında saxlamağa davam edəcəksə, o zaman Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsində də əksini tapmış hüquq çərçivəsində öz ərazi bütövlüyünü təmin edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

