Valentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır
23.09.2020 [09:29]
Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasında səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində sentyabrın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarovanı və Azərbaycan nümayəndə heyətini salamlayan Valentina Matviyenko azərbaycanlı parlamentariləri Rusiyada görməkdən məmnunluğunu bildirib. O deyib: “Bu, sizin Milli Məclisin Sədri kimi Rusiyaya ilk səfərinizdir və biz bunu yüksək qiymətləndiririk. Bu, Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud sıx münasibətləri davam etdirmək baxımından hörmət əlaməti və çox yaxşı niyyətdir. Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır. Parlamentlərarası əməkdaşlıq sözsüz ki, dövlətlərarası münasibətlərin qurulmasında vacib rol oynayır. Biz sizin səfərinizi gözləyirdik və buna böyük əhəmiyyət veririk. Hesab edirəm ki, bu görüş parlamentlərarası dialoq çərçivəsində, ikitərəfli münasibətlərin gündəmində saatların qurulması, narahatedici beynəlxalq problemlərin müzakirəsi, parlamentlərarası əməkdaşlığın gələcək inkişafı baxımından yaxşı imkandır”.
Görüşdə Valentina Matviyenko XXI əsr bəşəriyyətin bəlası olan COVID-19-la mübarizədə Azərbaycanın atdığı addımları yüksək qiymətləndirərək, bu sahədə ölkəmizin Rusiyaya verdiyi dəstəyə görə təşəkkür edib.
Söhbət zamanı Valentina Matviyenko Sahibə Qafarovanın sentyabrın 23-də Federal Məclisin Federasiya Şurasında nəzərdə tutulan çıxışı barədə danışaraq deyib: “Demək olar ki, sabahkı sessiyanın ilk iclasını siz açacaqsınız”.
Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətini Rusiyaya dəvət etdiyinə görə Valentina Matviyenkoya təşəkkür edib. O, bu səfərin və keçiriləcək görüşlərin iki ölkənin uğurla inkişaf edən parlamentlərarası münasibətlərinə yeni impuls verəcəyinə əminliyini ifadə edin. Bildirib ki, iki ölkə arasındakı hərtərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin siyasi dialoqu və çoxsaylı qarşılıqlı səfərləri mühüm rol oynayır.
İki ölkə arasında humanitar və mədəni sahələrdə münasibətlərdən danışan Sahibə Qafarova qeyd edib ki, bu əlaqələr heç də iqtisadi və siyasi əlaqələrdən az rol oynamır. Milli Məclisin Sədri iki ölkənin humanitar və mədəni sahələrdə əməkdaşlığının inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük töhfələr verdiyini xatırladıb. Bildirib ki, Prezident Vladimir Putin iki ölkə arasındakı humanitar və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyevanı 2019-cu ilin noyabrında “Dostluq” ordeni ilə təltif edib. O, mükafatı təqdim edərkən bildirib ki, Mehriban xanım Əliyeva Rusiyanın əsl dostudur.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında sözsüz ki, ölkələrimizin parlamentləri də böyük əhəmiyyət daşıyır. Həm Milli Məclisdə, həm də Federal Məclisdə dostluq qrupları fəaliyyət göstərir. Ümid edirik ki, pandemiya başa çatandan sonra Rusiya və Azərbaycan müxtəlif parlament təşkilatlarında əməkdaşlığı davam etdirəcəklər.
Sahibə Qafarova Azərbaycanda və Rusiyada keçirilən seçkilərdə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatların müşahidə missiyalarının, ilk növbədə isə MDB Parlamentlərarası Assambleyası çərçivəsində müşahidə missiyalarının qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu xüsusi qeyd edib. Sədr Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən İkitərəfli parlamentlərarası komissiyanın qarşılıqlı münasibətlərimizin inkişafına əvəzolunmaz töhfə verəcəyinə əminliyini ifadə edib. Milli Məclisin Sədri yaxın gələcəkdə parlamentlərarası komissiyanın 15 illik yubiley iclasının keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Sahibə Qafarova Azərbaycanın Rusiya Federasiyasının subyektləri ilə əlaqələrə də böyük önəm verdiyini qeyd edib. Bununla bağlı nəzərə çatdırıb ki, Azərbaycan parlamentinin Dağıstan Respublikasının Milli Məclisi və Sankt-Peterburqun Qanunvericilik Məclisi ilə sıx əlaqələri mövcuddur.
Görüş zamanı Dağlıq Qarabağ problemi barədə danışan Milli Məclisin Sədri bildirib ki, bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün ağrılı münaqişədir və artıq 30 ildən artıqdır ki, mövcuddur. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və 1 milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu çox böyük problemdir. Münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in qəbul etdiyi sənədlər bu gün də icra olunmamış qalır. Ermənistan bu beynəlxalq təşkilatları saymır və təəssüf ki, Ermənistana beynəlxalq birlik tərəfindən adekvat reaksiya göstərilmir. 1994-cü ildə atəşkəs haqqında Bişkekdə razılaşma imzalanmasına baxmayaraq, atəş demək olar ki, bir gün də kəsilməyib. Bu atəş nəticəsində dinc əhali, yaşlılar, uşaqlar qətlə yetirilir.
Ermənistanın sonuncu ən təhlükəli təxribatı isə bu il iyulun 12-də baş verdi. Bu, ona görə çox təhlükəli idi ki, bu hadisələr Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində baş verdi. Nəticədə hərbi qulluqçular, dinc əhali həlak oldu, dağıntılar baş verdi. Bu təxribatlar bu gün də davam edir və Müdafiə Nazirliyinin məlumatına görə, dünən də Azərbaycanın bir hərbi qulluqçusu həlak oldu. Hadisələrin gedişi onu göstərir ki, Ermənistan böyük müharibəyə hazırlaşır. Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədri kimi biz Rusiyanın problemin tezliklə aradan qalxmasında səylərini artıracağına ümid edirik.
Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edərək deyib: “Əminəm ki, bugünkü görüş, ümumilikdə səfərimiz Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək”.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

