/ / “Milli taleyimiz baxımından çox məsuliyyətli tarixi mərhələyə qədəm qoymuşuq və Azərbaycan xalqında həmrəylik, yüksək vətənpərvərlik hissləri var”
“Milli taleyimiz baxımından çox məsuliyyətli tarixi mərhələyə qədəm qoymuşuq və Azərbaycan xalqında həmrəylik, yüksək vətənpərvərlik hissləri var”
24.09.2020 [08:56]
“Avropada və Qərbdə gizlənib xalqımıza və dövlət rəhbərinə “ağıl” verən “çoxbilmişlər” düşmənlərdən də çox zərər verirlər”.
Bunu “MediaPost”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
O bildirib ki, milli taleyimiz baxımından çox məsuliyyətli tarixi mərhələyə qədəm qoymuşuq və Azərbaycan xalqında həmrəylik, yüksək vətənpərvərlik hissləri var: “Bu gün Azərbaycanın maraqlarının tələb etdiyi hər hansı məqsəd üçün hər bir Azərbaycan vətəndaşı özünü fəda etməyə hazırdır. Ordumuzun gücü, ölkəmizdəki ictimai-siyasi həmrəylik, Ali Baş Komandanın xalq tərəfindən dəstəklənməsi Azərbaycanı düşmənə qarşı o qədər güclü edir ki, nəhayət, ərazi bütövlüyümüzün bərpa olunması üçün real mərhələ başlayıb. Çox təəssüf ki, belə məsuliyyətli mərhələdə bəzi marginal qruplar - xaricdə və ölkə daxilində olan ayrı-ayrı kiçik qruplar bu tarixi mərhələdə belə Azərbaycanın milli davasına sahib çıxmırlar. Onlar dezinformasiyalar yaymaqla ən azı düşmənlər qədər, bəlkə onlardan da çox, milli mənafeyimizə zərbə vururlar. Müxtəlif təxribat xarakterli məlumatlar paylaşmaqla, Almaniya, İsveçrə, Hollandiya və digər bir sıra Avropa və Qərb ölkələrində oturub Azərbaycanın informasiya mühitinə müdaxilə edərək, buradakı həmrəyliyi pozmaqla ermənilərin dəyirmanına su tökürlər.
Düşünürəm ki, bu, Azərbaycan xalqının, ictimaiyyətinin diqqətindən yayınmır. Bu şəxsləri yenidən tanıyırlar”.
H.Babaoğlunun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı milli məsələlərdə daha diqqətli olmalıdır: “Hazırda bilirik ki, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları, təhlükəsizlik strukturları informasiyaya münasibətdə bir qədər məsuliyyətli olmağımızla bağlı məlumatlar yayırlar. Hər bir vətəndaş da buna riayət etməlidir. Təəssüf ki, internet resurslarında müxtəlif televiziyalar açıb qitənin o tayından Azərbaycanın informasiya məkanına mənfi impulslar ötürənlər bu tarixi məsuliyyətli məsələdə də bu cür hərəkətlərlə bizim milli maraqlarımıza xəyanət etmiş olurlar”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

