Azərbaycan ilə İsveç arasında əməkdaşlıq məsələləri müzakirə olunub
01.10.2020 [09:27]
Sentyabrın 30-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İsveç Krallığının Xarici İşlər naziri Ann Linde ilə videokonfrans formatında görüşü olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Ceyhun Bayramov İsveç Xarici İşlər nazirinin bölgəyə planlaşdırılan səfərinin təxirə salındığı üçün videokonfrans formatında görüşün keçirildiyini qeyd edib, bu görüşün həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi üçün faydalı olacağını bildirib.
İsveçli nazir Azərbaycana səfərinin noyabr ayına təxirə salındığını qeyd edib və iki ölkə arasındakı münasibətlərlə yanaşı, İsveçin ATƏT-də qarşıdan gələn sədrliyi ilə əlaqədar məsələlərin gələcək səfər çərçivəsində daha ətraflı müzakirəsi imkanının olacağını ifadə edib.
Görüşdə nazirlər Azərbaycan ilə İsveç arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edib, əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyətini vurğulayıblar. Xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişafı, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bölgədə yaşanan gərginliklə bağlı narahatlığını ifadə edən nazir Ann Linde sülhün təmin olunmasının vacibliyi bildirib və hazırkı vəziyyəti sorğu edib.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ağır nəticələri ilə bağlı həmkarına məlumat verib, münaqişənin həllinin əsasını təşkil edən qərar və qətnamələr, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini diqqətə çatdırıb. Ermənistan rəhbərliyinin son zamanlar sərgilədiyi təxribatçı fəaliyyəti, o cümlədən cari il iyulun 12-16-da Ermənistanın iki dövlətin sərhədində hücum cəhdi, avqustun 23-də diversiya-kəşfiyyat qrupunun təxribatı, Azərbaycan işğal edilmiş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, eləcə də digər təhrikçi bəyanat və açıqlamaları barədə İsveç nazirini məlumatlandırıb. Bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasının zəruriliyi bildirilib.
Nazir Ann Linde İsveçin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini qeyd edib. Dövlətlərin Helsinki Yekun Aktının başlıca prinsiplərinə hörmət etməsinin vacibliyi ifadə olunub.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

