/ / Elçin Əmirbəyov: Ermənistanın cəzasızlığı Azərbaycana qarşı növbəti təcavüzə gətirib çıxardı, hazırkı status-kvo dəyişdirilməlidir
Elçin Əmirbəyov: Ermənistanın cəzasızlığı Azərbaycana qarşı növbəti təcavüzə gətirib çıxardı, hazırkı status-kvo dəyişdirilməlidir
01.10.2020 [09:30]
Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Fransanın “France24” telekanalının təşkil etdiyi və Ermənistan-Azərbaycan münaqişəsi zonasında döyüş əməliyyatlarının yenidən başlanmasına həsr olunan debatlarda Azərbaycanın mövqeyini səsləndirib. Debatlarda Fransa və Böyük Britaniyadan olan politoloqlar Tornike Qordadze və Lourens Brurs, həmçinin Marsel Universitetinin (Fransa) siyasi elmlər doktoru Taline Papazyan iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, E.Əmirbəyov Azərbaycana qarşı erməni təcavüzünün nəticələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun 27 ildən artıq davam edən işğalı məsələsi üzərində ətraflı dayanıb. O qeyd edib ki, Ermənistan tərəfindən sonuncu hərbi təxribata və hücuma daha geniş mənada - ermənilərin qeyri-qanuni işğal, etnik təmizləmə və beynəlxalq humanitar hüququn çoxsaylı kobud pozuntuları nəticəsində münaqişə zonasında yaranmış, bütün dünya ictimaiyyəti üçün qəbuledilməz olan status-kvonun saxlanması strategiyası kontekstində baxmaq lazımdır.
Deyilənlərin təsdiqi olaraq E.Əmirbəyov son vaxtlar Ermənistan tərəfindən törədilən bir sıra təxribatları göstərib. Buraya iyul və avqust ayları ərzində intensiv silah təchizatı, Ermənistan hökumətinin 100 minədək yığma qoşun döyüşçüsünün səfərbərliyi barədə planlarının elan edilməsi, işğal olunmuş ərazilərdə etnik ermənilərin fəal şəkildə məskunlaşdırılması və digər qeyri-qanuni fəaliyyət, oraya Yaxın Şərq ölkələrindən muzdluların və terrorçuların daşınması, KTMT çərçivəsində Ermənistanda oktyabr ayına planlaşdırılan birgə təlimlər və s. daxildir.
Belə davranış Azərbaycanı cavab hərəkətlərinə təhrik etmək, münaqişənin fəal fazasını yenidən başlamaq, münaqişəyə öz tərəfindən üçüncü qüvvələri cəlb etməyə cəhd göstərmək və beləliklə, işğal edilmiş ərazilər üzərində nəzarəti hələ uzun müddət qoruyub saxlamaqla sülh prosesini tamamilə pozmaq məqsədi daşıyırdı.
O qeyd edib ki, Azərbaycan hazırda BMT Nizamnaməsinin 51-ci Maddəsində nəzərdə tutulan fərdi özünümüdafiə hüququnu həyata keçirərək və öz ərazilərini qeyri-qanuni xarici hərbi iştirakdan təmizləyərək öz suveren ərazisində əks-hücum əməliyyatları aparır.
Beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyinin nəticəsi kimi məhz cəzasızlıq hissi Ermənistan rəhbərliyini onların destruktiv və təxribatçı siyasətinin məntiqi davamı olan son hərbi avantüraya sövq etdi.
Yaranmış vəziyyətdə Türkiyənin artan fəallığı barədə sualı cavablandıran Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, Türkiyə münaqişənin dinc yolla nizamlanması prosesində heç də təcrübəsiz deyil. ATƏT-in Minsk qrupu yaradıldığı andan onun tamhüquqlu üzvüdür. Türkiyə Azərbaycanın müttəfiqi və yaxın dostu kimi Ermənistanın təcavüzünün fəsadlarının aradan qaldırılması, ilk növbədə, Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının dayandırılması yolu ilə Cənubi Qafqazda ədalətli sülhün bərqərar olmasının tərəfdarıdır. Ermənistanın KTMT kimi xarici oyunçuları öz tərəfinə çəkmək və onların dəstəyini almaq cəhdlərinin davam etməsi fonunda Türkiyənin mövqeyini və onun Azərbaycan ilə həmrəyliyini regional təhlükəsizlik kontekstində sabitləşdirici və tarazlaşdırıcı amil kimi nəzərdən keçirmək lazımdır.
Ermənistan başa düşməlidir ki, hazırkı status-kvo qəbuledilməzdir və bu səbəbdən də dəyişdirilməlidir. Bundan sonrakı ağır fəsadlardan yaxa qurtarmaq üçün Ermənistan rəhbərliyi özünün destruktiv siyasətinin perspektivsizliyini qəbul etməli, hərbi təcavüzü dayandırmalı və heç bir ilkin şərt qoyulmadan nəticə gözlənilən danışıqlar masası arxasına əyləşməlidir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

