/ / 50 siyasi partiyanın birgə bəyanat imzalayaraq Ali Baş Komandana qətiyyətli dəstək ifadə etməsi cəmiyyətimizdə olduqca yüksək qiymətləndirilir
50 siyasi partiyanın birgə bəyanat imzalayaraq Ali Baş Komandana qətiyyətli dəstək ifadə etməsi cəmiyyətimizdə olduqca yüksək qiymətləndirilir
02.10.2020 [09:23]
AXCP və “Müsavat”ın növbəti dəfə antimilli mövqe nümayiş etdirməsi isə onların xalqımıza daha bir xəyanətidir
Sentyabrın 27-də Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat imzalaması milli birliyimizin, həmrəyliyimizin nümunəsidir. Vurğulamaq lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Prezident, Ali Baş Komandan İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və Onun yanında olduğunu bildirir.
Lakin təəssüfləndirici haldır ki, bu birgə bəyanata imza atmamaqla milli həmrəylik nümayiş etdirə bilməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olmaq qabiliyyətini göstərə bilmədilər.
Bu gün Azərbaycan xalqı bir yumruq kimi düşmənə qarşı birgə mübarizə aparır
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova bildirib ki, 50 siyasi partiyanın ölkə Prezidentinin apardığı siyasətə dəstək verməsi olduqca mühüm əhəmiyyətə malikdir. Ə.Kazımova qeyd edib ki, siyasi mənsubiyyətindən, fərqli düşüncələrindən asılı olmayaraq, möhtərəm Prezidentin ətrafında sıx birləşən bu partiyaların addımı milli birliyimizin, həmrəyliyimizin nümayişidir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərin getdiyi bir zamanda siyasi qüvvələrin bir amal uğrunda birləşməsinin müsbət tendensiyalara yol açacağına inandığını deyən partiya sədri onu da vurğulayıb ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi düşmənə qarşı birgə mübarizə aparır: “Siyasi təşkilatlar Dağlıq Qarabağın və ətraf 7 rayonun işğaldan azad olunması uğrunda bütün gücünü səfərbər etməli, ordunun gücünə güc qatmalıdır. Mən bir məqama toxunmaq istəyirəm ki, siyasi partiyaların bu birlik bəyanatı həm də ölkəmizdə siyasi dialoq prosesinin nəticəsidir. Ölkəmizdə keçirilən son parlament seçkilərindən sonra Prezident İlham Əliyevin iradəsinə əsasən siyasi partiyaların rəhbərləri ilə Prezident Adminstrasiyasında keçirilən görüşlər Azərbaycanda siyasi münasibətlərin yeni mərhələsini yaradıb. Sevindirici haldır ki, mövcud çətin vəziyyətdə ölkədə fəaliyyət göstərən siyasi qüvvələr vahid amal uğrunda səfərbər olur, birgə bəyanat imzalayır və dialoq mühitinin daha da inkişaf etidiriləməsinə öz töhfələrini verirlər”, - deyən Əsli Kazımova onu da əlavə edib ki, bəzi partiyaların bu həmrəylik bəyanatından kənarda dayanması və ona imza atmaması təəssüfləndirici haldır.
ASRP sədri vurğulayıb ki, xalqın, dövlətin taleyüklü bir zamanında, Vətən müharibəsinin başlamasının ilk günündə “Müsavat” və Azərbaycan Xalq Cəbhəsi Partiyasının ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökmələri bir daha onların əsl simasını üzə çıxarır. Hər zaman milli maraqlara qarşı çıxan radikallar Vətən müharibəsinə də etinasız qaldılar. Ə.Kazımova əlavə edib ki, bu, AXCP ilə “Müsavat”ın zaman-zaman Dağlıq Qarabağ məsələsinə müraciət etməsinin yalnız siyasi manipulyasiya və siyasi kapital yığmaq niyyətindən irəli gəldiyini üzə çıxarır, onların “beşinci kolon” olduqlarını bir daha təsdiqləyir.
Ən çətin tarixi anlarda xalqla birlikdə olmağı bacarmayanlar siyasi səhnəni tərk etməyə məhkumdurlar
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov da 50 siyasi partiyanın yüksək səviyyədə həmrəylik nümayişinin ilk dəfə müşahidə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu siyasi təşkilatların mütəşəkkil şəkildə birgə bəyanat imzalaması, ölkənin Ali Baş Komandanı, Prezidenti cənab İlham Əliyevlə həmrəylik nümayiş etdirməsi təqdirəlayiq bir haldır: “Bu, bir daha Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid mövqeyə malik olduğunu ortaya qoydu. Dəqiq, düşünülmüş və hədəflənmiş siyasət yürüdən Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli şəkildə Azərbaycanın milli maraqlarını qoruyur. Azərbaycanda bu gün hamının bir amalı var və inanırıq ki, haqq döyüşümüzü yaxın zamanda tam qələbə ilə başa çatdıracağıq, öz torpağımızı düşməndən təmizləyəcəyik”.
R.Qonaqov onu da deyib ki, siyasi partiyaların birlik nümayişi ölkəmizdə həyata keçirilən siyasi dialoq mühitinin inkişafının təcəssümüdür. Onun fikrincə, bu gün müşahidə olunan milli həmrəylik siyasi dialoqun daha da genişlənəcəyini, müasir Azərbaycanın daha yüksək inkişafına xidmət edəcəyini deməyə əsas verir. “AXCP ilə Müsavat Partiyasının birgə bəyanatı imzalamaması isə təəssüfləndirici haldır. Həmin siyasi quvvələr artıq bir siyasi təşkilat kimi özlərini buraxmalıdırlar. Vətənin azadlığı müzakirə mövzusu olanda başqa hansı siyasi fəaliyyətdən danışmaq olar? Özünü siyasətçi sayan və siyasi həmrəylikdən kənarda dayananlar anlamalıdır ki, xalq bunu görür və qiymətləndirir. AXCP və “Müsavat” milli maraqlar ətrafında birləşməməklə “beşinci kolon” olduqlarını təsdiqlədilər. Gələcəkdə bu cür partiyaların mövcudluğu belə sual altına düşəcək. Çünki xalq heç bir zaman Vətənin dar günündə yaxasını kənara çəkənlərə dəstək verməyəcək”, - deyə R.Qonaqov əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

