Mirmahmud Fəttayev: İndiki məqamda milli həmrəylik qələbəmizin rəhni və təminatçısı olacaq
03.10.2020 [09:08]
“Hazırda Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın azad edilməsi uğrunda aparılan haqq işidir. Məhz buna görə də ölkə rəhbərliyi tərəfindən Ermənistanın işğalçılıq siyasətinə qarşı genişmiqyaslı əməliyyatlara başlanması barədə qəbul edilən qərarı təqdir edirik”.
Bu fikirləri Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev deyib.
M.Fəttayev bildirib ki, Vətənimiz üçün belə bir taleyüklü məqamda Ali Baş Komandanın işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində atdığı bütün addımlar Azərbaycan vətəndaşları tərəfindən olduğu kimi, bütün siyasi partiyalar və siyasətçilər tərəfindən də dəstəklənməlidir: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunana qədər ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları davam etdirilməlidir. Buna görə də bütün vətəndaşlar kimi, biz də Azərbaycan Ordusunun arxasında dayanmışıq, onu dəstəkləyirik”.
Azərbaycan Ordusunun qalib gələcəyinə əminliyini bildirən partiya sədrinin sözlərinə görə, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində atılan addımlar qətiyyətli siyasi iradənin ortaya qoyulmasıdır: “Bu cür qətiyyətli siyasi iradə nümayiş etdirənlərə təşəkkür edirik. Təbii olaraq Vətən uğrunda gedən döyüşlər zamanı istər mülki vətəndaşlar, istərsə də əsgərlərimiz arasında şəhidlərimiz, yaralılarımız da var. Şəhidlərimizin ruhları şad olsun, yaralılarımıza Allahdan şəfa diləyirəm”.
Hazırkı situasiyada Azərbaycan cəmiyyətində milli həmrəyliyin gerçəkləşdirilməsi yönündə atılan addımlara da münasibət bildirən M.Fəttayev deyib ki, kimliyindən asılı olmayaraq, bütün ölkə vətəndaşları birlik və həmrəylik üçün əllərindən gələni etməlidirlər: “Biz hesab edirik ki, milli həmrəylik məsələsində hər kəs bir arada olmalıdır. Vətən öz vətəndaşının, əsgərinin hesabına Vətən olur. Bu Vətəni, dövləti də qorumaq bizim borcumuzdur. Müxalifət, iqtidar, partiya, siyasət, bütün bunlar gəldi-gedərdir. İndi yalnız birlik və həmrəylik haqqında fikirləşməliyik. Çünki indiki məqamda milli həmrəylik qələbəmizin rəhni və təminatçısı olacaq”.
Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın torpaqlarımızın işğaldan azad olunması məsələsində həmrəylik nümayiş etdirməsinə də toxunan partiya sədrinin sözlərinə görə, cəmiyyətdə həmrəyliyin əldə olunmasında bu ilin əvvəlindən başlayaraq siyasi partiyalarla aparılan dialoq və görüşlər öz bəhrəsini verib: “Bu ilin əvvəllərindən yeni siyasi kursun başlanması ilə dialoq və görüşlərin keçirilməsi nəticəsində əksər siyasi qüvvələri ümummilli məqsədlər naminə birləşdirmək mümkün olub. Eyni zamanda, gələcəkdə bu proses daha da inkişaf etdirilməlidir”.
“Ümumiyyətlə, siyasi dialoq istiqamətində aparılan görüşləri təqdir edirəm. Gələcək görüşlərdə də dövlətimiz üçün vacib olan bütün məsələlərə toxunulmalı, onların ətrafında müzakirə aparılmalıdır. Mən hesab edirəm ki, indiki məqamda Vətən naminə, Azərbaycan naminə bu görüşlər daha faydalı ola bilər. Müharibədən sonra siyasətlə, iqtidar-müxalifət məsələsinin aydınlaşdırılması ilə məşğul olmaq mümkündür. İndiki halda millətimiz, dövlətimiz naminə yalnız və yalnız “İrəli, Azərbaycan əsgəri” deməliyik”, - deyə M.Fəttayev bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

