/ / Emmanuel Makronun mövqeyi Fransanın neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır
Emmanuel Makronun mövqeyi Fransanın neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır
03.10.2020 [09:13]
Fransa Prezidentinin hərbi əməliyyatlar başladığından bəri verdiyi bəyanatlar bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir
Azərbaycanın öz əzəli torpaqlarını düşmən işğalından azad etmək uğrunda apardığı döyüşlər beynəlxalq aləm tərəfindən də diqqətlə izlənilir. Vurğulamaq lazımdır ki, verdiyi bəyanatlarla ölkəmizin haqq döyüşünü bu və ya digər şəkildə dəstəkləyən, ərazi bütövlüyümüzün təmin edilməsinin beynəlxalq hüququn tövsiflərinə uyğun olduğunu diqqətə çatdıran bir sıra ölkələr, beynəlxalq təşkilatlar və tanınmış siyasi xadimlər var ki, onlar münaqişənin həllinin BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əsaslanmasının vacibliyini ortaya qoyurlar. Təbii ki, həmin dövlətlər münaqişəyə münasibətdə birmənalı şəkildə beynəlxalq hüququn tələblərindən çıxış edirlər.
Təəssüfləndirici haldır ki, bəzən elə dövlətlər də tapılır ki, qeyri-real, mövcud statusa uyğun olmayan bəyanatlarla gündəmə gəlir. Sözdə demokrat olduqlarını iddia edənlərin bu qeyri-demokratik bəyanatları da məhz hüquqi baxımdan daşıdıqları statusla uyuşmur. Məsələn, Ermənistan-Azərbayan Dağlıq qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını üstlənmiş, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın tutduğu mövqe anlaşılan deyil. Belə ki, Fransa prezidentinin hərbi əməliyyatların başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. ATƏT-in mandatına uyğun olaraq vasitəçilik edən dövlət münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə, tərəflərə yanaşmada balansı nümayişkarcasına poza bilməz. Fransa prezidenti isə bu gün məhz bu yolu tutub.
Qeyd etmək lazımdır ki, Fransanın dövlət başçısı Emmanuel Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi, həm də Fransada qarşıdan gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Hazırda rəhbərlik etdiyi dövlətin imicini düşünmədən bəyanatlar səsləndirən Makron bu gün münaqişənin nizamlanması üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. Bu cür qeyri-obyektiv, qərəzli və ədalətsiz mövqe sərgiləməklə 200 min erməni seçicinin səsini qazanacağını düşünən Fransa prezidenti anlamır ki, o, Avropa dəyərlərini mənimsəmiş, həmçinin sülh, sabitlik, ədalət məfhumlarını əsas götürən yüzminlərlə seçicinin antipatiyasını qazanır. Bu isə onun üçün məğlubiyyət, yaxud siyasi səhnədə sonun başlanğıcı deməkdir.
Mövcud durum onu deməyə əsas verir ki, E.Makron Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır. Bu isə nə prezident kimi E.Makrona, nə də dövlət kimi Fransaya heç bir müsbət divident vəd etmir. Belə demək mümkündürsə, öz ölkəsində məhz “erməni tərəfkeşi” olmaqla səs qazanmağı hədəfləyən Makronun dünyadakı siyasi imici indidən müzakirə obyektinə çevrilə bilər.
Yeri gəlmişkən, tarixə qısa nəzər salaraq vurğulamaq yerinə düşür ki, 1830-cu ildə Əlcəzairi işğal edən Fransa 1962-ci ildə Əlcəzair müstəqillik qazanana qədər oranı fransızlaşdırmaq üçün bir asimilyasiya prosesi gerçəkləşdirmişdi. XIX əsrin sonlarında bir milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən fransızlar əhəmiyyətli imkanlarla təmin edildi. 31 oktyabr 1954-cü ildə Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladı. Ancaq bu qiyama Fransa geniş diametrli həbslər və əsgəri bir hərəkat ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Fransa ələ keçirdiyi müqavimətçilərə qarşı böyük bir işgəncə tətbiq etdi. Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər. 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində bir milyon əlcəzairli həyatını itirdi.
Afrikanın ortasında yerləşən Ruandada da müxtəlif qəbilələr hakimiyyət uğrunda mübarizə aparırdı. Fransa Hutu hökumətinə hərbi dəstək verməyə başladı. Bu dəstəklə birlikdə qətliama uğrayan Tutsilərin və qarşı tərəfdən Hutulardan ölənlərin sayı ümumilikdə 800 minə qədər yüksəldi. Liviyada xaos və terror hadisələrinin ilk səbəbkarı da məhz Fransa oldu. Bütün bunlara isə Fransa susqunluq nümayiş etdirir.
Digər tərəfdən, E.Makronun davranışı və açıqlamaları göstərir ki, o, Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Aşağısəviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir. Bu gün dünyanın aparıcı dövlətlərindən hesab olunan bir ölkənin “vasitəçi” ola-ola birtərəfli mövqe bildirməsi onun demokratik prinsiplərdən uzaqda olduğunu, birmənalı şəkildə işğalçı tərəfin yanında yer aldığını göstərir. Bu isə Makronun deyil, Fransanın beynəlxalq imicinə böyük zərbə vurur. Vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu ölkəyə bu gün sarı mətbuatın xəbərlərinin təbliğatçısı səviyyəsinə enən Makronun rəhbərlik etməsi, həqiqətən, təəssüf doğurur.
Digər tərəfdən E.Makron unutmamalıdır ki, Azərbaycanın daim Fransa ilə dostluq münasibətləri yüksək səviyyədə olub. Ölkəmizdə bu gün fransız dilli orta və ali məktəblər fəaliyyət göstərir. Bununla yanaşı, Fransa şirkətləri Azərbaycandakı neft müqavilələrinin iştirakçıları olublar, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə Prezident kimi ilk səfərini məhz Fransaya edib. Prezident İlham Əliyev də 2003-cü ildə ilk səfərini Fransaya edib, bu gün də Azərbaycan Fransadakı tarixi abidələrin bərpa və yenidənqurulması prosesində fəal iştirak edir. Bütün bunların fonunda Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur. Bu, ilk növbədə, Fransanın maraqlarına ziddir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

