Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İsveçrə səfiri: Gəncədə nələrin baş verdiyini görmək mənim üçün çox önəmli idi

İsveçrə səfiri: Gəncədə nələrin baş verdiyini görmək mənim üçün çox önəmli idi

13.10.2020 [09:18]

Bütün zərərçəkənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram. Mənim üçün Gəncəyə gəlmək və burada nələrin baş verdiyini görmək çox önəmli idi.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri xanım Muriel Peneveyre bildirib.
O qeyd edib ki, münaqişə ilə bağlı İsveçrə artıq sentyabrın 28-də öz mövqeyini ifadə edib: “İsveçrə bütün tərəfləri dərhal güc tətbiq etməkdən yayınmağa və beynəlxalq hüquq, xüsusilə də beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməyə çağırır. Bu, o deməkdir ki, mülki əhalini qorumalıyıq”.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Paylaş:
Baxılıb: 393 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30