Hikmət Babaoğlu: Bütün qələbələrimizin memarı Prezident İlham Əliyevdir
14.10.2020 [08:59]
Azərbaycan hazırda Vətən müharibəsi aparır. Bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də nailiyyətlər qazana bilirik. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi təcrübəsi və iradəsi sayəsində reallaşır. Dövlətimzin başçısı informasiya cəbhəsində də ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edir, bu cəbhədə də yeni tarix yazır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu diqqətə çatdırıb ki, müasir mərhələdə müharibələr hibrid müharibələr kimi xarakterizə edilir. Azərbaycan Ordusu ön cəbhədə savaşaraq qələbələr qazanır, diplomatiyamız diplomatik cəbhədə uğurlarını sıralayır. Biz bu gün informasiya cəbhəsində də paralel olaraq uğurlu müharibə aparırıq. “Sadalananların hər birində qiymətli və tarixi qələbələr əldə edirik. İlk baxışda hibrid müharibələr fərqli platforma, müstəvi və seqmentlərdə aparılsa da, bütün bunların hamısının bir qəhrəmanı var ki, o da milli gücün beyni hesab edilən milli diplomatiyamızı formalaşdıran, xarici siyasət strategiyamızın müəllifi olan Prezident İlham Əliyevdir”, - deyən deputat qeyd edib ki, sentyabr ayının 27-dən bu günə qədər Azərbaycan Prezidenti Ali Baş Komandan olaraq müzəffər Ordumuzun hərbi-strateji əməliyyatlarına uğurla rəhbərlik etdiyi kimi, diplomatiya, informasiya və siyasi müstəvilərdə də tarixi nailiyyətlərə imza atıb: “Hərbi uğurlarımız o qədər böyükdür ki, Azərbaycan özünün son 200 illik tarixində heç vaxt sırf hərbi müstəvidə belə böyük qələbələrə imza atmayıb. Ona görə də həm mahiyyətcə, həm də məzmunca bu savaş bizim əsl qurtuluş savaşımızdır. Eyni zamanda, paralel olaraq, sentyabrın 27-dən bu günədək Azərbaycan Prezidenti dünyanın təsir dairəsi və miqyas etibarilə ən böyük, aparıcı informasiya resurslarına, televiziya kanallarına müsahibələr verib. “Əl-Ərəbiyə”dən başlamış “Əl-Cəzirə”, CNN, “Rossiya1”, RBK, “Haber Global”a qədər çoxsaylı telekanallara verilən bu müsahibələrdə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırıb. Bu müsahibələrin hər biri diplomatiya tarixinə yazılacaq tarixi müsahibələrdir. Ayrı-ayrılıqda analiz etdikdə isə onların hər biri gerçəkliyinə, məzmun tutumuna, həqiqətləri ifadə etmələrinə görə xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, həmin müsahibələrdə önə çıxan xüsusi bir məsələ var və onun üzərində ayrıca dayanmaq lazımdır. Bu, Prezident İlham Əliyevin verdiyi müsahibələrdə istifadə etdiyi diplomatik dil, üslub, metod və məzmundur. Bunların hər biri ayrılıqda qlobal ictimai rəyi bizim lehimizə dəyişmək üçün xüsusi seçilmiş və çox səmərəli formalardır”.
H.Babaoğlu qeyd edib ki, hələ sentyabrın 27-dən əvvəl də, iyulun 12-16-da Tovuz təxribatından sonra Prezident İlham Əliyevin çıxışlarında çox mühüm strateji mesajlar gördük. Həm daxili auditoriya, həm də bütün dünya, beynəlxalq təşkilatlar çox mühüm mesajların verildiyinin şahidi oldu. Həmin dövrə diqqət etsək, görərik ki, bu, ən yeni diplomatiya və ən yeni siyasi tariximizin qlobal informasiya məkanında əldə etdiyi çox mühüm qələbələr və tarixi çıxışlar idi. Azərbaycan Prezidenti BMT-nin Baş katibi ilə bir neçə dəfə danışdı və ölkəmizin haqlı mövqeyini izah edərək bizi, Cənubi Qafqazın təhlükəsizliyini təhdid edən hadisələrlə bağlı işğalçı Ermənistanın atacağı addımları əvvəlcədən onun diqqətinə çatdırdı. Baş katiblə danışıqdan bir gün sonra Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən bir daha ona regionu nələrin gözlədiyini, rəsmi İrəvanın bölgəni müharibəyə sürüklədiyini söylədi. Dövlətimizin başçısı baş verə biləcək hadisələrin bütövlükdə Cənubi Qafqazın və Avropanın enerji təhlükəsizliyini təmin edən enerji dəhlizini təhdid edəcəyi ilə bağlı fikirlər səsləndirdi.
Deputat, həmçinin deyib: “Bütün bunlar onu göstərir ki, istər ön cəbhədə qurtuluş savaşımızda, istərsə də diplomatiyada, siyasi müstəvidə əldə etdiyimiz qələbələrin yalnız bir memarı var, o da Prezident İlham Əliyevdir. Elə beynəlxalq müstəvidə bu günə qədər ölkəmizin hər hansı bir dövlət, yaxud beynəlxaq təşkilat tərəfindən qınana bilməməsi də məhz Prezidentin etdiyi çıxışlar və həmin çıxışlardakı fikirlərin, müsahibələrin inandırıcılığı ilə bağlıdır. Dövlətimizin başçısı bu fikirləri ilə indiyə qədər qlobal informasiya məkanında ümumi ictimai rəyi bizim lehimizə təmin edib. Düşünürəm ki, bu çıxışlar, müsahibələr və ümumilikdə, baş tutan uğurlu gedişlər Azərbaycanın diplomatiya tarixində əldə etdiyi ən böyük uğurlar kimi diplomatiya və siyasi fənlər üzrə tədris olunan dərsliklərdə əyani vəsait şəklində öz əksini tapmalı, öyrənilməlidir. Əminliklə söyləyə bilərik, müharibədə Prezidentimizin indiyə qədər əldə etdiyi uğurlar bundan sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin etmək üçün elə möhkəm hərbi-siyasi zəmin yaradıb ki, ərazi bütövlüyümüzün bərpası ən qısa zamanda baş tutacaq”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

