Siyasi partiyaların həmrəyliyi Azərbaycanın milli gücünü daha da artırır
17.10.2020 [07:47]
Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın rəhbərlərinin birgə bəyanat imzalayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün təmin olunması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləmələri bu baxımdan olduqca mühüm əhəmiyyətə malikdir
Möhkəm iqtidar-xalq həmrəyliyi Azərbaycan cəmiyyətini fərqləndirən əsas amillərdən biridir. Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət cəmiyyətin bütün təbəqələrinin maraqlarını təmin edib ki, bu da ölkəmizdə yüksək vətəndaş məmnunluğunu şərtləndirir. Öz növbəsində cəmiyyətin monolitliyi, müxtəlif platformalarda - partiyalarda, vətəndaş cəmiyyəti qurumlarında birləşən insanların siyasi baxışlarından asılı olmayaraq ümummilli məsələlərdə həmrəylik göstərmələri Azərbaycanın milli gücünü artırır. Bu kontekstdə Azərbaycan cəmiyyətinin, ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Prezidentə, Ali Baş Komandana və Ordumuza yüksək dəstək verməsi də təqdirəlayiq haldır.
Torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqı üçün ümummilli məsələdir
Azərbaycan üç onillikdir ki, Ermənistanın işğalçılıq siysətindən əziyyət çəkən ölkədir. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin 20 faizini işğal altına alıb və nəticədə, bir milyondan artıq azərbaycanlı doğma ev-eşiyini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ötən 30 il ərzində zor gücünə zəbt olunan şəhər və kəndlərimiz talanıb, ermənilər burada ağlasığmaz vandalizm əməlləri törədiblər. Otuz il ərzində apardığı işğalçılıq siyasətinə görə heç bir sanksiya ilə üzləşməyən Ermənistan cəzasızlıq mühitindən ruhlananaraq son vaxtlarda “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməyə başlamışdı.
Təbii ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayıb. Torpaqllarımızın işğaldan azad olunması Azərbaycan cəmiyyəti üçün bir nömrəli ümummilli məsələdir. Məhz bu məsələdə ölkəmizdə fəaliyyət göstərən əksər partiyaların təmsilçiləri siyasi baxışlarının fərqliliyindən asılı olmayraq vahid mövqedən çıxış edirlər. Məlum olduğu kimi, Azərbaycanın Ermənistanın ərazisində hər hansı bir hərbi niyyəti yoxdur. Silahlı Qüvvələrimiz ölkə Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi ilə xilaskarlıq missiyası yerinə yetirir. Ordumuz cari ilin iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində düşmənin hərbi birləşmələrinin təxribatlarına layiqli cavab verdi. Düşmən tərəfin sentyabrın 27-də qoşunların təmas xəttində törətdiyi təxribatlara cavab olaraq başlanılan əks-hücum əməliyyatları da hazırda uğurla davam etdirilir. Artıq ayrı-ayrı yaşayış məntəqələri və bir sıra strateji əhəmiyyətə malik yüksəkliklər işğaldan azad edilib.
Silahlı Qüvvələrimizin uğurla həyata keçirdikləri torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatları xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. O cümlədən əksər siyasi partiyaların təmsilçiləri də Azərbaycan dövlətinin respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək verdiklərini bildiriblər. Xatırladaq ki, ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiya bir araya gələrək bəyanat imzalayıb. Eyni zamanda, Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatla əlaqədar 50 siyasi partiyanın bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləməsi çox mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, oktyabrın 3-də 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təmsilçiləri Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və Onun yanında olduqlarını bildiriblər.
AXCP və “Müsavat”ın özlərini milli həmrəylikdən kənarda saxlamaları nəyin ifadəsidir?
Ölkəmiz, xalqımız üçün taleyüklü bir məqamda 50 siyasi partiyanın bir araya gəlməsi, bəyanat imzalayaraq Prezidentə, Ali Baş Komandana, Orduya dəstək verməsi Azərbaycanda milli və siyasi həmrəyliyin çox yüksək səviyyədə olduğunu təsdiqləyir. Bu fakt ona dəlalət edir ki, Azərbaycan cəmiyyəti üçün milli maraqlar ön sırada gəlir, zəruri məqamlarda insanlar siyasi baxışlarını arxa plana keçirməyi bacarırlar.
Lakin bu dəfə də iki partiya - AXCP və “Müsavat” yuxarıda bəhs olunan bəyanata imza atmadılar. Qeyd olunan partiyaların özlərini milli həmrəylikdən kənarda saxlamaqla bizim ümummilli işimizə zidd mövqe sərgiləmələrinin məntiqini heç nə ilə izah etmək mümkün deyil. Bununla AXCP və “Müsavat” təmsilçiləri nə demək istəyirlər? Qeyd etmək yerinə düşər ki, Azərbaycanın torpaqları ötən əsrin doxsanıncı illərinin əvvəllərində məhz bu cütlüyün iqtidarda olduğu dövrdə işğala məruz qalıb. 1992-ci ildə AXCP -”Müsavat” cütlüyü respublikamızda qeyri-legitim yolla hakimiyyəti zəbt etdi. Çox keçmədi ki, onların səriştəsiz rəhbərliyi ölkəmizi uçurumun astanasına gətirib çıxardı. Düşmən də belə vəziyyətdən istifadə edərək özünün təcəvüzkarlıq siyasətini reallaşdırmağa nail oldu. İndi 30 ildən sonra Azərbaycan dövləti və Ordumuz AXCP və “Müsavat”ın bu bağışlanmaz səhvini düzəldərək torpaqlarımızı işğaldan təmizləyir. Sual olunur: Bəs indi nə üçün AXCP və “Müsavat” özlərini milli həmrəylikdən kənarda saxlayırlar? Belə anlaşılır ki, bu iki partiya ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında maraqlı deyil. Xalqımız üçün taleyüklü məqamda həmrəylik nümayiş etdirməmək milli maraqlara zidd mövqe sərgiləməkdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

