Azərbaycan ictimaiyyəti Ali Baş Komandanın qətiyyətli siyasətini birmənalı şəkildə dəstəkləyir
28.10.2020 [08:49]
50 siyasi partiyanın ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində vahid mövqedən çıxış etməsi milli həmrəyliyin gücləndirilməsinə mühüm töhfə kimi böyük əhəmiyyətə malikdir
Son 17 ildə dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanı fərqləndirən ən mühüm amillərdən biri ölkəmizdəki sıx həmrəylikdir. Azərbaycan iqtidarı ədalətli resurs bölgüsünü təmin edir, bilavasitə cəmiyyətin sosial sifarişlərinə hesablanan praqmatik siyasət həyata keçirir ki, bu da respublikamızda yüksək vətəndaş məmnunluğunu şərtləndirir.
Digər tərəfdən, ölkəmizdə 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra siyasi partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının öz fəaliyyətlərini genişləndirmələri üçün daha münbit şərait və hüquqi baza yaradılmasına hesablanan ardıcıl islahatlar reallaşdırılır. O cümlədən bəhs olunan qurumların fəaliyyəti dövlət tərəfindən siyasi və maddi baxımdan dəstəklənir. Bütün bunlar da, ölkəmizdə keyfiyyətcə yeni siyasi konfiqurasiyanın yaranmasını təmin edib.
Siyasi birlik ardıcıl qələbələrimizi şərtləndirən önəmli faktorlardandır
Bütövlükdə, cəmiyyətimizdəki həmrəylik Azərbaycanın milli gücünü artıran fundamental amil qismində çıxış edir. Bunu biz Silahlı Qüvvələrimizin sentyabrın 27-də işğalçı Ermənistanın hərbi birləşmələrinin cəbhə xəttində törətdikləri növbəti genişmiqyaslı təxribata cavab olaraq başladığı əks-hücum əməliyyatlarının uğurla həyata keçirilməsinin timsalında da aydın şəkildə görürük. Xəbər verildiyi kimi, müzəffər Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurur. Silahlı Qüvvələrimiz qısa müddət ərzində bir sıra böyük əhəmiyyət daşıyan yüksəklikləri, 100-dən çox yaşayış məntəqəsini, o cümlədən Suqovuşan, Hadrut qəsəbələrini, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini işğaldan azad edib.
Əlbəttə, Ordumuzun qələbələrini şərtləndirən bir sıra fundamental amillər mövcuddur. Bu amillər sırasında milli həmrəyliyimizin yüksək səviyyədə olmasının rolunu da xüsusi qeyd edə bilərik. İnsanların vahid amal uğrunda birləşməsi Ordumuzun uğurlar qazanmasına öz müsbət təsirini göstərir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması Azərbaycan dövləti və cəmiyyəti üçün bir nömrəli ümummilli məsələdir. Həmçinin əksər siyasi partiyaların təmsilçiləri o mövqedən çıxış edirlər ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır, işğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdırlar. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiya bir araya gələrək bəyanat imzalayıb. Eyni zamanda, Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatla əlaqədar 50 siyasi partiyanın bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləməsi çox mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, oktyabrın 3-də 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib və müzakirələr aparılıb. Oktyabrın 17-də isə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb. Bəhs olunan müraciətdə Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasının regional və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılıb, bu silahlanmanın əsasən, Azərbaycana qarşı yönəldiyi və yeni ərazilərin işğal edilməsi ilə bağlı olduğu vurğulanıb.
AXCP və “Müsavat” ölkəmizdə siyasi həmrəyliyin təmin olunmasında maraqlı deyillər
Göründüyü kimi, ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar bir nömrəli ümummilli məsələmiz olan Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olmaq üçün fərqli siyasi baxışlarını arxa plana keçiriblər. Bütün cəbhəboyu aktiv hərbi əməliyyatların getdiyi son bir ayda əksər siyasi partiyalar Prezidentə, Ordumuza dəstək göstəriblər, ümumi qələbəmizin təmin olunmasına öz töhfələrini verməyə çalışıblar.
Təəssüf doğuran haldır ki, AXCP və “Müsavat” indiki taleyüklü məqamda da özlərini cəmiyyətimizin və siyasi partiyaların həmrəyliyindən kənarda saxlayıblar. Bu iki partiyanın sərgilədiyi antimilli mövqeyin məntiqini heç nə ilə izah etmək mümkün deyil. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycan torpaq itkilərinə məhz AXC-”Müsavat” cütlüyünün iqtidarda olduğu ötən əsrin doxsanıncı illərinin əvvəllərində məruz qalıb. 1992-ci ildə qeyri-qanuni yolla hakimiyyəti qəsb edən bu iki partiya çox keçmədi ki, səriştəsizlikləri və ambisiyaları ucbatından ölkəmizi anarxiyaya sürüklədilər və belə vəziyyətdən istifadə edən düşmən qüvvələri ərazilərimizi işğal etdilər. Beləliklə, zamanında onların günahı ucbatından itirilən torpaqlarımızı hazırda Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu geri qaytarır. Bu, dövlətimiz, xalqımız üçün həqiqət anıdır. Biz düz üç onillik ərzində bu günün həsrəti ilə yaşamışıq. Hazırda siyasi əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlının qəlbi ön xətdə əsgər və zabitlərimizlə birgə döyünür. Bu sevincli və taleyüklü günlərdə AXCP və “Müsavat”ın siyasi partiyaların bəhs olunan bəyanatlarına imza atmamaları suallar doğurur. Bu, o anlama gəlir ki, AXCP və “Müsavat” Azərbaycanda milli və siyasi həmrəyliyin təmin olunmasında, həmçinin torpaqlarımızın işğaldan azad olunmasında maraqlı deyillər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56

