Ermənilərin xarici ölkələrdə həyata keçirdiyi informasiya terrorunun qarşısı alınmalıdır
03.11.2020 [09:24]
Ekspertlərin fikrincə, erməni lobbisinin Ermənistanın, erməni diasporunun maraqlarına cavab verməyən xarici müstəqil medianı təhdid və təhqirlərlə susdurmaq cəhdləri yolverilməzdir
Məlum olduğu kimi, ermənilər xarici ölkələrdə Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, neytral və balanslı mövqe nümayiş etdirən medianı hədəfə götürür, onlara qarşı aksiyalar təşkil edir, eyni zamanda, jurnalistləri ölümlə hədələyir, təhdid və təhqirlərə məruz qoyurlar. Fransanın “TF1” kanalı, ABŞ-ın “New York Times” qəzeti və digərlərinə hücumlar bunu bir daha sübut edir. Məsələn, oktyabrın 22-də Fransanın “TF1” kanalının “Saat 20” verilişində Azərbaycanın Dağlıq Qarabağ regionunda döyüşlərin gedişindən bəhs edən reportajın yayımından sonra jurnalist və böyük reportyor Lizron Budul Fransanın erməni icması tərəfindən “Facebook” və “Twitter” sosial şəbəkələri üzərindən nifrət dolu saysız mesajların hədəfinə çevrilib. Eyni zamanda, jurnalistin telefon nömrəsini əldə edən ermənilər tərəfindən onun “WhatsApp” üzərindən də təzyiqə məruz qaldığı deyilir. Bununla yanaşı, reportajın yayımından bir gün sonra Fransada yaşayan erməni icmasının nümayəndələri kanalın binası qarşısında etiraz aksiyası keçiriblər. Həmçinin “TF1” televiziya kanalına da sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə davamlı olaraq hədələr daxil olub. Nəhayət, kanal gərginliyi azaltmaq üçün L.Budulun reportajını öz saytından silib. Yeri gəlmişkən, xatırladaq ki, Fransa hökuməti bu hücumlara laqeyd yanaşsa da, bu günlərdə “Sərhədsiz Reportyorlar” təşkilatı tərəfindən jurnalist L.Budula və “TF1”ə qarşı olan təzyiqlər qətiyyətlə pislənilib.
Məsələyə münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi haqqında obyektiv məlumat yayan, neytral mövqe nümayiş etdirən jurnalistlərin ölümlə hədələnməsi və media orqanlarının təhdid və təhqirlərə məruz qoyulması ermənilərin xarici ölkələrdə apardığı informasiya terrorunun bir örnəyidir: “Erməni lobbisi bütün dünyada Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media ilə yanaşı, siyasətçiləri, ictimai fəalları hədəfə götürür, onlara qarşı aksiyalar təşkil edir, ölümlə hədələyir. Jurnalist L.Budulun və “TF1” telekanalının Fransadakı erməni icması, Ermənistan və eləcə də dünyanın müxtəlif ölkələrindəki erməni diasporunun nümayəndələri tərəfindən təhqir, təzyiq və təhdidlərə məruz qalması bunun bariz nümunəsidir. Digər tərəfdən, L.Budulun işğal altındakı Azərbaycan ərazilərindən hazırladığı tərəfsiz, qərəzsiz reportajın telekanalın internet resurslarından silinməsi Fransada mətbuat və söz azadlığına təminat verilmədiyini göstərir. Halbuki “Charlie Hebdo” nəşri ilə bağlı baş vermiş hadisə zamanı dünya müsəlmanlarının çoxsaylı etirazlarına məhəl qoymayaraq demokratik azadlıqların müdafiəsinə qalxan Fransa hökumətindən analoji mövqe nümayiş etdirməsi gözlənilirdi. Lakin təəssüf ki, indiki məqamda müstəqil mediaya təzyiq məsələsinə selektiv yanaşmanın şahidi oluruq”.
“Qeyd edim ki, Fransada söz və fikir azadlığına 1789-cu ildə qəbul edilmiş İnsan və Vətəndaş Hüquqları ilə bağlı Bəyannamədə təminat verilir. Həmin bəyannamədə bildirilir ki, “Fikirlərin və rəylərin başqalarına azad şəkildə çatdırılması ən dəyərli insan hüquqlarından biridir”. Fransa qanunvericiliyinə görə, ölkədə söz və mətbuat azadlığının əsas təminatçısı məhkəmə hakimiyyətidir və hər hansı resursda yayımlanan reportaj, yaxud digər informasiya yüklü material, yalnız məhkəmənin qərarı ilə çıxarıla bilər. L.Budulun reportajının “TF1” telekanalının internet resursundan silinməsi ilə bağlı nəinki məhkəmə qərarı olub, heç bununla əlaqədar məhkəməyə müraciət də edilməyib. Reportajın çıxarılması Fransanın mövcud siyasi hakimiyyətinin istər ölkə qanunvericiliyinə, istərsə də beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə hüquqi nihilizm nümayiş etdirdiyini sübuta yetirir”, - deyə ekspert bildirib.
İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin rəhbəri, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova isə deyib ki, “Sərhədsiz Reportyorlar” təşkilatı tərəfindən jurnalist L.Budula və “TF1”ə qarşı olan təzyiqlərin qətiyyətlə pislənilməsi ona hücum edən erməni ünsürlərin haqsız olduğunu ortaya çıxarıb: “Məlum olduğu kimi, cəbhədə məğlub duruma düşən Ermənistan hazırda ölkə daxilində olduğu kimi, xarici ölkələrdə də informasiya terroru ilə məşğul olur. Bu, Ermənistanın terrorçu xislətinə xas olan taktika və hərəkətdir. Belə ki, Ermənistan, həmçinin xarici ölkələrdən olan jurnalistlərin sırf öz maraqlarına xidmət edən məlumatlar yaymalarına çalışır. Bu siyasətin əleyhinə olan, tərəfsiz və qərəzsiz materiallara qarşı da dözümsüz münasibət göstərilir. Biz bunu Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra L.Budula və “TF1” televiziyasına qarşı hücumların timsalında da gördük”.
“Hadisəyə tam obyektiv və haqlı reaksiya verən “Sərhədsiz Reportyorlar”ın simasında bütün dünya ictimaiyyəti məsələnin mahiyyəti barədə məlumat ala bilib. Belə ki, təşkilatın Avropa İttifaqı və Balkan bürosunun rəhbəri Pavol Szalai bildirib ki, münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalistin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Təşkilatın “TF1”ə və L.Budula qarşı olan təzyiqləri pisləməsi bitərəf jurnalistlərə hücumların qarşısının bundan sonra da alınacağına, digər beynəlxalq jurnalist təşkilatlarının da eyni mövqedən çıxış edəcəklərinə ümid yaradır. Hesab edirəm ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması məhz bu cür obyektiv informasiyaların yayılmasından asılıdır. Buna görə də indiki halda erməni vandalizmini və terrorizmini dünyaya çatdıran jurnalisti və telekanalı informasiya terroruna məruz qoyanlara qarşı təşkilatın məlum bəyanatı təqdir olunandır”, - deyə Ş.Həsənova vurğulayıb.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

