/ / İşğalçı Ermənistanın demokratik prinsiplərə və media azadlığına təhdid siyasəti cəzasız qalmamalıdır
İşğalçı Ermənistanın demokratik prinsiplərə və media azadlığına təhdid siyasəti cəzasız qalmamalıdır
04.11.2020 [09:40]
Söz və mətbuat azadlığı demokratik dünya üçün bir dəyərdir. Bu dəyərlərin qorunması üçün dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları müxtəlif səviyyələrdə tədbirlər görürlər. Lakin hansısa səbəbdən bəzi hallarda bu dəyərlərin qorunmasına əhəmiyyət verilmir. Xüsusilə də Ermənistan kimi faşist ideologiyasına xidmət edən terrorçu dövlətin söz və mətbuat azadlığına qarşı fiziki məhvetmə hədələrinə susqunluqla yanaşılır. Ermənistan və onun dəstəklədiyi ASALA erməni terror təşkilatı informasiya müharibəsi müstəvisində ən iyrənc, qeyri-siyasi və qeyri-insani formalarda addımlar atmaqdadırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, bu gün sivil dünyanın başağrısına çevrilmiş Ermənistan terrorçu mahiyyətinə uyğun olaraq Azərbaycana qarşı təcavüzkar siyasətinin bütün həqiqətlərini beynəlxalq aləmdən gizlətmək üçün hər cür alçaq və iyrənc yola əl atır. “Son həftələrdə erməni lobbisinin və diasporunun təşkilatçılığı ilə Fransada “TF1” televiziya kanalının müxbirinə və ABŞ-da “The New York Times” qəzetinin əməkdaşına qarşı təhdid, təzyiq və təqiblər amansız xarakter alıb. Səbəb isə odur ki, ABŞ və Fransanın sözügedən media qurumları ermənilərin törətdikləri cinayətlərə obyektiv və ədalətli mövqe sərgiləyiblər. Görünür, radikal erməni terror qruplaşmaları, əslində isə işğalçı Ermənistan dövləti həqiqətlərin dünya ictimaiyyətinə açıqlanmasında maraqlı deyil. Bununla da Ermənistan sübut edir ki, bu ölkə heç bir beynəlxalq hüquq və media azadlığı normalarına hörmət etmir və öz faşist mahiyyəti ilə bütün ölkələr üçün təhlükə mənbəyinə çevrilməkdədir. Bu səbəbdən də faşist və işğalçı Ermənistanın demokratik prinsiplərə, media azadlığına təzyiq və təhdid siyasəti yolverilməzdir və hesab edirəm ki, onun özbaşınalığı cəzasız qalmamalıdır”, - deyə Baş redaktor bildirib.
Baş redaktor, həmçinin diqqətə çatdırıb ki, bütün dünya ölkələrinə demokratiya “dərsi” keçməyə çalışan Fransa və ABŞ hansı səbəbdən onların media qurumlarını, jurnalistlərini, siyasətçilərini təhdid edən erməni terror qruplaşmalarının, lobbisinin, diaspor təşkilatlarının bu cinayətkar addımlarına susurlar? Söz və media azadlığını qorumağı özlərinin həyat amalı hesab edən beynəlxalq təşkilatlar, QHT-lər niyə tədbirsiz qalıblar? Ermənistanın, erməni lobbisinin medianı, söz azadlığını boğmaq əməllərinə nə üçün münasibət bildirilmir?
Vüqar Rəhimzadə əlavə edib ki, Ermənistanın insan haqları, demokratiya və azad media prinsiplərini təhdid edən addımlarının cəzasız qalması hər kəsi düşündürməlidir. Bu gün öz gözlərində tiri görməyənlərin başqalarının gözündə tük axtarmaları nə dərəcədə ədalətli sayıla bilər? Düşünürəm ki, Fransa və ABŞ-ın media nümayəndələrinin təhdid edilməsinə görə Ermənistana qarşı tədbirlər görməmələri bu dövlətlərin siyasətinin əsl mahiyyətini ortaya qoyur.
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

