/ / Səfir: Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində dost və qardaş Azərbaycanın mövqeyini müdafiə edir
Səfir: Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində dost və qardaş Azərbaycanın mövqeyini müdafiə edir
06.11.2020 [09:38]
Noyabrın 5-də Milli Məclis sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin tarixindən danışan Adil Əliyev bu əlaqələrinin hazırda da yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Vitse-spiker ölkələrimiz arasında münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin və Qazaxıstanın ilk Prezidenti-Elbası Nursultan Nazarbayevin rolunu xüsusi vurğulayıb. O, dostluq və əməkdaşlıq ənənələrinin hazırda hər iki ölkənin rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini deyib.
Ali qanunvericilik orqanları arasında xoş münasibətlərin qurulmasında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin önəmli yer tutduğunu diqqətə çatdıran Adil Əliyev Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq görülən işlərdən danışıb, qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Vitse-spiker ikitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan dostluq münasibətlərimizlə yanaşı, nüfuzlu parlament təşkilatları çərçivəsində uğurlu əməkdaşlığımızdan söhbət açıb.
Milli Məclis sədrinin müavini Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatlar barədə də səfirə geniş məlumat verib. Bildirilib ki, döyüş meydanında müzəffər ordumuzla bacara bilməyən erməni silahlı qüvvələri Azərbaycanın mülki əhalisini hədəfə alıb, sentyabrın 27-dən bu günədək 91 nəfər mülki vətəndaşımız həlak olub, 400-dən çox vətəndaşımızın xəsarət alıb.
Adil Əliyev, həmçinin dağıdılan infrastruktur, yandırılan mülki obyektlər və fərdi yaşayış evləri, ölkəmizin flora və faunasına dəyən külli miqdarda ziyan barədə danışıb. Sədr müavini diqqəti xüsusilə ölən və yaralananların içərisində çox sayda uşaq, qoca və qadının olmasına, raket zərbələrinin cəbhə xəttindən kilometrlərlə kənarda yerləşən yaşayış məntəqələrinə endirilməsinə çəkib. Diqqətə çatdırılıb ki, hücumlar zamanı Ermənistan qadağan olunmuş silahlardan istifadə edir və bununla Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozub.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfiri Serjan Abdukərimov iki qardaş ölkə arasında uzun illərdir davam edən dostluq münasibətlərinin hər keçən gün daha da dərinləşdiyini bildirib. Bu dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında parlamentlərarası əməkdaşlığın önəmli yeri olduğunu deyib. Qonaq Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin həllində dost və qardaş Azərbaycanın mövqeyini müdafiə etdiyini, ölkəmizin ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan edib. Səfir bu yaxınlarda Bərdə şəhərinə səfəri zamanı Ermənistanın mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi öz gözləri ilə gördüyünü, bundan təsirləndiyini, dinc əhaliyə qarşı bu münasibətin qəbuledilməz olduğunu vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

